Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-280/2024 14.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş 540 (beş yüz qırx) manat maddi ziyanın, ödədiyim 30 (otuz) manat dövlət rüsumunun və hüquqi xidmətə görə ödədiyim 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus “X4” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili öz yaşadığı binanın qarşısında axşam saat 20:10 radələrində saxlayıb yaşadığı mənzilə qalxdı. Təxminən 5 dəqiqə sonra aşağıdan bərk səs gəldi. Ona həyətə düşərkən, ona məxsus avtomobil vurulmuş və vuran adam isə hadisə yerindən qaçmışdır. O bu hadisədən sonra polisə müraciət etdi. Polis tərəfindən aşadırma aparılmış və onun avtomobilinin VAZ21070 markalı 01BU571 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən vurulduğu aşkar olunmuşdur. Cavabdeh Abşeron rayon X5 Şöbəsinə dəvət edilərək izahatı alınmışdır. O, izahatında etdiyi hadisəni tam şəkildə etiraf etmişdir. Araşdırma aparılarkən, Cavabdeh idarə etdiyi avtomobilin icbari sığortasının olmaması müəyyən olunmuşdur. Bu səbəbdən də, sığorta şirkəti tərəfindən ona dəymiş zərərin ödənilməsi mümkün olmamışdır. O, avtomobilə dəymiş ziyanın hesablanması ilə bağlı "xxxx" MMC-yə müraciət etmişdi. Sözügedən MMC-nin xx.xx.2023cü il tarixli X2 Avtomobilnəqliyyat Vasitələrinə verilmiş Nöqsan Aktından görsəndiyi kimi onun avtomobilimə ümumilikdə 540 (beş yüz qırx) manat maddi ziyan dəymişdir. O, cavabdehdən ona dəymiş ziyanı tələb etsə də, bu ziyanı ödəməkdən boyun qaçırmış, sonradan telefon zənglərinə cavab belə verməmiş, bu günki günədək ona vurduğu maddi ziyanı ödəməmişdir. Bu səbəbdən də o, cavabdeh tərəfindən ona vurulmuş maddi ziyana görə 540 (beş yüz qırx) manat və hüquqi xidmətə görə ödədiyi 200 (iki yüz) manat məbləğində pulun ona ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də gösatərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AC № 363802 saylı xx.xx.2015-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2012-ci il buraxılışlı “Mitsubishi Outlander” minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. -Abşeron rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 2NK-18013 nömrəli raportundan görünür ki, 102 Xidmətindən İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə saat 20:22 radələrində Xırdalan şəhəri, 22-ci məhəllə, bina 2 qarşısında “Mitsubishi” markalı **- BP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin “VAZ 2107” markalı avtomobil tərəfindən vurulması, hadisə yerindən yayınması barədə məlumat daxil olmuşdur. -İddiaçı Abşeron rayon Polis İdarəsində verdiyi ərizədən görünür ki, ona məxsus olan “Mitsubishi Outlander” markalı avtomobili xx.xx.2023-cü il saat 20:15 radələrində maşının yaşadığı ünvanın qarşısında saxlamış və eyni vaxtda ağ rəngli “07” markalı maşın onun maşınını vurub qaçdığını, bu hadisənin araşdırılıb ona dəyən ziyana görə köməklik göstərilməsini xahiş etmişdir. -Cavabdeh Abşeron rayon Polis İdarəsi X5 şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə axşam saatlarında Xırdalan şəhəri, 22-ci məhəllədə işlə əlaqədar görüşü olmuş, anidən ona zəng gəlmiş və o təcili getməli olmuş, maşını arxa-arxaya verən zaman ondan arxada dayanmış “Mitsubishi” markalı **-BP-*** nömrəli avtomobilin arxa sol işıq qaytarıcısına toxunaraq yararsız hala salmış, arxa sol buferə xırda cızıqlar düşmüş, ailə vəziyyəti ilə əlaqədar olaraq getməli olsa da, orada azı 5 dəqiqə maşın sahibini axtarıb tapmadığı halda təcili getməli olmuş, hadisə sonunda bədən xəsarətləti almadığını bildirmişdir. - İddiaçı Abşeron rayon Polis İdarəsi X5 şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, İddiaçı ona aid olan “Mitsubishi Outlander” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı maşını öz yaşadığı binanın qarşısında axşam saat 20:10 radələrində saxlamış, öz yaşadığı mənzilə getmiş, beş dəqiqə sonra aşağıdan bərk səs gəlmiş, ona dedilər ki, ona aid olan maşını 07 markalı maşın vurmuş və hadisə yerindən qaçmışdır. Ona dəyən ziyanın ödənilməsi üçün ona köməklik göstərilməsini xahiş etmişdir. -xx.xx.2023-cü il tarixli TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Abşeron DYP tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 20:10 radələrində Xırdalan şəhəri, 22-ci məhəllə ərazisində “VAZ 21070” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks istiqaməti hərəkət zolağına çıxmadan manevr etməsi nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı, 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı, 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli X2 X1 Aktından görünür ki, İddiaçı məxsus “Mitsubishi Outlander” minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 540,00 manat maddi ziyan vurulmuşdur. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8350 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Mitsubishi Outlander” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 540 manat müəyyən edilir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cəfərov X3 rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə ünvanında Cavabdeh isə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 20:10 radələrində Xırdalan şəhəri, 22-ci məhəllə ərazisində “VAZ 21070” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks istiqaməti hərəkət zolağına çıxmadan manevr etməsi nəticəsində İddiaçı idarə etdiyi “Mitsubishi Outlander” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ziyan dəymişdir. Cavabdeh Hazırda iddiaçı onun avtomobilinə dəymiş ziyanın məhkəmə qaydasında cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən sürücü Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 20:10 radələrində Xırdalan şəhəri, 22-ci məhəllə ərazisində “VAZ 21070” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi təsdiqini tapmışdır. Göründüyü kimi, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki iş üzrə avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 9/8350 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Mitsubishi Outlander” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 540 manat edilmişdir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib, iddiaçının ekspert rəyi ilə razılığını nəzərə alıb rəyi əsas sübut növü kimi qiymətləndirir və iddiaçının avtomobilinə 540 manat maddi ziyanın vurulması qənaətinə gəlir. On görə də iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, hüquqi xidmətə görə ödənilmiş 200 manat və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat pul vəsaiti cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 540 (beş yüz qırx) manat və ödənilmiş dövlət rüsumuna görə 30 otuz) manat və hüquqi xidmətə görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə, cəmi 770 (yeddi yüz yetmiş) manat pul vəsaiti tutularaq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov