Məhkəmə qərarları › İş №2(012)-2880/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2880/2023

05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2880/2023 05.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Əlihüseyn qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Əlihüseyn qızının Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Əlihüseyn qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 2(075)-3046/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən 20 iyul 2011-ci il təvəllüdlü X4 və 09 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş Cavabdeh aylıq qazancının (əmək haqqının) 1/3 hissəsi və hər ay hər uşaq üçün 130 manat olmaqla, sabit pul məbləğində 260 manat alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əlihüseyn qızı məhkəmə iclasında izahatında bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 3046/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh ilə onun arasında xx.xx.2011-ci il tarixdə Şəki Şəhər İHB-nın Cəyirli kənd İcra Nümayəndəliyində bağlanmış 05 nömrəli nikahın pozulması, birgə nikahdan olan uşaqları 20 iyul 2011-ci il təvəllüdlü X4 və 09 mart 2018-ci il təvəllüdlü X3 onun yanında qalması və 21 iyun 2013-cü il təvəllüdlü X4 və 09 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanları üçün Cavabdeh aylıq qazancının (əmək haqqının) 1/3 hissəsi və hər ay hər uşaq üçün 130 manat olmaqla, sabit pul məbləğində 260 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-3046/2018 saylı, xx.xx.2018- ci il tarixli qətnaməsində cavabdehlə birgə nikahdan olan övladlarının saxlanması üçün cavabdehin aylıq əmək haqqından və hər uşaq üçün 130 manat məbləğində alimentin tutulması göstərilsə də, o, hər iki uşaq üçün cavabdehdən cəmi 260 manat məbləğində aliment pulu alır. Övladlarının hər ikisi məktəblidir. Övladlarının tələbatını ödəməkdə ona öz valideynləri kömək edir. Övladlarına baxmağa maddi cəhətdən çətinlik çəkir. Cavabdehin aylıq qazancı xeyli yaxşı olsa da, o, bunu rəsmi şəkildə sübut edə bilmədiyi üçün aylıq gəlirlərindən aliment pulunun tutulmasını təmin edilə bilmir. Cavabdeh isə öz istəyi ilə iki övladı üçün cəmi 260 manat məbləğində aliment ödəyir. Göstərilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, hazırda onun iş yeri yoxdur. Lakin o, alimentin atırılmasına etiraz etmir və hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment ödəməyi qəbul edir. İş materiallarında olan Şəki Şəhər İHB-nin Cəyirli Kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ- İİİ № 143488 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 20 iyul 2011-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə X2r. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş AZ-İV № 099891 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 09 mart 2018-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə X2r. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 2(075)-3046/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı Əlihüseyn qızı arasında xx.xx.2011-ci il tarixdə Şəki Şəhər İHB-nın Cəyirli kənd İcra Nümayəndəliyində bağlanmış 05 nömrəli nikahın pozulması, birgə nikahdan olan uşaqları 20 iyul 2011-ci il təvəllüdlü X4 və 09 mart 2018-ci il təvəllüdlü X3 İddiaçı Əlihüseyn qızının yanında qalması və 21 iyun 2013-cü il təvəllüdlü X4 və 09 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanları üçün Cavabdeh aylıq qazancının (əmək haqqının) 1/3 hissəsi və hər ay hər uşaq üçün 130 manat olmaqla, sabit pul məbləğində 260 manat alimentin tutularaq İddiaçı Əlihüseyn qızına ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2023-cü il üçün uşaqların yaşayış minumumu nəzərə alınmaqla Şəki Rayon Məhkəməsinin 2(075)-3046/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, 20 iyul 2011-ci il təvəllüdlü X4 və 09 mart 2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı Əlihüseyn qızına ödənilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 41,60 (qırx bir manat altmış qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-3046/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 21 iyun 2013-cü il təvəllüdlü X4 və 09 mart 2018ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı Əlihüseyn qızına verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 41,60 (qırx bir manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar