Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-28/2025 15.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər "xxxx" MMC və Cavabdeh1 160000 manat, eləcə də 450 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Cavabdeh1 evin alqı-satqısı zamanı tanımışdır. Belə ki, o, 04 may 2021-ci il tarixdə Cavabdeh1 ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF” inşaat yaşayış kompleksi, küçə 6 ünvanında yerləşən 15 saylı yaşayış evinin alqı-satqısına dair müqavilə bağlamışdır. Qeyd edir ki, Cavabdeh1 həmin mənzili 25 iyun 2013-cü il tarixdə digər cavabdeh "xxxx" MMC-dən alqı-satqı müqaviləsi ilə satın almışdır. Alqı-satqı müqaviləsi bağlayan zaman evin ümumi sahəsi 213 kv.m və torpaq sahəsi 0,04 hektar qeyd edilmişdir. Lakin sonradan sözügedən mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmışdır və həmin çıxarışda evin ümumi sahəsi 162,8 kv.m və torpaq sahəsi 0,0339 hektardır. Qeyd olunanlardan da göründüyü kimi "xxxx" MMC evin və torpağın ümumi sahəsi haqqında səhv məlumat verməklə sözügedən mənzili iş üzrə digər Cavabdeh1, cavabdeh isə öz növbəsində ona satmışdır. Bunu da qeyd edir ki, "xxxx" MMC evin tikilişində tikinti qaydalarına riayət etməmiş, halhazırda evin monolit beton təbəqəsi çökmüş və evin dayanaq strukturu üçün əsas rol oynayan kəmər qatı qoyulmamışdır. Hazırda evdə yaşamaq insan həyatı üçün təhlükəlidir. İddia etdiyi müddəaların hər birinin əsaslı sübutları vardır. Yaşayış evinin dayanıqlığının yoxlanılması məqsədi ilə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə müraciət etmişdir. Nazirliyin əməkdaşları müayinə aparan zaman evin monolit təbəqəsinə tək qat armatur döşənməsinin və kəmər qatının olmamasının kobud tikinti pozuntusu olduğunu qeyd edərək heç bir tikinti normativinə uyğun olmadığını bildirmişdirlər. xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilir ki, qeyd olunan yaşayış yerinə vizual texniki baxış keçirilmiş və rəy müqavilə əsasında dəyəri ödənildikdən sonra təqdim olunacaqdır. Belə ki, mütəxəssis rəyinin alınması üçün sonradan əlavə xərci çıxacaqdır. Bildirir ki, hazırda evin müəyyən hissəsini təmir etdirmiş və 50000 manat məbləğində xərc çəkmişdir. Lakin buna baxmayaraq təmirdən sonra evin qəzalı vəziyyəti daha da aktivləşmiş və tamamilə yararsız vəziyyətə düşmüşdür. Ev hazırda yararsız vəziyyətdədir və həmin hallar aradan qaldırılacağı təqdirdə çəkdiyi 50000 manat xərc boşa çıxmış olur. Həmçinin qeyd olunan halların aradan qaldırılması üçün 50000 manat xərc tələb olunur. Eyni zamanda bildirir ki, yuxarıda qeyd olunduğu kimi evin və torpağın müqavilədə göstərilən ölçüsü ilə çıxarışda göstərilən ölçü arasında fərq vardır və həmin fərqin dəyərinin hazırki bazar qiyməti 60000 manat təşkil edir. Qeyd olunanlar ilə bağlı cavabdehlərə dəfələrlə müraciət etsə də heç bir faydası olmamışdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, 160000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Evin tikintisi zamanı yol verilmiş kobud tikinti pozuntusu barədə ”AAAF- İnşaat” MMC-yə müraciət etmiş, həmin MMC-nin nümayəndəsi evə baxış keçirmiş, evin vəziyyətini gördükdən sonra təəccübdən bir söz deyə bilməmişdir. Evi aldığı zaman "xxxx" ASC tərəfindən ona evin qəzalı vəziyyətdə olduğu bildirilmişdir. Lakin "xxxx" ASC tərəfindən evin vəziyyətini müəyyən etmək üçün mütəxəssis təyin edilmiş, həmin mütəxəssis evin qəzalı olmadığı barədə rəy vermiş, o da mütəxəssisə inanmışdır. O, təkcə evin çıxarışını almaq üçün 4500 manat məbləğində pul ödəmişdir. Evə baxış keçirildikdən sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin əməkdaşları ona sözügedən evdə yaşamağın insan həyatı üçün təhlükəli olduğunu və evi tikən şəxsin evin tikintisində armaturdan istifadə etməməklə səhlənkarlığa yol verdiyini bildirmişdirlər. Onda Azərbaycan Respublikası FHN-nin Tikintidə X2 Agentliyinin əməkdaşları tərəfindən evə baxış keçirilməsini təsdiq edən videogörüntülər vardır. "xxxx" ASC tərəfindən evin qəzalı olduğu bildirildikdən sonra o, ustalarla birlikdə evə baxış keçirmiş, ustalar evi yoxlayıb evin qəzalı olmadığını söyləmişdirlər. Evin konstruksiyası düzgün olmadığına görə evə tökülmüş beton dağılır. Həmçinin evin tikintisində armaturlardan kifayət qədər istifadə edilməmişdir. O, Cavabdeh1 onunla birlikdə məhkəmədə iddiaçı olmasını təklif etmiş, bunun müqabilində bütün məhkəmə xərclərini ödəyəcəyini söyləmiş, lakin cavabdeh buna razı olmamışdır. ”AAAF-İnşaat” MMC-nin təsisçisi Tofiq Heydərov ona başqa yerdə ev verməyə razı olmuşdur, lakin evin həyətində çəkdiyi əlavə xərclərə görə ona pul ödəməyə razı olmadığından təklif etdiyi evi başqa şəxsə satmışdır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə keçirilmiş məhkəmə hazırlıq iclaslarında iştirak etmiş, iddia tələbinə etiraz ərizəsində və izahatında bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şəkillər sübut edir ki, hazırda ev təmirlidir, iddiaçı tərəfindən evə müdaxilə olunmuşdur. Həmçinin iddiaçı bildirir ki, 04 may 2021-ci il tarixinə, yəni alqı-satqı müqaviləsi bağlanana qədər onun tərəfindən heç bir təmir işləri aparılmamış və layihəyə heç kim tərəfindən müdaxilə olunmamışdır. Ümumiyətlə, evin və həyət darvazasının açarları 2020-ci ilin dekabr ayının 11-dən İddiaçı olmuşdur. Bundan əlavə iddiaçı bildirir ki, evin müəyyən hissəsini təmir etdirmiş və 50000 manat məbləğində xərc çəkmişdir. Lakin buna baxmayaraq təmirdən sonra evin qəzalı vəziyyəti daha da aktivləşmiş və tamamilə yararsız vəziyyətə düşmüşdür. Hesab edir ki, evin bu günkü vəziyyətə düşməsinə səbəb səlahiyyətsiz ustaların məsuliyyətsiz işidir. ”AAAF-İnşaat” MMC tərəfindən ona təhvil verilən və alqı-satqıya qədər evin ilkin vəziyyəti iş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın olunur. ”AAAF-İnşaat” MMC tərəfindan tikilmiş ev və mülki layihə verilməsində, həmçinin iddiaçının sözlərinə əsasən evin qəzalı vəziyyətdə olmasında onun heç bir aidiyyəti yoxdur. Onunla "xxxx" ASC Müştəri Xidməti Departamenti arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə esasən mənzilin əldə edilməsinə 123000 manat məbləğində 7 il, yəni 84 ay müddətinə 30 faiz kredit və sığorta şərti ilə verilmişdir. Beləliklə, 7 il, hər ay 2171 manat ödəməklə xx.xx.2020-сi ildə tam yekunlaşmışdır. Sözügedən evi aldıqları 2013-cü ildən bəri evdə yaşayış olmamışdır. O, 2020-ci ilin dekabr ayında evi satmaq məqsədi ilə “AAAF-Park” Yaşayış Kompleksi sahəsində alqı-satqı məntəqəsinə müraciət etmişdir. 2 gündən sonra İddiaçı ona zəng edib evi almaq məqsədi olduğunu bildirmişdir. İddiaçının evi ipoteka ilə almaq istədiyini bildikdə o, evi iddiaçıya satmaq istəməmiş, lakin iddiaçı bütün sənədləşdirmə işlərini özü həll edəcəyini, onun ancaq qol çəkmək lazım olduqda gələcəyini bildirmiş, dövlət işçisi olduğundan iddiaçıya inanıb evin sənədlərini və açarları iddiaçıya təhvil vermişdir. İddiaçı dediyi kimi sənədləri özü hazırlamışdır. O, iddiaçı ilə xx.xx.2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alanda və xx.xx.2021-ci ildə "xxxx" ASC-nin Sumqayıt filialında alqı-satqı müqaviləsi bağlananda görüşmüş və 4 nəfərin şahid qismində iştirakı ilə 87000 manat müqabilində evi rəsmi surətdə iddiaçıya təhvil vermişdir. "xxxx" MMC tərəfindən evi ona şəxsən heç kim təhvil verməmiş və onun tərəfindən evin tikilişinə heç bir müdaxilə olunmamışdır. 2020-ci ildə “AAAF-Park”ın yaşayış sahəsində balaca kantor kimi yerdən ona evin açarını vermiş və demişdirlər ki, sayğacların rüsumunu ödəyib quraşdırdıqdan sonra evi təmir edə bilərlər. Buna baxmayaraq ev iddiaçıya təhvil veriləndə qəzalı vəziyyətdə olmamış, evdə heç bir çat və ya başqa nöqsan qeydə alınmamışdır. Evin alqı-satqı vaxtında çəkilmiş foto şəkilləri buna sübutdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 570.1.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda icra edilmiş sayılır. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 571.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 570.1.2-ci və 571.1-ci maddələrinə əsasən İddiaçı ona qarşı iddia qaldırmağa heç bir hüququ yoxdur. Odur ki, göstərilənlərə əsasən İddiaçı ona qarşı iddia tələbi əsassız olduğundan iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X5 Cavabdeh1 izahatına əlavə olaraq bildirdi ki, İddiaçı bəhs etdiyi yaşayış evi "xxxx" MMC tərəfindən tikilmişdir. Sözügedən ev ilə bağlı ipoteka borcu üzrə ödəniş etdikləri müddətdə, yəni təxminən 2015-2016-cı illərdə MMC tərəfindən onlara evin açarları təqdim edilmişdir. Onlar evi yaşamaq üçün alsalar da evi təmir etdirə bilməmiş, bu səbəbdən evi təmirsiz şəkildə iddiaçıya satmışdırlar. Vaxtilə sözügedən yaşayış evinə görə minimum olaraq 213000 manat pul ödəmişdirlər. Onun həyat yoldaşı hamilə olduğundan və yeni bir ev almaq istədiklərindən bu evi satmaq qərarına gəlmişdirlər. Baha qiymətə satışa qoymaları halında ev satılmayacağından evin tez satılması üçün onun təşəbbüsü ilə ev 90000 manata satılmışdır. Məlumat üçün bildirir ki, onun atası olan Cavabdeh1 xəstədir və ona implant qoyulmuşdur. Göstərilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il və xx.xx.2025-ci il tarixlərdə keçirilmiş məhkəmə hazırlıq iclaslarında iştirak etmiş, iddia tələbinə etiraz ərizəsində və izahatında bildirmişdir ki, iddia tələbinin təsviri və əsaslandırıcı hissəsindən, iddia tələbinin istinad edildiyi maddi hüquq normalarından göründüyü kimi tələb tamamilə əsassız və qanunsuzdur. İddia tələbinin əsassızlığını göstərən xüsusatlar və hüquq normaları aşağıdakılardır. Əvvəla, İddiaçı iddia tələbinin əsası olaraq istinad etdiyi adına qeydə alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ********** qeydiyyat nömrəli, **********75-10301 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF Park” yaşayış kompleksi, 6 saylı küçə, 15 nömrəli evin torpaq sahəsinin 0,04 ha deyil, 0,0339 ha olması və fərdi yaşayış evinin 213 kv.m. deyil, 162,80 kv.m. olmasıdır. Eyni zamanda, iddia tələbinə iddiaçı ilə "xxxx" ASC-nin Sumqayıt filialı ilə bağlanmış 04 may 2021-ci il tarixli, İSF/228 nömrəli kredit müqaviləsi əlavə edilmişdir. İddiaçı sözügedən daşınmaz əmlakın torpaq sahəsində və evin ümumi sahəsində yaranmış fərqin 60000 manat təşkil etdiyini iddia edir və s. tamamilə əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ********** qeydiyyat nömrəli, **********75-10301 reyestr nömrəli çıxarışdan göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF Park” yaşayış kompleksi, 6 saylı küçə, 15 nömrəli fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınan zaman da sözügedən fərdi yaşayış evinin sahəsi 162,80 kv.m. və yerləşdiyi torpaq sahəsi də 0,0339 ha təşkil etmişdir. Belə olan halda İddiaçı hüquqi əsasının haradan yaranmasına dair heç bir sübut da mövcud deyildir. Məhz İddiaçı daşınmaz əmlakı digər Cavabdeh1 aldığı zaman həmin əmlakın texniki xüsusiyyətləri və göstəriciləri, yəni evin ümumi sahəsi və torpaq sahəsi barədə tam məlumatlı olmuşdur. Bununla yanaşı, İddiaçı ilə "xxxx" ASCnin Sumqayıt filialı arasında bağlanmış 04 may 2021-ci il tarixli, İSF/228 nömrəli kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditor, yəni bank borcalana, yəni iddiaçıya Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF Park” yaşayış kompleksi, 6 saylı küçə, ev 15 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********75-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına verilir; həmin müqavilənin 1.4.1-ci bəndinə əsasən daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir; həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən daşınmaz əmlakın alınmasına görə ilkin ödəniş 40000 manat təşkil etmişdir; həmin daşınmaz əmlak müvafiq qaydada dəyərləndirilmiş, qiymətləndirilmiş və sığortalanmışdır. Ümumiyyətlə, "xxxx" ASC-nin qəzalı vəziyyətdə olan evə pul ayırması mümkün deyildir. Onun sözügedən kredit müqaviləsinə istinad etməkdə məqsədi İddiaçı kreditin rəsmiləşdirilməsi, qiymətləndirilməsi, sığortalanması və ipoteka ilə yüklü edilməsi proseslərində artıq daşınmaz əmlakın ümumi sahəsi və torpaq sahəsi barədə məlumatlı olmasıdır. İddiaçı daşınmaz əmlakın ümumi sahəsinə və torpaq sahəsi ilə bağlı narazılığı olduğu halda həmin əmlakın ipoteka ilə yüklü edilməklə kreditləşmə yolu ilə alınmasına etiraz edə bilər və kreditdən imtina edə bilərdi. Lakin İddiaçı həmin daşınmaz əmlakı ilkin ödəniş 40000 manat olmaqla 90000 manat kredit alaraq, cəmi 130000 manat məbləğinə satıcı/Cavabdeh1 əldə etmiş və satıcı/Cavabdeh1 əmlakın dəyərini ödəmişdir. İddiaçının bu hərəkəti məcburi yox, sərbəst iradə ifadəsidir. İddiaçı mübahisələndirdiyi daşınmaz əmlakın ümumi sahəsi və torpaq sahəsinin mövcud vəziyyətinə dair digər sübutları da mövcuddur. Bundan başqa, İddiaçı iddia tələbində aldığı fərdi yaşayış evinin tikintisi tikinti qaydalarına uyğun aparılmamış, evin monolit beton təbəqəsi köçmüş, evin dayanaq strukturu üçün kəmər qatı qoyulmadığı, evin yararsız vəziyyətdə olduğunu, təmirə çəkdiyi 50000 manat məbləğində xərcin boşa çıxdığını göstərir. İlkin olaraq tələbin əsassız olması ondan irəli gəlir ki, alıcı/İddiaçı satıcı/Cavabdeh1 fərdi yaşayış evini alır, təmirə başlayır, evin guya yararsız vəziyyətdə olmasını bilməsinə baxmayaraq təmir edərək sona çatdırır. Lakin həmin evi alan zaman qəzalı vəziyyətdə olmasını, ilkin baxış zamanı aşkar edilmiş qüsurlara dair heç bir sübut təqdim edilməmişdir. Bununla yanaşı, İddiaçı həmin evin təmiri zamanı monolit beton təbəqəsini və digər zəruri hissələrini zədələməsi istisna deyildir. Həmçinin İddiaçı həmin fərdi yaşayış evinin əsaslı təmiri zamanı tikinti-inşaat normalarını pozması, yaxud düzgün olmayan təmir zamanı zədələmə hallarının meydana çıxması istisna deyildir. Belə olan halda, sübut etmə iddiaçının üzərinə düşür. Lakin iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Bununla yanaşı, həmin evə iddiaçı tərəfindən təmirə 50000 manat məbləğində xərcləndiyi halda, yaranan qüsurların aradan qaldırılması üçün əlavə olaraq 50000 manat tələb olunması əsası, ümumiyyətlə, əsassızdır. Belə bir ehtimal etmək olar ki, tələb iddiaçının hüquqlarından sui-istifadə edərək, əsassız tələblə evinin təmiri üçün .çəkdiyi xərcin əldə edilməsi məqsədi daşıyır. Bir daha qeyd edir ki, bir alıcının satıcıdan 130000 manat məbləğində mənzil deyil, fərdi yaşayış evini baxış keçirmədən əldə etməsi, həmin evi ipoteka krediti kimi rəsmiləşdirməsi, həmin evdə qüsur aşkar edərək təmirə başlaması, təmirə xərc çəkməsi və yekunlaşdıraraq mübahisələndirməsi inandırıcı deyildir. Nəzərə çatdırır ki, iddiaçının cavabdeh MMC-yə qarşı tələb irəli sürmək hüququ yaranmamışdır. Çünki iddiaçı alıcı qismində mübahisələndirdiyi daşınmaz əmlakın cavabdeh MMC-dən deyil, satıcı qismində Cavabdeh1 əldə etmişdir. Belə olan halda, MMC hansı əsasla cavandeh qismində çıxış edir?! Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi, mülki qanunvericiliyin prinsipləridir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 50.5-ci maddəsinə görə qanun üzrə başqasının hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan şəxsin ərizəsi ilə mənafeyi üçün iddia qaldırılmış şəxs, başlanmış proses barədə xəbərdar edilir və məhkəmə prosesində iddiaçı qismində iştirak edir. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar. Göründüyü kimi İddiaçı cavabdeh MMC-yə qarşı tələb hüququ yaranmamışdır. Sözügedən daşınmaz əmlakın qəzalı vəziyyətdə olmasını inkar edən Cavabdeh1 iddiaçının əmlakı təhvil alan zaman deyil, sonradan 2 ay sonra etirazını bildirməsini qeyd etməklə İddiaçı əsassız tələblə çıxış etməsini bir daha sübut edir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1., 425.2., 427.2, 442, 446.1., 448.1., 448.2.-ci maddələrinə istinad etməsinə baxmayaraq, iddiaçı və cavabdeh MMC arasında hər hansı bir öhdəlik və ya əqd mövcud deyildir. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları hazırki iddia tələbi ilə uyğunluq təşkil etmir. İddia tələbinin sadalanan əsaslarından və istinad edilmiş hüquq normalarında görünür ki, tələb özlüyündə qeyri-müəyyəndir. Bundan əlavə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, "xxxx" Yaşayış Kompleksi, 6 saylı küçə, ev 15 ünvanında yerləşən fərdi yaşayış evi 2013-cü ildə Cavabdeh1 satılmışdır. Evin ilkin forması ilə bugünkü halı arasında fərq olub-olmaması hal-hazırda məlum deyildir və bu günkü gündə mövcud vəziyyətin nədən əmələ gəldiyi bilinmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, o, İddiaçı Cavabdeh1 və "xxxx" MMC-yə qarşı 160000 manat, eləcə də 450 manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsinə dair iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Daha sonra cavabdeh şirkətin nümayəndəsi növbəti məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 25 iyun 2013-cü il tarixli, A/023 №-li torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF” İnşaat yaşayış kompleksi, 6 saylı küçə, ev 15 ünvanında yerləşən fərdi yaşayış evini alıcı Cavabdeh1 satmağı, alıcı Cavabdeh1 isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada əmlakın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF” İnşaat yaşayış kompleksi, 6 saylı küçə, ev 15 ünvanında yerləşən 0,0339 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 162,80 kv.m olan fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan kreditor "xxxx" ASC ilə borcalan İddiaçı arasında bağlanmış 04 may 2021-ci il tarixli, İSF/228 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kreditor "xxxx" ASC bu müqavilənin şərtlərinə uyğun olaraq borcalan İddiaçı 90000 manat məbləğində illik 7,5 faiz dərəcəsi ilə 300 ay müddətinə ipoteka krediti verməyi, borcalan İddiaçı isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Bundan əlavə müqavilədə kreditin borcalan İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF” İnşaat yaşayış kompleksi, 6 saylı küçə, ev 15 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK DƏDRX tərəfindən 01 mart 2021-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına görə verilməsi qeyd edilmişdir. İş materiallarında olan mülkiyyətçi Cavabdeh1 ilə ipoteka saxlayan "xxxx" ASC və alıcı-borc alan (ipoteka qoyan) İddiaçı arasında bağlanmış 04 may 2021-ci il tarixli, İSF/228 №-li alqı-satqı və ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF” İnşaat yaşayış kompleksi, 6 saylı küçə, ev 15 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK DƏDRX tərəfindən 01 mart 2021-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə vermişdir. Həmçinin sözügedən müqavilədə daşınmaz əmlakın satış qiymətinin 130000 manat olması, həmin məbləğin 40000 manat məbləğində olan hissəsinin alıcı-ipoteka qoyan İddiaçı özü tərəfindən, 90000 manat məbləğində olan hissəsinin isə kreditor-ipoteka saxlayan "xxxx" ASC tərəfindən kreditor-ipoteka saxlayan "xxxx" ASC və alıcı-ipoteka qoyan/borcalan İddiaçı arasında Sumqayıt şəhərində bağlanmış 04 may 2021-ci il tarixli, İSF/228 nömrəli kredit müqaviləsinə əsasən alıcıipoteka qoyan İddiaçı verilmiş kredit vəsaiti hesabına ödəniləcəyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF” İnşaat yaşayış kompleksi, 6 saylı küçə, ev 15 ünvanında yerləşən 0,0339 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 162,80 kv.m olan fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2225 nömrəli arayışdan görünür ki, ABB ASC Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqavilələrinə əsasən mənzilin əldə edilməsinə 123000 manat məbləğində kredit verilmişdir. Müvafiq kredit müqavilələri üzrə kredit borcu banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. Cavabdeh1 həmin kredit müqaviləsi üzrə xx.xx.2025ci il tarixinə bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/7877 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-18-2/2-5959/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 “AAAF İnşaat yaşayış kompleksi, 6 saylı küçə, ev 15 ünvanında yerləşən daşınmaz əmlakın və həmin ünvanda yerləşən torpaq sahəsinin ayrı-ayrılıqda sahələri "xxxx" MMC arasında imzalanmış 25 iyun 2013-cü il tarixli alqısatqı müqaviləsində 213 kv.metr ölçüləri göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********75-10301 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmış, ********* qeydiyyat nömrəli çıxarışda və müayinə zamanı lisenziyası olan təşkilat tərəfindən verilmiş layihə memarlıq planlaşdırma bölməsində göstərilmiş ölçüləri 162.80 kv.metr təşkil edir. Mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF” İnşaat yaşayış kompleksi, 6 saylı küçə, ev 15 ünvanında yerləşən fərdi yaşayış evi tikinti-texniki cəhətdən düzgün ərazidə relyefində yerləşməsinin cavablandırılması ərazidə aparılacaq mühəndis-geoloji axtarış işlərinin nəticələri məlum olduqdan sonra mümkündür. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF” İnşaat yaşayış kompleksi, 6 saylı küçə, ev 15 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə hazırki real bazar dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır. Mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 “AAAF” İnşaat yaşayış kompleksi 6 saylı küçə, ev 15 ünvanında yerləşən fərdi yaşayış evinə texniki baxış zamanı evin mərtəbə arası örtüyündə tikinti normalarının tələbləri ilə məhdudlaşdırılan həddi əyintilər və çatlar açılış enindən böyük olan deformasiya və çatlar müşahidə olunur. Belə ki, mərtəbəarası örtükdə əyintilər təxminən eni 8-10 mm-ya, çatların açılış eni isə 8 mm-yə çatır. Beləliklə, fərdi yaşayış evi tikinti norma və qaydaları tələblərinə əməl olunmadan inşa edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq AzDTN 1.7-1 “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydaları”na əsasən halhazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olduğu, tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən fərdi yaşayış evi texniki cəhətdən yolverilməzdir. Hal-hazırda fərdi yaşayış evi yaşayış üçün təhlükəlidir. Mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF” İnşaat yaşayış kompleksi, 6 saylı küçə, ev 15 ünvanında yerləşən fərdi yaşayış evi istismara yararsızdır. Mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF” İnşaat yaşayış kompleksi, 6 saylı küçə, ev 15 ünvanında yerləşən fərdi yaşayış evində monolit dəmir-beton örtük tavasının üst və alt hissələrində uzunluğu 5,0 metr, açılış eni 2,5 mm-ə çoxsaylı çatlar müşahidə olunmuşdur. Pilləkən meydançasının tavasında tava sahəsinin alt səthində uzununa istiqamətində açılış eni 0,2 mm-ə 1 ədəd çat yaranmışdır. Həmin çat, tavanın yan səthini açılış eni 3,0 mm-ə qədərdir. Çatların yaranma səbəbi tikinti norma və qaydalarına əməl olunmadan inşa edilmişdir. Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, 6 saylı küçə, 15 nömrəli fərdi yaşayış evində cari təmir işlərinin aparıldığı müəyyən olunmuşdur. Həmçinin mütəxəssis rəyinə əsasən fərdi yaşayış evi tikinti norma və qaydaları tələblərinə əməl olunmadan inşa edilmişdir. Bu səbəbdən də Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, 6 saylı küçə, 15 nömrəli fərdi yaşayış evində aparılmış təmir-tikinti işləri evin istismar vəziyyətinə və ya istismara yararlılıq vəziyyətinə təsir göstərə bilməz və fərdi yaşayış evində aşkar edilmiş çatların fərdi yaşayış evinin tikinti norma və qaydalarının tələblərinə əməl olunmadan inşa edilməməsi nəticəsində yaranmışdır. Baxış zamanı Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, 6 saylı küçə, 15 nömrəli fərdi yaşayış evində mövcud olan qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 31155 manat məbləğində müəyyən olunmuşdur. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF Park” yaşayış kompleksi, 6 saylı küçə, 15 nömrəli fərdi yaşayış evinin istismara yararsız olmasında tikinti norma və qaydaları pozulmuşdur. Tədqiq olunan fərdi yaşayış evinin örtük tavasının armaturlanması tək tor şəklində quraşdırıldığından, örtük tavanın alt səthində müxtəlif uzunluqda çoxsaylı çatlar əmələ gəlmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF Park” yaşayış kompleksi, 6 saylı küçə, 15 nömrəli fərdi yaşayış evinin xx.xx.2013-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi istənilən şəxs tərəfindən mərtəbəarası örtüyünün sökülərək təkrar inşası və ya yenidən tikintisi həyata keçirilə bilməsinin müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyətinə aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli, 10/5311-9/5478 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli mütəxəssis rəyi nəzərə alaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, AAAF inşaat yaşayış kompleksi, küçə 6 ünvanında yerləşən 15 saylı yaşayış evinin bərpası ilə əlaqədar qeyd olunur ki, baxış zamanı həmin mənzilin bərpa olunması üçün ayrı-ayrı konstruktiv elementlər üzrə, eləcə də tikintialtı torpaq qatının müvafiq möhkəmləndirmə işləri aparmaqla bərkidilməsinin zəruri olduğu müəyyən edilmişdir ki, həmin işlərin dəyəri, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin müvafiq mütəxəssisləri tərəfindən mübahisəli yaşayış evinin və yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzrə müayinə tədqiqat işləri aparılaraq, gücləndirmə işlərinin həcmi müəyyənləşdirildikdən və yerinə yetirilməli işlərə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli mütəxəssis rəyi nəzərə alaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, AAAF inşaat yaşayış kompleksi, küçə 6 ünvanında yerləşən 15 saylı yaşayış evi istismara yararsız vəziyyətdə olduğundan qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 may 2025-ci il tarixli, 10/1190 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli mütəxəssis rəyi nəzərə alaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, AAAF inşaat yaşayış kompleksi, küçə 6 ünvanında yerləşən 15 saylı yaşayış evinin bərpası ilə əlaqədar qeyd olunur ki, baxış zamanı həmin mənzilin bərpa olunması üçün ayrı-ayrı konstruktiv elementlər üzrə, eləcə də tikintialtı torpaq qatının müvafiq möhkəmləndirmə işləri aparmaqla bərkidilməsinin zəruri olduğu müəyyən edlmişdir ki, həmin işlərin dəyəri, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin müvafiq mütəxəssisləri tərəfindən mübahisəli yaşayış evinin və yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzrə müayinə tədqiqat işləri aparılaraq, gücləndirmə işlərinin həcmi müəyyənləşdirildikdən və yerinə yetirilməli işlərə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Eyni zamanda, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF” İnşaat yaşayış kompleksi, 6 saylı küçə, ev 15 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evini əldə etmişdir. İddiaçı evin müəyyən hissəsini təmir etdirdiyini və bunun üçün 50000 manat məbləğində xərc çəkdiyini, lakin buna baxmayaraq təmirdən sonra evin qəzalı vəziyyətinin daha da aktivləşdiyini və tamamilə yararsız vəziyyətə düşdüyünü, evin bərpası üçün əlavə olaraq 50000 manat xərc tələb olunduğunu, həmçinin evin və torpaq sahəsinin müqavilədə göstərilən ölçüsü ilə çıxarışda göstərilən ölçü arasında fərq olduğunu və həmin fərqin dəyərinin hazırkı bazar qiymətinin 60000 manat təşkil etdiyini bildirərək, bu səbəblə ona 160000 manat məbləğində vəsait ödənilməli olduğunu iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olduğu, fərdi yaşayış evi texniki cəhətdən yolverilməz, yaşayış üçün təhlükəli və istismara yararsızdır. İddia tələbindən göründüyü kimi mübahisə Cavabdeh1 (satıcı) tərəfindən lazımi keyfiyyətdə olmayan əşyanın İddiaçı (alıcıya) satılması ilə bağlıdır. Əvvəla qeyd olunmalıdır ki, tərəflər arasında daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanılması, alıcının aldığı əşyanın dəyərini ödəməsi, satıcının əşyanı alıcıya təhvil verməsi işin mübahisəsiz halıdır. Bu qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə müqavilə hüquq münasibətlərindən irəli gəlir. Bu baxımdan iddia tələbi üzrə hüquqi dəyərləndirmə Mülk Məcəllənin 29-cu fəslində nəzərdə tutulan Alğı-satqı haqqında ümumi müddəalar çərçivəsində olmalıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa), iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi iddiaçı (alıcı) cavabdeh (satıcı) tərəfindən ona keyfiyyətsiz, qüsurlu əşya (fərdi yaşayış evi) satıldığını, həmin qüsurların aradan qaldırılmasının mümkün olmadığını, fərdi yaşayış evinin yenidən tikilməli olduğunu iddia edərək pul tələbi ilə çıxış edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 587.2-ci maddəsinin tələbinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (587.2.1) və yaxud lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin (587.2.2). Araşdırılan mübahisədən göründüyü kimi iddiaçı (alıcı) əşyanın keyfiyyəti barədə mübahisə açsa da qeyd olunan hüquq normasında ifadə olunan tələblərlə çıxış etmir. Halbuki hüquq normasının məzmunundan göründüyü kimi əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda alıcıya yalnız iki seçim hüqüqu verilmişdir ki, bu baxımdan araşdırılan iddia tələbini şərh olunan normanın tələbinə uyğun deyildir. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinə dair iradə ifadəsinin dəqiqləşməsi təklif olunmuş, iddiaçı alğı-satqı müqaviləsinin icrasından imtina edilməsinin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasının onun mənafeyinə uyğun olmadığını bildirməklə yenidən ev inşa etmək üçün tələb olunan məbləğin ona ödənilməsində israrlı olduğunu göstərmişdir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə bu nəticəyə gəlir ki, araşdırılan iddia tələbi Mülki Məcəllənin 587.2-ci maddəsində ifadə olunan hüquq normalarının tələblərinə uyğun olmadığından əsassız hesab edilməlidir. Məhkəmənin qənaətincə iş üzrə faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, göründüyü kimi tərəflər arasında hüquq münasibətləri müqavilə hüququndan irəli gəlir. "xxxx" MMC müqavilə tərəfi olmamaqla, hər hansı bir öhdəliyin daşıyıcısı olmadığından ona qarşı irəli sürülmüş tələbin maddi hüquqi əsası yoxdur və tələb əsassızdır. Bundan başqa iddia tələbi bütövlükdə rədd edildiyindən məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin bir daha Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/7877 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat, 02 dekabr 2024-cü il tarixli, 10/5311-9/5478 saylı məhkəmə tikintitexniki ekspertizasına görə 100 manat və 02 may 2025-ci il tarixli, 10/1190 saylı məhkəmə tikintitexniki ekspertizasına görə 100 manat olmaqla, cəmi 300 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı cavabdehlər "xxxx" MMC və Cavabdeh1 160000 manat, eləcə də 450 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/7877 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat, 02 dekabr 2024-cü il tarixli, 10/5311-9/5478 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat və 02 may 2025-ci il tarixli, 10/1190 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat olmaqla, cəmi 300 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-28/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-28/2025
15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver