Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2856/2020 15.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva Ərizəçi İddiaçı maraqlı şəxs DƏDRX-nin 4 saylı Əİ “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair ərizəsinə xx xxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi İddiaçı maraqlı şəxs DƏDRX-nin 4 saylı Əİ “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X2 Abşeron rayon X1 tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 28 saylı qərarla 0,06 ha torpaq sahəsinin, onun üzərində olan fərdi yaşayış evinə iddiaçı ilə alqı-satqı müqaviləsi baqlandığından torpağa dair də iddiaçı ilə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpağa dair çıxarışın verilməsi vəzifəsinin DƏDRX-nin 4 saylı Əİ-ə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, ərizə geri qaytarılmalı və ərizəçiyə hazırkı mübahisəli torpaq sahəsinin hazırkı ərizəçi və mübahisəli torpaq sahəsinin faktiki satıcısı olmuş X3 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etməsi ərizəçiyə izah olunmalıdır. MPM-nin 149.2.3 maddəsinə görə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə qarşı yönəldikdə isə onların hər birinə qarşı olan tələblər göstərilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı halda ərizəçi iddia ərizəsi formasında deyil ,ərizə ilə məhkəməyə müraciət etdiyindən və bu qaydada ərizəyə mahiyyətçə baxmaq mükün olmadığından onun ərizəsi geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra mübahisəli torpaq sahəsinin faktiki satıcısı olmuş X3 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etməsi ərizəçiyə izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi İddiaçı maraqlı şəxs DƏDRX-nin 4 saylı Əİ “alqı-“satqı müqaviləsinin bağlanmış hesab edilməsi”nə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra mübahisəli torpaq sahəsinin faktiki satıcısı olmuş X3 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etməsi ərizəçiyə izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2856/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2856/2020
15.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver