Məhkəmə qərarları › İş №2(012)-2886/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2886/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2886/2022 19.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə qətnaməsinin çıxarılması ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsi, ev 24, mənzil 9-da yaşayan borclu Cavabdeh xx.xx.2021-ci il tarixli 000008 saylı nisyə alqı-satğı müqaviləsinə əsasən 350 manat əsas borcun, gecikdirilmiş günlərə görə 55,08 manat faiz borcunun, xx.xx.2021-ci il tarixli 000037 saylı nisyə alqısatğı müqaviləsinə əsasən 720 manat əsas borcun, gecikdirilmiş günlərə görə 97,20 manat faiz borcunun və 33 manat ödənilmiş dövlət rüsumunun, yəni cəmi 1255,28 manat pul məbləğinin ünvan 1 ünvanında qeydiyyatda olan kreditor fiziki şəxs “İddiaçı Vahid”-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, fiziki şəxs “İddiaçı Vahid” ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 000008 saylı və xx.xx.2021-ci il tarixli ******* saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən müvafiq olaraq borclu 420 manat dəyərində Playstation 3S slim 500Gb 55 oyun və dəyəri 720 manat olan Playstation 4 500Gb almışdır. Borclu hər iki müqavilə üzrə 12 ay müddətinə müvafiq olaraq hər ay 35 manat və 60 manat olmaqla borcunu ödəməyi öhdəsinə götürmüşdür. Borclu xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cəmi 70 manat ödəniş etmişdir. 1 ildən artıq müddət keçməsinə baxmayaraq borclu üzərinə düşən hər iki müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borcu ilə bağlı borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 000008 saylı müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış və borclu 420 manat dəyərində Playstation 3S slim 500Gb 55 oyun almış və 12 ay müddətinə hər ay 35 manat olmaqla borcunu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 000037 saylı müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış və borclu dəyəri 720 manat olan Playstation 4 500Gb almış və 12 ay müddətinə hər ay 60 manat olmaqla borcunu ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 33 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsi, ev 24, mənzil 9-da yaşayan borclu Cavabdeh xx.xx.2021-ci il tarixli 000008 saylı nisyə alqı-satğı müqaviləsinə əsasən 350 manat əsas borc, gecikdirilmiş günlərə görə 55,08 manat faiz borcu, xx.xx.2021-ci il tarixli 000037 saylı nisyə alqı-satğı müqaviləsinə əsasən 720 manat əsas borc, gecikdirilmiş günlərə görə 97,20 manat faiz borcu və 33 manat ödənilmiş dövlət rüsumu, yəni cəmi 1255,28 manat pul məbləği ünvan 1 ünvanında qeydiyyatda olan kreditor fiziki şəxs “İddiaçı Vahid”-in xeyrinə tutulsun Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar