Məhkəmə qərarları › İş №2(012)-2883/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2883/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2883/2022 23.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən alınan 7000 manat pul vəsaitinin ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş Cavabdeh qızı bildirdi ki, o, hazırda Beyləqan rayonunda qeydiyyatdadır. Odur ki, mülki işin baxılması üçün aidiyyətı üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, cavabdeh Beyləqan rayonunda qeydiyyatda olduğundan mülki iş baxılması üçün aidiyyəti üzrə Beyləqan rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Elektron Məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə Cavabdeh Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Beləliklə, Elektron Məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən oldu ki, cavabdehin qeydiyyat ünvanı Abşeron rayon ərazisi deyildir. Ona görə də məhkəmə hesab edir ki, qanunun qeyd edilən tələbləri nəzərə alınaraq mülki iş aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu yerə görə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar