Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2884/2020 29.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 858,94 manat əsas borc, 67,05 manat faiz borcu və 9,94 manat cərimə borcu olmaqla, ümumi olaraq 935,93 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik faiz dərəcəsi 23 % olmaqla 36 ay müddətinə 1400 manat məbləğində kredit vermişdir. xx xxx 2020-dək Cavabdehun banka 858,94 manat əsas borc, 67,05 manat faiz borcu və 9,94 manat cərimə borcu olmaqla, ümumi olaraq 935,93 manat borcu olmuşdur. Hal-hazırda isə cavabdeh əsas borcunun hamısını ödəsə də, faiz borcu qalmışdır. Cavabdehin banka 59 manat borcu vardır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, o, bütün borcunu ödəmişdir. Prezident sentyabr ayının 1-nə kimi faizlərin hesablanması barədə qərar qəbul etmişdir. Bank tərəfindən verilən iddia ərizəsinə əsasən onun 930 manat borcu olduğu göstərilmişdir. O, 935 manat məbləğində borcunu hal-hazırda ödəmişdir. Artıq banka borcu yoxdur. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, 3-Y-3-0-500-18 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh (kreditalan) həqiqətən də «xxxxxx» İKB ASC-dən (Bank) 36 ay müddətinə, illik 23 faiz olmaqla 1400 manat məbləğində kredit almışdır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, hal-hazırda (xx.xx.2020-ci il tarixinə) 3-Y-3-0-500-18 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC (əvvəlki adı “xxxxxx” İKB ASC qarşısında heç bir öhdəliyi yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı təşkilatın nümayəndəsini və cavabdehi dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin banka olan borcu tam ödənildiyindən və bank qarşısında öhdəliyi qalmadığından iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə «xxxxxx» İKB ASC ilə kredit müqaviləsi bağlayaraq illik faiz dərəcəsi 23 % olmaqla 36 ay müddətinə 1400 manat məbləğində kredit götürmüş və İddiaçı ASC-nin xeyrinə 935, 93 manat məbləğində ödəniş etmişdir. Bu iş materiallarında olan iddiaçı təşkilat tərəfindəbn verilən arayışla da öz təsdiqini tapır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2884/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2884/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver