Məhkəmə qərarları › İş №2(012)-2812/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2812/2020

19.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2812/2020 19.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Məsləhətçi (məhkəmə iclas katibi) Yunuslu Elvin Kamil oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi, vəkili Vəkil Qəmədər oğlunun, cavabdeh “KƏMALƏ-A” firmasının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdeh “KƏMALƏ-A” firmasına qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cavabdeh “KƏMALƏ-A” firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya məxsus texniki xüsusi vasitə-video müşahidə qurğusunu yararsız hala salmaqla vurduğu ziyana görə 870 manat məbləğində pulun cavabdehin nəfinə tutulmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi, vəkili Vəkil Qəmədər oğlu iddianı müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2019-cu il tarixdə, saat 19:08 radələrində Bakı-Quba yolunun 85-ci kilometrliyində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus texniki xüsusi vasitə-video müşahidə nöqtəsinə cavabdeh “KƏMALƏ- A” firmasına məxsus “MAZ 64229” markalı, **-JN-*** dövlət nömrə nişanlı avtomobil **-ZB- *** qeydiyyat nömrəli “ÖZSAN” yarımqoşqu tərəfindən yol nəqliyyat hadisəsi zamanı maddi ziyan dəymişdir. Ümumilikdə video müşahidə nöqtəsinə dəyən zərərin məbləği 870 manatdır (ƏDV daxil deyil). Hadisə zamanı “KƏMALƏ-A” firmasına məxsus “MAZ 64229” markalı, **-JN-*** dövlət nömrə nişanlı avtomobili **-ZB-*** qeydiyyat nömrəli “ÖZSAN” yarım qoşqusu ilə X1 idarə etmişdir. Dəymiş ziyan cavabdeh tərəfindən ödənilməmişdir. X1 AR İXM-in 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Ekin Texnoloji A.Ş şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən xx.xx.2019-ci il tarixli aktdəymiş ziyanın məbləğini təsdiq edir. Odur ki, cavabdeh “KƏMALƏ-A” firmasındaniddiaçıya məxsus texniki xüsusi vasitə-video müşahidə qurğusunu yararsız hala salmaqla vurduğu ziyana görə 870 manat məbləğində pulun iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəfinə tutulmasıbarədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini etiraf edərək məhkəmədən etirafının qəbul edilməsini və müvafiq qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraf ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Ekin Texnoloji A.Ş şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, radar nöqtəsinə dəyən zərərin məbləği 870 manat təşkil edir (ƏDV daxil deyil). İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx xxxxxx 2004cü il tarixli, AB № 468958 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2003-cü il buraxılışlı, **-ZB-*** qeydiyyat nömrəli özüboşaldan “ÖZSAN” yarımqoşqu “KƏMALƏ-A” firmasının adına qeydiyyatdan keçmişdir. İşdə olan “KƏMALƏ-A” firması tərəfindən verilmiş ********** saylı, xx xxxx 2019-cu il tarixli yol yük avtonəqliyyatı üçün yol vərəqindən görünür ki, **-ZB-*** qeydiyyat nömrəli “ÖZSAN” yarımqoşqunun X1 tərəfindən hərəkətinə icazə verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Azərbaycan Respublikasının İXM-in 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsi ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, cavabdehin etirafı məhkəmə tərəfindən təsdiq olunmalı və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Cavabdeh “KƏMALƏ-A” firmasının nümayəndəsi X2 iddianı etirafı qəbul edilsin. İddiatəmin edilsin. Cavabdeh “KƏMALƏ-A” firmasından870 (səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar