Məhkəmə qərarları › İş №2(012)-285/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-285/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-285/2021 03.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 12000 manat əsas, hər gecikdirilmiş il üçün ümumi məbləğin 5 faizi nəzərə alınmaqla 1800 manat cərimə olmaqla, ümumilikdə 13800 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırki iş üzrə 07.07.2020-ci il tarixinə saat 14:40-a, 14.08.2020-ci il tarixinə saat 14:45-a təyin olunmuş məhkəmə iclaslarında tərəflər iştirak etməmiş, 07.09.2020-ci il tarixinə saat 10:00-a, 30.09.2020-ci il tarixinə saat 11:00-yə, 26.10.2020-ci il tarixinə saat 10:00-a, 10.11.2021-ci il tarixinə saat 12:15-ə təyin olunmuş məhkəmə iclaslarında iddiaçı iştirak etmiş, 09.12.2021-ci il tarixinə saat 12:15-ə təyin olunmuş məhkəmə iclası Covid-19 pandemiyasına görə təxirə salınmış, 04.02.2021-ci il tarixinə saat 11:20-yə təyin olunmuş məhkəmə iclasında isə yalnız cavabdeh iştirak etməsinə baxmayaraq, 22.07.2021-ci il tarixinə saat 10:20-yə və 03.08.2021-ci il tarixinə saat 11:40-a təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.6-cı maddəsinə əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar