Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2823/2020 26.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi Cəmilə İbrahim qızı Səfiyevanın sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı QSC BOKT-un Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı QSC BOKT-a qarşı əmlakın təhvil verilməsi və borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı QSC BOKT Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 5827,42 ABŞ dolları, faiz borcu 1528,20 ABŞ dolları, cəmi 7355,62 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan **-FA-*** dqn-lı, “Hyundai Accent” minik markalı (buraxılış ili 2013-cü il, Ban-Z94CT41DBDR219497, rəngi-qara sedan) avtomobilə yönələrək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eləcə də İddiaçı QSC BOKT iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək ipoteka predmeti olan, cavabdehin mülkiyyətində olan **-FA-*** dqn-lı, “Hyundai Accent” minik markalı (buraxılış ili 2013-cü il, Ban-Z94CT41DBDR219497, rəngi-qara sedan) avtomobilin üzərinə həbs qoyulması, avtomobilin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2823/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə ərizə qismən təmin edilmiş, Cavabdeh mülkiyyətində olan **-FA-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ ACCENT” markalı (buraxılış ili 2011-ci il, Ban-Z94CT41DBDR219497, rəngi - qara) minik avtomobilinin özgəninkiləşdirilməsi, istismarı, cavabdeh və digər şəxslər tərəfindən istifadəsinin qadağan edilməsi qərara alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı QSC BOKT-a qarşı əmlakın təhvil verilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında olan xx.xx.2013-cü il tarixli 1151 saylı kredit müqaviləsi AR Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxsləri problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın təsir dairəsinə düşdüyündən iddiaçıya məxsus **- FA-*** dqn-lı “Hyudai Accent” markalı avtomobilin ona təhvil verilməsi və müqavilə üzrə hesablanmış faizlər və dəbbə pulu silinməklə restruktrizasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etmədi. İddiaçı QSC BOKT-un adından “xxxx” MMC-nin icraçı direktoru Nümayəndə məhkəməyə məktubla müraciət edərək, 2(012)-2823/2020 saylı mülki iş üzrə icraata xitam verilməsi və iddianın təmin tədbiri barədə qərardadın ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə cavabdeh Xəlilov Sərdar İbrahim oğlu ilə “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restruktrizasıya müqaviləsi imzalandığı üçün mülki işə zitam verilməsinə zərurət yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Bu Məcəllənin 355-17.3-cü maddəsində nəzərdə tutulmuş qətnamə qəbul edildikdə bank və (və ya) onun aktivləri ilə bağlı əvvəllər qəbul edilmiş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, iş üzrə tərəflər arasında “fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiyası” müqaviləsi imzalandığı üçün, iddiaçı iddiadan imtina etdiyindən onun bu imtinası tərəflərin hər ikisinin mənafelərinə uyğun olduğundan qəbul edilməli MPM-nin 261.0.4-cü maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Həmçinin qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, göründüyü kimi yuxarıda qeyd edilən əsaslarla iddiaçı iddiadan imtina etdiyindən və onun bu imtinası məhkəmə tərəfindən qəbul edildiyindən qarşılıqlı iddiaya artıq məhkəmədə baxılmalı olmadığından qarşılıqlı iddia tələbi üzrə işin icraatına MPM-nin 261.0.1 maddəsinə əsasən xitam verilməlidir. Eləcə də, mülki işin icraatına xitam verildiyi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-2823/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli və **-FA-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ ACCENT” markalı (buraxılış ili 2011-ci il, Ban- Z94CT41DBDR219497, rəngi - qara) minik avtomobilinin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC BOKT-un Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı QSC BOKT-a qarşı əmlakın təhvil verilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2823/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və **-FA-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ ACCENT” markalı (buraxılış ili 2011-ci il, Ban-Z94CT41DBDR219497, rəngi - qara) minik avtomobilinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən C.İ. Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2823/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2823/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver