Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2793/2023 28.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə ilk, Cavabdeh İddiaçı qarşı uşağın himayəyə verilməsi və alimentin tutulması barədə qarşılıqlı iddialarına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia qaldıraraq, 31 iyul 2009cu il təvəllüdlü X1 və 15 avqust 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək iddiasını dəqiqləşdirmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-2959/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, hər ay hər uşaq üçün 220 manat sabit məbləğdə alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı uşağın himayəyə verilməsi və alimentin tutulması barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X2 atası Cavabdeh himayəsinə verilməsi və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh mülki iş üzrə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədiklərindən iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İşdən görünür ki, Cavabdeh hazırki qarşılıqlı iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə 50 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə ödəmişdir. MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, iş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə ilk, Cavabdeh İddiaçı qarşı uşağın himayəyə verilməsi və alimentin tutulması barədə qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hazırki mülki iş (2(012)-2793/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından Cavabdeh qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2793/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2793/2023
28.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver