Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2800/2021 08.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə 08 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 2(057)-700/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 21.07.2007-ci il təvəllüdlü X2 və 26.10.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 125 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay 2 uşağa görə qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki məhkəmə qətnaməsi ilə azyaşlı uşaqların saxlanması üçün hər uşağa görə 125 manat, cəmi 250 manat təyin edilmiş aliment hazırda onların maddi ehtiyaclarını ödəmir. Azyaşlıların maddi ehtiyacları artmaqdadır. İddiaçı isə təkbaşına azyaşlı uşaqların maddi ehtiyaclarını qarşılaya bilmir. Cavabdeh “xxxx” Neft Şirkətində işləyir və aylıq əmək haqqı 1200 manat təşkil edir. Bu səbəbdən də hazırki şəraitdə alimentin cavabdehi qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında tutulması zəruridir. İddiaçı məhkəməyə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, Salyan Rayon Məhkəməsinin 2(057)-700/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 21.07.2007-ci il təvəllüdlü X2 və 26.10.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 125 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarından olan Salyan Rayon Məhkəməsinin 2(057)-700/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı arasında 06.07.2006-cı il tarixdə Salyan rayon VVADQ-da bağlanmış 260 saylı rəsmi nikahın pozulması, birgə nikahdan doğulan 21.07.2007-ci il təvəllüdlü X2 və 26.10.2009cu il təvəllüdlü X1 İddiaçı (ananın) himayəsində qalması, həmin azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 125 manat, cəmi 250 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Mülki işin materiallarından olan 08 may 2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh 18 dekabr 2019-cu il tarixdən etibarən “xxxx” MMC-də ”boyaçı” kimi çalışır və orta aylıq əmək haqqının məbləği 707 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2 maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün minimum yaşayış həddinin məbləğini, habelə cavabdehin maddi imkanını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, 21.07.2007-ci il təvəllüdlü X2 və 26.10.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 olaraq müəyyən edilərək cavabdehdən tutulub iddiaçıya verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-700/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə 21.07.2007-ci il təvəllüdlü X2 və 26.10.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh 21.07.2007-ci il təvəllüdlü X2 və 26.10.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. Cavabdeh 30 manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2800/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2800/2021
08.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver