Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2818/2022 10.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Pünhan oğlunun onu aldadaraq aldığı pulun qalığı olan 1200 manat və tikinti zamanı xərclədiyi 2260 manat, cəmi 3460 manat olmaqla, ona vurulan maddi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinə düzəliş barədə ərizə ünvanlayaraq, Cavabdeh onu aldadaraq aldığı pulun qalığı olan 1200 manat və tikinti zamanı xərclədiyi 2260 manat, cəmi 3460 manat olmaqla, ona vurulan maddi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, xx.xx.2021-ci il tarixdə torpaq sahəsi almaq məqsədi ilə Abşeron rayonu, Qobu qəsəbəsinə gəlmiş və orada Samir adlı şəxslə görüşmüşdür. Cavabdeh ona torpaq sahəsi göstərmişdir. O həmin torpaq sahəsini bəyəndiyi üçün Abşeron rayonu, Qobu qəsəbəsində 2600 manat pulu Samir adlı şəxsə vermişdir. Samir ondan pulu aldıqdan sonra o, Samirdən sənəd istəmiş və onlar birlikdə Yasamal rayonunda yerləşən natariusa getmişlər. Samir ona etibarnamə vermiş, lakin qeyd olunan etibarnamə həmin torpaq sahəsinə aid olmamışdır. Belə ki, həmin torpaq sahəsinin Samirə aidiyyatı olmamışdır. O həmin ərazidə tikinti aparanda torpağın sahibi gəlmiş və bundan sonra ona məlum olmuşdur ki, Samir onu aldadaraq pulunu ələ keçirmişdir. Bütün bunları öyrəndikdən sonra o, verdiyi 2600 manat pul məbləğini geri istəmiş, lakin ona Samirin atası (Pənah) puldan 1400 manatını geri qaytarmışdır. Həmin torpaq sahəsində tikinti zamanı onun 510 manat daş, 250 manat armatur, 270 manat otuz paçka sement, 30 manat kəmər, 550 manat ustanın haqqı, 250 manat qum, 180 manat şebelə, 220 manat fəhləyə xərci çıxmışdır. Dəfələrlə qarşı tərəfə maddi ziyanı qarşılamağı xahiş etmiş, lakin cavabdeh pulu ödəməkdən boyun qaçırmışdır. Bildirir ki, bu məsələ ilə bağlı Abşeron Rayon Polis bölməsinə müraciət etmiş və ona cinayət işinin başlanmasının rədd olunması barədə qərarla cavab verilmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Bakı İstintaq Təcridxanasında cəza çəkən Cavabdeh məhkəmə sənədləri rəsmi qaydada göndərilmiş, iddia ərizəsinə dair etiraz və mülahizəsini məhkəməyə göndərilməsi xahiş olunmuş, lakin cavabdeh tərəfdən iddia ərizəsinə etiraz və mülahizə daxil olmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İnstintaq Şöbəsinin 20 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqi zamanı müəyyən olunmuşdur ki, İddiaçı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən torpaq sahəsini almaq üçün 2600 manat məbləğində pulu Cavabdeh vermiş, lakin torpaq sahəsi İddiaçı adına sənədləşdirməmiş, 2600 manat puldan 1400 manat İddiaçı qaytarılsada, 1200 manat qaytrılmamış və nəticədə cavabdeh heç bir hüquqi əsas olmadan varlanmışdır. Məhkəmə tərəfindən qeyd olunan bu xüsusatlar məhkəmə iclaında iddiaçının izahatı ilə bərabər, iş materiallarında olan İddiaçı müraciəti əsasında toplanmış,cinayət işi başlanmasının rədd edilməsinə dair HK-1/1443 saylı materiallarla da təstiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin tikinti zamanı xərclədiyi 2260 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsinin rədd edilməsi nəticəsinə gəlir.Belə ki, iddia tələbinin bu hissəsi ilə bağlı İddiaçı məhkəməyə MPM-in 77.1-ci maddəsinin tələbinə görə sübutlar təqdim etmək vəzifəsi daşıdığı halda, özünün izahatından başqa digər sübut təqdim edə bilməmiş, İddiaçı izahatı digər sübutlarla təstiqini tapmadığından,məhkəmə həmin izahata tənqidi yanaşmışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1200 manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2818/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2818/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver