Məhkəmə qərarları › İş №2(012)-2868/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2868/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2868/2023 04.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 04 iyul 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2200 manat pul vəsaiti və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin dekabr ayında Natiq adlı tanışı ilə Göyçay şəhərində söhbət edən zaman Natiq oğlunu işə düzəltmək istədiyini, lakin alınmadığını demişdir. İddiaçı da Elçin adlı bacanağının tanışının olmasını, Natiqə isə bu işdə köməklik edə biləcəyini demişdir. Elçinə zəng vurub Natiqin oğlunu işə düzəldə biləcəyini soruşduqda Elçin ona işə düzəldə biləcəyini və 14000 manat pul lazım olduğunu bildirmiş, iddiaçı isə Elçinə 6000 manat pul düzəldə biləcəyini demişdir. Elçin onunla razılaşmış və pulu alıb göndərməsini demişdir. xx.xx.2022-ci il tarixdə saat 12:07-dən saat 12:11-dək ümumilikdə 3000 manat pulu Göyçay şəhəri, N.Nərimanov küçəsində yerləşən Oba marketdəki ödəmə terminalı vasitəsi ilə Cavabdeh bank kartına göndərmişdir. xx.xx.2022-ci il tarixdə Elçin onun yaşadığı Ərəbşahverdi kəndində yerləşən evinə gəlmiş və Elçinə əlavə olaraq 2500 manat pulu evdə vermişdir. 2023-cü ilin fevral ayında baldızı Cavabdeh ayrıldıqdan sonra Elçindən vermiş olduğu 5500 manat pulun geri qaytarılmasını tələb etmişdir. Elçin ona bildirmişdir ki, guya Könülün gətirdiyi cehizləri apardığı üçün həmin pulu cehizlərin pulu ilə hesablamış və ona verəcək borcu yoxdur. Mən Natiqdən aldığı ümumilikdə 6000 manat pulu Natiqə qaytarmışdır. Dəfələrlə Elçindən ona borclu olduğu 5500 manat pulu qaytarmasını tələb etsə də, Elçin ondan aldığı 5500 manat pulu qaytarmamışdır. O, Elçinin barəsində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Müraciəti əsasında Göyçay rayon X3 Bölməsində araşdırılma aparılmış, onun və Cavabdeh izahatı alınmış, Cavabdeh ona 2200 manat borcu qaldığını etiraf etmişdir. Göyçay rayon X4 Bölməsinin təhqiqatçısı X2 13 aprel 2023-cü il tarixli qərarı ilə Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri təsdiq edilmədiyindən, cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh ona borclu olduğu pulun alınması ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də iddiaçı Cavabdeh 2200 manat pulun alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq etməklə, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Göyçay rayon X4 Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki: İzahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı onun arvadı Könül Niftalıyevanın bacısının əri, yəni yeznəsidir. Bir neçə dəfə Göyçay rayonu Ərəbşahverdi kəndində İddiaçı evində qonaq olmuşdur. Həmin vaxt ö, maşın alqı-satıqısı ilə məşğul olmuşdur. 2022-ci ilin dekabr ayında Asiflə aralarındakı söhbət əsnasında Asif ona heyvan alqı-satqısı ilə məşğul olduğunu, o isə pul qazana bilmədiyini, Asif ona bir qədər pul verə biləcəyini bildirmiş, o, gördüyü işi artırdıqdan sonra Asifin pulunu hissə-hissə qaytaracağına dair aralarında razılığa gəlmişlər. Asif xx.xx.2022-ci il tarixdə onun bank kartına 3000 manat pul göndərmiş, o, həmin pulu bankomatdan çıxarmışdır. Həmin pulun üzərinə 2500 manat pul əlavə edərək, 5500 manat “Lada Granta” markalı avtomobil almış, 2 ay sonra isə həmin avtomobili 6000 manata satmışdır. Asif ona 3000 manat pulu göndərdikdən sonra onun Könüllə ayrılacağını eşitmiş, pulunun batacağını düşünərək ondan pulunu geri qaytarmağı tələb etmişdir. O, Asifə həmin pula avtomobil aldığını, pulu ancaq hissə-hissə qaytara biləcəyini demişdir. O, ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla Asifə ümumilikdə 800 manat pul qaytarmış, onun Asifə 2200 manat pul borcu qalmışdır. Qalan pulu isə X1 birlikdə onun evindən apardığı əşyalarını geri qaytardıqdan sonra ödəyəcəyini bildirmişdir. O, İddiaçı 5500 manat pul almamış, Asifin hər hansı pulunu mənimsəməmişdir. İddiaçılə aralarında hər hansı işə düzəltməklə bağlı söhbət olmamışdır. İddiaçı yaşadığı evdə 2500 manat pul almamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə çatdırır ki, hər bir tərəf istinad etdiyi halları sübut etməli olduğundan, tərəflərin üzərinə ayrı-ayrılıqda istinad etdikləri halları sübutetmə yükü düşmüşdür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehin bank kartına 3000 manat məbləğində pul köçürmüş, cavabdeh isə həmin məbləğdə pulu bankomatdan çıxarmışdır. Bundan sonra, iddiaçı cavabdehə vermiş olduğu pulun geri qaytarılmasını tələb etmiş, cavabdeh isə iddiaçıya ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 800 manat pul qaytarmış, qalan pulu isə qaytarmamışdır.Bundan sonra, iddiaçı 2022-ci ilin dekabr ayında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək, Cavabdeh ona tanışını işə düzəldəcəyini vəd verməsini və bunun müqabilində ondan 5500 manat məbləğində pul almasını, etibarından sui-istifadə etməklə onu aldatmasını bildirmişdir.İddiaçının müraciəti əsasında Göyçay rayon X3 Bölməsində araşdırılma aparılmış, 13 aprel 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Qeyd edilənlərdən göründüyü kimi, Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində İddiaçı borclu olması onun iş materiallarında olan yazılı etirafı ilə təsdiq olunduğundan Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 42 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2200 (iki min iki yüz) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar