Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2877/2020 13.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı «xxxxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı borcun qaytarılması iddia tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxxxx» MMC Cavabdeh qarşı borcun qaytarılması iddia tələbi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Cavabdeh xx xxxx 2019-cu il tarixli RY000006 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 386,81 manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu əvəzi 20 manat pulun, 0,40 manat bank xidmət haqqının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Fiziki şəxs «X3» ilə bağlanmış xx xxxx 2019-cu il tarixli RY000006 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh dəyəri 930 manat olan nisyə aldığı Mebel künc divana görə ilkin olaraq 150 manat ödəməklə 12 ay müddətinə hər ay 65 manat olmaqla ödəməyi üzərinə götürmüşdür. Fiziki şəxs «X3» ilə «xxxxxxxxxxxxxx» MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən Fiziki şəxs «X3»-nin Cavabdeh qarşı olan 930 manat məbləğindəki tələb hüququ «xxxxxxxxxxxxxx» MMC-yə keçmiş, və bu barədə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh xx xxxx 2019-cu il tarixli RY000006 saylı nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozaraq, ödənişləri etməmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi iddianı müdafiə edib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş bildiriş həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən cavabdehlərin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehlərin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Belə olan vəziyyətdə məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublik Mülki Məcəlləsinin 810.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyalırn nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 810.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin faktiki hallarından və tərəflərin verdikləri mübahisə edilməyən izahatlarından müəyyən olunur ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn mübahisə mövcud olmuşdur. Mülki işin materiallarında olan xx xxxx 2019-cu il tarixli RY000006 saylı nisyə alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Əliyev X1 şəxs «X3»-dən 930 manat dəyərində aldığı Mebel bilinməyən künc divana görə ilkin olaraq 150 manat ödədikdən sonra 12 ay müddətinə hər ay 65 manat ödəməyi üzərinə götürmüşdür. Mülki işin materiallarında olan Fiziki şəxs «X3» ilə «xxxxxxxxxxxxxx» MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən Fiziki şəxs «X3»-nin Cavabdeh qarşı olan 930 manat məbləğindəki tələb hüququ «xxxxxxxxxxxxxx» MMC-yə keçmiş, və bu barədə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Məhkəmə araşdırmaları zamanı iş materiallarında olan sənədlərdən və işin hallarından müəyyən edilmişdir ki, Cavabdeh xx xxxx 2019-cu il tarixli RY000006 saylı nisyə alqı-satqı müqaviləsi ilə ödənişi vaxtında və ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürsə də, o müqavilədən irəli gələn öhdəlikləri icra etməmiş və ya lazımınca icra etməmiş, bununla da nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasından yayınmışdır. Mülki işin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdehnın xx xxxx 2019-cu il tarixli RY000006 saylı nisyə alqı-satqı müqaviləsi üzrə «xxxxxxxxxxxxxx» MMC-yə 386,81 manat əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Fiziki şəxs «X3» ilə Cavabdeh arasında etibarlı xx xxxx 2019-cu il tarixli RY000006 saylı alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Fiziki şəxs «X3» ilə «xxxxxxxxxxxxxx» MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən Fiziki şəxs «X3»-nin Cavabdeh qarşı olan 930 manat məbləğindəki tələb hüququ «xxxxxxxxxxxxxx» MMC-yə keçdiyindən, Cavabdeh 386,81 manat əsas borc alınaraq iddiaçı «xxxxxxxxxxxxxx» MMC-nə qaytarmalı, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı «xxxxxxxxxxxxxx» MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 20 manat dövlət rüsumu ödənilmiş, dövlət rüsumunun ödənilməsinə görə 0,40 manat bank xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən 20 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxxxxx» MMC-nə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx xxxx 2019-cu il tarixli RY000006 saylı alqı-satqı müqaviləsi üzrə 386,81 manat əsas borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu əvəzi 20 manat pulun, 0,40 manat bank xidmət haqqı tutulub «xxxxxxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrli edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2877/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2877/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver