Məhkəmə qərarları › İş №2(012)-2783/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2783/2021

31.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2783/2021 31.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X4 və Cavabdeh4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh6 və qeyrilərinə qarşı istifadə hüququnun itirilmiş hesab olunması, əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 31 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 qızı, X5, Cavabdeh4 və Cavabdeh5 qarşı istifadə hüququnun itirilmiş hesab olunması, əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, Aşıq Ələsgər küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılmasına, bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsinə, Abşeron rayonu, Masazır kəndi, Aşıq Ələsgər küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinə Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 qızı, X5, Cavabdeh4 və Cavabdeh5 istifadə hüquqlarının itirilmiş hesab olunmasına, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASC-yə geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 18 iyun 2015-ci il tarixli 2(040)-132/2015 saylı qətnaməsinə əsasən İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, X2 70577,06 ABŞ dolları məbləğində əsas borc, 12598 ABŞ dolları məbləğində faiz borcu və 3000 ABŞ dolları dəbbə borcunun, cəmi 86175,06 ABŞ doları borc ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun ödənilməklə alınaraq İddiaçı ASC-nin xeyrinə verilməsi, borcun və dövlət rüsumunun ödənilməsinin ipoteka ilə yüklü olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Ələsgər küçəsində istifadədə olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 96,41 kv.m yaşayış sahəsi, 31 kv.m yardımçı sahədən ibarət olan, 67 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılaraq tələb edilən borcun İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İpoteka predmeti olan mənzilin açıq hərracda ilkin satış qiymətinin 90000 ABŞ dolları müəyyən edilməsi, satışdan əldə olunan puldan 40 manat və 86175,06 ABŞ dolları borcun ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun hesablanaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. “xxxx” MMC-nin hərracın nəticələri haqqında 20.02.2017-ci il tarixli Y-103 saylı yekun protokoluna əsasən ipoteka predmeti olan evin qiyməti açıq hərracda ilkin satış qiyməti 90000 ABŞ dolları müəyyən edilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 14.02.2019-cu il tarixli müqaviləyə ipoteka predmeti olan X3 mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Ələsgər küçəsində yerləşən 67 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnaməyə, keçirilmiş hərracın yekunlarına dair protokola məhəl qoymayaraq cavabdehlər fərdi yaşayış evini boşaltmaqdan imtina edir. Bu da İddiaçı ASC-nin öz qanuni mülkiyyət hüququnu həyata keçirməyə imkan vermir, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 56 saylı 10.03.2021-ci il tarixli arayışına əsasən Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 qızı, X5, Cavabdeh4 və X1 Abşeron rayonu, Masazır kəndi, A.Ələsgər küçəsi, 67 nömrəli fərdi yaşayış evində yaşayırlar.Hal-hazırda cavabdehlərin İddiaçı ASC-nin mülkiyyətində olan evdə məskunlaşaraq iddiaçının qanuni tələblərinə məhəl qoymaması və evii tərk etməmələri səbəbindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə ehtiyac duyulur. Belə ki, cavabdehlərin qanunsuz əməlləri qanuni mülkiyyətçi İddiaçı ASC-nin mülkiyyət hüququnu tam realizə etməyə imkan vermir, habelə əmlak üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Eyni zamanda gələcəkdə əmlakın qanuni mülkiyyətçisi kimi, onun hüquqi müqəddəratını müəyyən etmək, əmlakın özgəninkiləşdirilməsində yarana biləcək problemlərin və risklərin qarşısını almaq üçün cavabdehlərin yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxarılmasına ehtiyac vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 qızı, X5 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* qeydiyyat nömrəli, 24.05.2018-ci il qeydiyyat tarixli çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu, Masazır kəndi, Aşıq Ələsgər küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 127.47 kv.m olan 67 saylı fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı ASC-dir. Mülki işin materiallarında olan Abşeron rayon İB-nın Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilən 10 mart 2021-ci il tarixli, 56 №-li məktubdan müəyyən edilir ki, Cavabdeh6, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1938-ci il təvəllüdlü Cavabdeh2 qızı, xx.xx.1994-cü il təvəllüdlü X5, 23.06.1996-cı il təvəllüdlü Cavabdeh4, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh5 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü, 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 18.06.2015-ci il tarixli 2(040)-132/2015 saylı qətnaməsi ilə borc tələbin ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Ələsgər küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 127.47 kv.m olan 67 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Hazırda Abşeron rayonu, Masazır kəndi, Aşıq Ələsgər küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 127.47 kv.m olan 67 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətindədir. Bir ailə üzvü olan cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 qızı, X5, Cavabdeh4 və Cavabdeh5 həmin evə olan istifadə hüquqlarını artıq itirsələr də, hələ də orada yaşamaqla qeydiyyatdadırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 qızı, X5, Cavabdeh4 və Cavabdeh5 tərəfindən Abşeron rayonu, Masazır kəndi, Aşıq Ələsgər küçəsi 67 saylı fərdi yaşayış evi cavabdehlərə məxsus bütün əşyaları ilə birlikdə boşaldılmalı və ev İddiaçı ASC-yə təhvil verilməli, cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 qızı, X5, Cavabdeh4 və Cavabdeh5 Abşeron rayonu, Masazır kəndi, Aşıq Ələsgər küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 127.47 kv.m olan 67 saylı fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 qızı, X5, Cavabdeh4 və Cavabdeh5 tərəfindən onlara məxsus bütün əşyaları ilə birlikdə boşaldılsın və həmin ev İddiaçı ASCyə təhvil verilsin. Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 qızı, X5, Cavabdeh4 və Cavabdeh5 İddiaçı ASC-yə məxsus Abşeron rayonu, Masazır kəndi, Aşıq Ələsgər küçəsi 67 saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 qızı, X5, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınıb İddiaçı ASC-yə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar