Məhkəmə qərarları › İş №2(012)-2878/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2878/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2878/2020 18.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Tahir qızının katibliyi ilə, İddiaçı «xxxxxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı borcun ödəniləsi tələbi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxxxx» MMC Cavabdeh qarşı borcun ödəniləsi tələbi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 392 manat borcun, 46.26 manat cərimə borcunun, 20 manat məbləğində dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh alınaraq «xxxxxxxxxxxxxx» Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs «X1» ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 428 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. “xxxxxxxxxxxxxx” MMC ilə fiziki şəxs «X1» arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən fiziki şəxs «X1»-nin Cavabdeh qarşı olan 428 manat məbləğində tələb hüququ “xxxxxxxxxxxxxx” MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “xxxxxxxxxxxxxx” MMC-yə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq ödəməli olduğu ödənişlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdeh sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ödəniş etmişdir. Cavabdehin bu günə 392 manat əsas borcu, 46.26 manat cərimə borcu yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəməyə gəlməmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmiş, iddiaçının nümayəndəsi isə məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, № VN000076 saylı Nisyə alqısatqı müqaviləsindən müəyyən edilir ki, satıcı fiziki şəxs «X1» alqı-satqı qiyməti 428 manat dəyərində olan malı alıcı Cavabdeh satmağı, alıcı Cavabdeh ilkin ödəniş etməyərək bu müqavilənin tərkib hissəsi olan 1 saylı əlavədə qeyd edilən ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan həmin tarixli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən müəyyən edilir ki, alıcı Cavabdeh ilkin ödəniş etməyərək İMEİ Kodu **********75125 olan Samsung A10S markalı telefon üçün 428 manat pulu 12 ay müddətində hər ay 35.67 manat məbləğində ödəniş etməklə satıcı fiziki şəxs «X1»-ə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli, R-148/19 saylı Faktorinq müqaviləsindən görünür ki, fiziki şəxs «X1» Cavabdeh qarşı olan 428 manat məbləğindəki tələb hüququnu “xxxxxxxxxxxxxx” MMC-yə güzəşt etmişdir. Mülki işin materiallarında olan fiziki şəxs «X1»-in direktoru tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, № VN000076 saylı Nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısı “xxxxxxxxxxxxxx” MMC-yə güzəşt edilməsi barədə xəbərdar edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh “xxxxxxxxxxxxxx” MMC-yə həmin tarixə olan borcu əsas məbləğ üzrə 392 manat, cərimə borcu 46.26 manat olmaqla, cəmi 438.26 manat təşkil edir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 810.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 442-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 810.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa,borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 46.26 manat cərimənin məbləği azaldılmalı və 10 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «xxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında nisyə alqı-satqısı müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 392 manat əsas borc, 10 manat cərimə borcu, 20 manat məbləğində dövlət rüsumunun əvəzi və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutularaq iddiaçı «xxxxxxxxxxxxxx» MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh iddiaçı «xxxxxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-600 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üçün 392 manat, cərimə borcu üçün 10 manat, dövlət rüsumu üçün 20 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı üçün 0,40 manat olmaqla, cəmi 422,40 manat (dörd yüz iyirmi iki manat qırx qəpik) məbləğində pul tutularaq iddiaçı «xxxxxxxxxxxxxx» MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar