Məhkəmə qərarları › İş №2(012)-2824/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2824/2023

03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2824/2023 03.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı yaşadıqları binada baş vermiş partlayış nəticəsində ailələrinə dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə 03 may 2023-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı yaşadıqları binada baş vermiş partlayış nəticəsində ailələrinə dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki, iş ərazi aidiyyatı üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə olunan sənədlər MPM-nin 152.1.3 maddəsinə görə geri qaytarılmalıdır. MPM-nin 152.1.3 maddəsinə görə əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılır. MPM-nin 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı və ya hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilir. Belə ki, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bakı şəhəri ərazisində yerləşir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Abşeron rayonu ərazisində yerləşmir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı yaşadıqları binada baş vermiş partlayış nəticəsində ailələrinə dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ərazi məhkəmə aidiyyatı üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olmadığından onun iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılmalı, iddiaçıya hazırkı iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı X1 xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 149 (yüz qırx doqquz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı X2 qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Maliyyə İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı yaşadıqları binada baş vermiş partlayış nəticəsində ailələrinə dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılsın. İddiaçı xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 149 (yüz qırx doqquz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı X2 qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Maliyyə İdarəsinə həvalə edilsin. İddiaçıya hazırkı iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar