Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-278/2022 10.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 11-ci küçə, 48 saylı evə istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, X6 və onların birgə nikahından anadan olmuş 10.11.2009-cu il təvəllüdlü X8, 27.09.2011-ci il təvəllüdlü X9 və 01.07.2015-ci il təvəllüdlü X10 ailəvi şəkildə öz əşyaları ilə birlikdə şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində tikdirdiyi 80 kv.m, 3 otaqlı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı yenidən Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət edərək, sözügedən şəxslərin öz əşyaları ilə birlikdə şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında 1213.8 kv.m (12 sot 13.8 kv.m) ərazisi olan torpaq sahəsindən çıxarılması və onların həmin torpaq sahəsinə girişinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı yenidən Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları ilə birlikdə öz əşyaları ilə birlikdə şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında 1213.8 kv.m (12 sot 13.8 kv.m) ərazisi olan torpaq sahəsindən çıxarılması və onların həmin torpaq sahəsinə girişinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli 2(012)-2251/2021 saylı qətnaməsi ilə onun oğlu X11 ilə Cavabdeh arasında 21.01.2009-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat şöbəsində bağlanmış 46 saylı akt qeydli nikahı pozulmuşdur. Cavabdeh hal-hazırda yaşadığı və qeydiyyatda olduğu Abşeron rayonu Xırdalan qəsəbəsi “Quşçuluq” yaşayış massivi 11-ci küçədə yerləşən 48 saylı yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 27.03.1997-ci il tarixli 27 saylı qərarı əsasında ona məxsusdur. X1 Cavabdeh ilə birgə nikah münasibətlərindən 10.11.2009-cu il təvəllüdlü X14, 27.09.2011-ci il təvəllüdlü X15 və 01.07.2015-ci il təvəllüdlü X16 anadan olmuşdur. Oğlunun cavabdeh ilə nikahı pozulmuş, birgə nikahlarından olan uşaqlar cavabdehin yanında saxlanılmışdır. Cavabdeh tüfeyli həyat tərzi keçirir ki, məhkəməyə təqdim etdiyi diskdə əks olunmuş fotoşəkillər və səs yazıları bunu sübuta yetirir. Belə ki, o, ona məxsus olan torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş, oğlu cavabdehlə birlikdə həmin üç otaqlı fərdi yaşayış evində yaşamışdır. Lakin cavabdehin keçirdiyi həyat tərzi ilə əlaqədar olaraq gecə saat 2-də içkili vəziyyətdə evə gəldiyi günlər də olmuşdur ki, qonşular da bu durumdan narazılıqlarını bildirmişlər. Belə ki, cavabdehin evə gec gəldiyini həyətə quraşdırılmış kameradan çıxarılmış video görüntülər də sübuta yetirir. Bu səbəbdən də, o, mülkiyyətində olan torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən cavabdehin azyaşlı uşaqları ilə birlikdə çıxarılmasını istəyir. Torpaq sahəsinin sənədləri olsa da evin sənədləri yoxdur, lakin çertyoju vardır. Ona məxsus torpaq sahəsində inşa etdirdiyi və cavabdehə yaşamaq üçün verdiyi fərdi yaşayış evinin qapısı ona məxsus olan evə açılır. Həmçinin, qeyd etmək istəyir ki, oğlu X11 ilə Cavabdeh ailə qurduqdan sonra qeyd edilən ünvanda müvəqqəti olaraq yaşayacaqlarına və özlərinə yeni mənzil alaraq oraya köçəcəklərinə söz vermiş, lakin oğlu ilə cavabdeh arasındakı dava-dalaş, qarşılıqlı təhqirlər səngimək bilməmiş, əksinə gündən-günə daha da artmışdır. Bütün bu ailə münaqişəsi isə onların yaşadıqları şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsi üzərində tikdirdiyi fərdi yaşayış evində baş vermişdir. O, özü yaşlı adam olduğuna görə belə mənəvi-psixoloji gərginliyə dözə bilmir. Səhhətində, xüsusən də ürəyində çox ciddi problemlər vardır, həmçinin, 2 dəfə ürəyindən infarkt xəstəliyi keçirmiş, bir dəfə də beynindən insult olmuşdur. Hazırda, özü İİ qrup əlildir. Həmçinin, yaşadığı yerdə qonşuların arasında həmişə ona bir ağsaqqal kimi böyük hörmət qoyulmuşdur. Oğlunun cavabdehlə yüksək səslə bir-biri ilə dalaşması, qarşılıqlı olaraq bir-birilərini təhqir etmələri demək olar ki, qonşuların içində onu da biyabır etmiş və bu səbəbdən də qonum-qonşu arasına çıxa bilmir. Həmçinin, Cavabdeh uzun illərdir ki, pozğun, əxlaqsız həyat tərzi yaşadığına görə o, həmişə onun hörmətini saxlayan insanların yanında rüsvay olmuş və onun, ailəsinin nüfuzunu heçə endirmişdir. Bununla yanaşı, Cavabdeh onu və ailədə hamını şərləyərək yalan, böhtan xarakterli məlumatlarla onları polisə verərək ailəni hörmətdən salır və şərəfinə ləkə gətirir. Bu səbəbdən də o, hesab edir ki, X1 Cavabdeh ilə öz aralarındakı ailə münaqişələrini, bir-birləri ilə davalarını, qarşılıqlı olaraq bir-birilərini ağır formada təhqir etmələrini onun mülkiyyətçisi olduğu yaşayış sahəsində deyil, onun mənzilindən çıxaraq başqa yerdə etməlidirlər. Bundan başqa, o, kiçik oğlu X3 evləndirmək istəyir, lakin evi olmadığına və onun evində pozğun bir gəlinin yaşamasına görə ona qız vermirlər. Buna görə də oğlu X11 ilə Cavabdeh uşaqları ilə birlikdə onun müvəqqəti yaşadıqları evi tərk etməlidirlər ki, kiçik oğlu X3 da evləndirə bilsin. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili X7 iddia ərizəsini müdafiə edərək iddiaçının izahatı ilə eyni məzmunlu izahat vermişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı oğlu X11 ilə 21.01.2009-cu il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından 10.11.2009-cu il təvəllüdlü X14, 27.09.2011-ci il təvəllüdlü X15 və 01.07.2015-ci il təvəllüdlü X16 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra o, iddiaçıya məxsus Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 11-ci küçə 48 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə gəlin köçmüş, həmin ünvanda yaşamış, birgə təsərrüfat aparmışlar. Abşeron rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli 2(012)-2251/2021 saylı qətnaməsinə əsasən, onun iddiaçının oğlu ilə bağladığı nikahı pozulmuş, birgə nikahlarından olan uşaqları onun yanında saxlanılmış və hər uşağa görə 150 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Lakin cavabdehin oğlu uşaqlara görə aliment ödəmir, o, özü isə Bakcell şirkətində operator vəzifəsində çalışır, işinə görə 250 manat, təmizlik işinə görə isə əlavə olaraq 40 manat haqq alır. Eyni zamanda, uşaqlarının sağlamlığında da müəyyən problemlər vardır. İddiaçının onun tüfeyli həyat tərzinə dair məhkəməyə təqdim etdiyi diskdə qeyd olunanlar həqiqətə uyğun deyildir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 27.03.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu Xırdalan qəsəbəsi Quşçuluq yaşayış massivi 11-ci küçə 3 yaşayış otaqlı, yaşayış sahəsi 70 kv.m, köməkçi sahəsi 102.5 kv.m olan 48 saylı ev Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 66 nömrəli qərarı əsasında İddiaçı adına 22541 saylı reyestr kitabında 1147 nömrəsi ilə qeydə alınmışdır. -Torpaq sahəsinin plan ölçüsündən görünür ki, 1:500 miqyas ölçüdə olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 11-ci küçə 48 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü torpaq – 965.4 kv.m, tikililər altı ölçüsü 248.4 kv.m olmaqla 1213.8 kv.m təşkil edir. -Abşeron Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli 2(012)-2251/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, X11 ilə Cavabdeh arasında 21.01.2009-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış 46 saylı akt qeydli nikah pozulmuş, birgə nikahdan anadan olmuş 10.11.2009-cu il təvəllüdlü X8, 27.09.2011-ci il təvəllüdlü X9 və 01.07.2015-ci il təvəllüdlü X10 anası Cavabdeh yanında qalmaları, 10.11.2009-cu il təvəllüdlü X8, 27.09.2011-ci il təvəllüdlü X9 və 01.07.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29.03.2021-ci il tarixdən başlayaraq X4 hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, cavabdeh X4 dövlət nəfinə 30 manat dövlət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən daha sonra görünür ki, Səyyar-Asan1 tərəfindən verilmiş 07.03.2016-cı il tarixli AZE № 12120298 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 10.11.2009-cu il tarixdə anadan olmuş, atası Akif Əkbərov, anası Cavabdehdır. Qətnamədən daha sonra görünür ki, Asan-Sumqayıt tərəfindən verilmiş 16.06.2016cı il tarixli AZE № 11128388 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 27.09.2011-ci il tarixdə anadan olmuş, atası Akif Əkbərov, anası Cavabdehdır. Qətnamədən daha sonra görünür ki, Səyyar-Asan1 tərəfindən verilmiş 07.03.2016-cı il tarixli AZE № 12120211 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 01.07.2015-ci il tarixdə anadan olmuş, atası Akif Əkbərov, anası Cavabdehdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 19.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 11-ci küçə 48 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı oğlu X11 ilə Cavabdeh 21.01.2009-cu il tarixdə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 11-ci küçə 48 saylı fərdi yaşayış evinə gəlin köçmüş, həmin ünvanda iddiaçının oğlu ilə birgə təsərrüfat apararaq birgə nikahlarından 10.11.2009-cu il təvəllüdlü X14, 27.09.2011-ci il təvəllüdlü X15 və 01.07.2015-ci il təvəllüdlü X16 anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşdiyindən Abşeron Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli 2(012)-2251/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan dünyaya gəlmiş uşaqlar cavabdehin yanında saxlanılmaqla uşaqların saxlanılması üçün alimentin tutulması qət edilmişdir. İddiaçının oğlu ilə cavabdeh arasında nikah münasibətlərinə xitam verildiyindən iddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdehin azyaşlı uşaqları ilə birlikdə çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):
152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı nasnİ˝ hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, rəh˝ bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, istər daxili qanunvericilikdə, istərsə də insan hüquq və azadlıqlarına dair beynəlxalqhüquqi aktlarda nasnİ˝) hüquqları haqqında Ümumi Bəyannamə˝nin 17-ci maddəsi, iklüM˝ və siyası hüquqlar haqqında Beynəlxalq Pakt˝ın 14-cü maddəsi və s.) əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. Bununla belə, qanunvericilik həmçinin mülkiyyət hüququnun yaranma anına mühüm əhəmiyyət verir. Belə ki, Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. zamnışaD˝ əmlakın dövlət reyestri haqqında˝ Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin: 1-ci bəndinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2-ci bəndinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Göründüyü kimi qanunvericilik mülkiyyət hüququnun yaranma anını onun dövlət reyestrində qeydiyyatı anı ilə əlaqələndirir. Burada məqsəd dövlət tərəfindən həqiqi mülkiyyətçinin hüquqlarının qorunmasının təmin edilməsi və onun öz mülkiyyətini kənar şəxslərdən müdafiəsini təşkil edə bilməsidir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin nınavodəmhƏ.G˝ şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ 24.07.2019-cu il tarixli Qərarında göstərmişdir ki, ...˝ Mülkiyyət hüququ maddi nemətlərin konkret şəxslərə məxsusluğu vəziyyətini, yəni əmlaka mülkiyyət hüququnun yaranması, dəyişməsi və xitamı əsaslarını tənzimləyən və müdafiə edən hüquq normalarının məcmusundan ibarətdir. Qanunla nəzərdə tutulmuş hüquqi faktların baş verməsi konkret şəxsdə və ya şəxslərdə mülkiyyət hüququnun yaranmasına səbəb olur. Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir...˝. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qanunvericiliyin tələbləri, beynəlxalq təcrübə və Plenum Qərarı ilə yanaşı qiymətləndirib belə qənaətə gəlir ki, İddiaçı mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan, iddiaçının mülkiyyət hüququ olan daşınmaz əmlaka münasibətdə hüquqları məhdudlaşdırıldığından, mülkiyyət hüququ toxunulmaz olduğundan və qanunvericiliklə məhdudlaşdırılmasına yol verilmədiyindən iddiaçının iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İş materiallarından görünür ki, İddiaçı oğlu X11 ilə hazırki iş üzrə Cavabdeh birgə nikahlarından 10.11.2009-cu il təvəllüdlü X14, 27.09.2011-ci il təvəllüdlü X15 və 01.07.2015-ci il təvəllüdlü X16 anadan olduğundan, Abşeron Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli 2(012)-2251/2021 saylı qətnaməsi ilə uşaqların nikah pozulduqdan sonra Cavabdeh (ananın) yanında qalması qət edildiyindən və yetkinlik yaşına çatmayan uşaqlar cavabdehin himayəsində olmaqla iddiaçıya məxsus olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşadığından, hazırki iddia tələbi təmin edildiyindən cavabdehlə birlikdə azyaşlı uşaqlar da torpaq sahəsindən çıxarılmalıdır. Belə ki, istinad olunan qanunvericilik normasının tələbinə əsasən həmin uşağın yaşayış yeri valideynlərinin yaşayış yeri sayılmaqla, məhkəmənin yetkinlik yaşına çatmış cavabdehə münasibətdə gəldiyi hüquqi nəticə onun azyaşlı uşaqlarına da şamil edilməlidir. Bеləliklə, məhkəmə iş üzrə tоplаnmış sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrib, qanunun göstərilən tələblərini rəhbər tutub hеsаb еdir ki, iddiа ərizəsi əsаslı оlduğundаn təmin edilməli, Cavabdeh 10.11.2009-cu il təvəllüdlü X14, 27.09.2011-ci il təvəllüdlü X15 və 01.07.2015-ci il təvəllüdlü X16 ilə öz əşyaları ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 11-ci küçə 48 ünvanında yerləşən ümumi sahəsi 1213.8 kv.m olan torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsinə girişlərinə qadağa qoyulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh azyaşlı uşaqları-10.11.2009-cu il təvəllüdlü X14, 27.09.2011-ci il təvəllüdlü X15 və 01.07.2015-ci il təvəllüdlü X16 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 11-ci küçə 48 ünvanında yerləşən ümumi sahəsi 1213.8 kv.m olan torpaq sahəsindən öz əşyaları ilə birlikdə çıxarılsınlar və onların həmin torpaq sahəsinə girişinə qadağa qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov