Məhkəmə qərarları › İş №2(012)-282/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-282/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-282/2025 25.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, vurulan maddi ziyana görə 10000 manat pul, iddia ərizəsinin puluna (rüsum) görə 120 manat, xx.xx.1974-cü il təvəllüdlü Sumqayıt şəhəri, 18ci mkr, ev 2A, mənzil 23 qeydiyyatda olan Cavabdeh ümumilikdə 10120 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin may ayının 25-də gecə saatlarında təxminən saat 5:15 radələrində ona məxsus olan “Mersedes Benz” markalı **- BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini və orada olan digər 2 avtomobili Səbail rayonu, Badamdar şossesində yüksək sürətlə hərəkətdə olan və Azərbaycan Respublikası Yol Hərəkəti haqqında qanunun tələblərini pozaraq və nəticədə idarəetməni itirərək cavabdeh X1 özünün idarə etdiyi “Chevrolet” markalı, **-VV-*** dövlət nömrə nişanlı avtomobili ilə vuraraq iddiaçıya ümumilikdə 13000 manata yaxın maddi ziyan vurmuşdur. Həmin ziyanın bir qismini həmin avtomobilinin sığortaçısı qarşılamış, lakin qalan ziyanla bağlı dəfələrlə cavabdehlə görüşməsinə dəfələrlə telefon üzərindən edilmiş söhbətlərə baxmayaraq, ödəniş həyata keçirilməmişdir. İsrarla cavabdehdən ona vurulan ziyanın kompensasiyası tələb edilsə də, cavabdeh imtina etmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, Onun avtomobilindən başqa 4 nəfərə məxsus avtomobillərə də ziyan vurulmuş, ümumilikdə sığorta tərəfindən 5000 manat pul ayrılmış, 2850 manat hissəsi iddiaçıya verilmişdir. Bazar dəyəri 35000-40000 manat təşkil edən və 2013-cü il istehsalı olan maşınını 17000 manat ziyan edərək 14000 manata satmışdır. Əlavə olaraq qeyd etmişdir ki, ümumilikdə 20000 manat ziyan dəyməsinə baxmayaraq, cavabdehə güzəştə gedərək 5000 manat ödəməsini təklif etmiş, lakin cavabdeh razılaşmamışdır. Hazırda isə 10000 manat tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, qadağan olunmuş yerlərdə saxlanmış 5 maşını vurmuşdur. Tərəfindən ziyan vurulduğunu etiraf etsə də, ziyana görə tələb olunan məbləğlə razılaşmır. Belə ki, dəymiş zərərin maksimum 6000 manat təşkil etməsinə baxmayaraq, ondan ziyana görə 12000 pul istənilmiş, yalnız bazar qiyməti ilə hesablanmaqla ödəməyə hazır olduğunu bildirmişdir. Həmçinin sığorta şirkəti tərəfindən 2850 manat ödəniş edilmişdir. Eyni zamanda qeyd etmişdir ki, iddianı 3000 manat məbləğində qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. -xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 05:40 radələrində Cavabdeh “Chevrolet Cruze minik” markalı, **-VV-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına manevr etmə nəticəsində AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. -xx.xx.2024-cü il tarixli icra edilmiş xidmətlərə dair aktdan görünür ki, yol nəqliyyat saylı hesabdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində baş vermiş qəzanın vizual qiymətləndirilməsi həyata keçirilmiş, İddiaçı məxsus “Mersedes Benz” markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə icra edilmiş işlərin qiyməti ümumilikdə 317.48 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli, Z405/00402 nömrəli "xxxx" MMC tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi barədə aktdan görünür ki, “Mersedes Benz” markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ƏDV daxil 76565.98 manat ziyan dəymişdir. -xx.xx.2024-cü il tarixli yekun aktdan görünür ki, “Mersedes BenzE220 ” markalı, **-BK- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin təmiri prosesində əvəz olunmalı hissələrin dəyəri 12030 manat təşkil etmişdir. -"xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, “Mersedes BenzE220 ” markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün usta haqqı və detalların bazar dəyəri 21806 manat (işçilik usta pulu – 2430 manat, detalların ümumi məbləği – 19376 manat), həmçinin aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 600 manat pul təşkil etmişdir. Belə ki, iddia ərizəsi və iş materiallarından görünür ki, iddiaçı cavabdehin təqsiri ucbatından - yüksək sürətlə hərəkət edərək idarəetməni itirməsi nəticəsində iddiaçıya məxsus “Mersedes Benz E220” markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan dəydiyini və dəymiş zərərin əvəzini ödəməsini təklif etməsinə baxmayaraq, cavabdehin ödəməkdən boyun qaçırdığını irəli sürərək ümumilikdə 10000 manat pulu məhkəmə qaydasında tələb etmişdir. Cavabdeh isə iddianı qismən qəbul edərək, tərəfindən ziyan vurulduğunu etiraf etmiş, lakin tələb olunan məbləğlə razılaşmamış, hazırda 3000 manat məbləğində pul ödəmək iqtidarında olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən vurulmuş zərərin əvəzinin tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında aparılmış qiymətləndirmə tədqiqatının nəticəsində əldə edilmiş mütəxəssis rəyinə əsasən dəymiş ziyanın məbləği 21806 manat dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb, həmçinin cavabdehin etirafını nəzərə alaraq baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq mütəxəssis rəyi ilə müəyyən edilmiş 21806 manat pul vəsaitinin iddiaçının tələb etdiyi 10000 manat hissəsinin cavabdehdən tutulmasını əsaslı hesab edərək, iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən cavabdehdən xx.xx.2024-cü il tarixdə, ********** qəbz əsasında ödənilmiş 120 manat dövlət rüsumu iddiaçının xeyrinə, aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 600 manat pul vəsaitinin isə "xxxx" MMC-nin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10000 manat pul vəsaiti və ödənilmiş 120 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə, həmçinin iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 600 manat pul vəsaiti tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10000 manat pul vəsaiti və ödənilmiş 120 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 600 manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar