Məhkəmə qərarları › İş №2(012)-2785/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2785/2021

30.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2785/2021 30.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia tələbi üzrə mülki işə açıq məhkəmə içlasında baxaraq müəyyən etdi: İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “xxxx” KB ASC-nin mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri X3 istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri X3 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı “xxxx” KB ASC hərrac vasitəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 21.10.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi **********) qeydiyyat aparılaraq, “xxxx” KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. AR Ədliyyə Nazirliyinin “Elektron notariat” X1 çıxarışa əsasən iddiaçı “xxxx” KB ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri X5 qeydiyyatdadır və cavabdehlərin mübahisəli evdə qeydiyyatda qalması iddiaçı “xxxx” KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi cavabdehin iradəsindən asılı edilməkdədir. AR MM-nin 228.1-ci maddəsinə əsasən, “yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun”. Lakin, qeyd olunan fərdi yaşayış evinin hazırda mülkiyyətçisi olan iddiaçı “xxxx” KB ASC ilə keçmiş mülkiyyətçi və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehin həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən cavabdehlərin Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilində qeydiyyatda olması və orada yaşaması qeyri-qanunidir. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzili kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzil 21.10.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə qeydiyyata alınmışdır. İş materiallarında olan Asan 1 tərəfindən verilən 25.02.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzildə X7 oöluu ilə birlikdə X5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 da qeydiyyatdadır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları araşdırılarkən və tərəflər dinlənilərkən müəyyən edildi ki, cavabdehlər «xxxx» KB Açıq Səhmdar Cəmiyyətidən kreditlə pul götürmüş, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəlik lazımınca icra edilmədiyindən məhkəmə qaydasında ipoteka predmetinə tutma yönəldilmiş, ipoteka predmeti açıq hərracdan satılmaqla ipoteka saxlayan «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçmiş və həmin hüquq AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzil 21.10.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə qeydiyyata alınmışdır. Lakin indiyə kimi cavabdehlər könüllü olaraq sözügedən mənzildən qeydiyyatdan çıxmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması iddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin göstərilən mənzillə bağlı hüquq və azadlıqlarının həyata keçirilməsinə həqiqətən də maneə yaradır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Hazırki işdən görünür ki, ipotekaya qoyulmuş Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzili hərracdan satılmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri X3 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzildən istifadə hüququna xitam verilməli və o, həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququmülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı “xxxx” KB ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri X3 istifadə hüququna xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri X3 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzil boşaldılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar