Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2895/2024 03.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilməsi və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının 235 manat müəyyən edilməklə Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli, 2(012)-487/2018 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında olan xx.xx.2014-cü il tarixli nikah qeydi pozulmuş, xx.xx.2015-cü il tarixdə doğulmuş Ziya Gülməmmədli anasının himayəsinə verilmiş və onun saxlanılması üçün 154 manat aliment təyin edilmişdir. Hazırda ölkə üzrə yaşayış minimumu uşaqlar üçün Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublkası Qanununa əsasən 235 manat müəyyən edilmişdir. Oğlu artıq 9 yaşındadır və xərcləri günü-gündən artır. Hər ay 154 manat uşağın saxlanılmasına, təhsilinə və maddi cəhətdən təmin etməyə kifayət etmir. Göstərilənlərə əsasən iddia təmin olumalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, Ziya adlı uşağın saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1976/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılaraq cavabdehdən hər ay 235 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli qətnaməsini icra etməyərək hüqularını kobud şəkildə pozub, onun həftədə 1 dəfə 5 saat uşağı görmək hüququnun həyata keçirilməsinə maneə törədib. Bu müddət ərzində müxtəlif bəhanələrlə uşağı ona göstərməyib. Uşaqla görüşməsinə mane olmaqla övladının mənəvi inkişafına və psixi sağlamlığına xələl yetirib. Bundan başqa o, “X7” MMC-də kimyəvi təhlil laborantı vəzifəsində işləyir və vergilər çıxdıqdan sonra 775 manat əmək haqqı alır. Hazırda yenidən ailə qurduğundan və bu ilin sentyabr ayının 8-14 arası övladı olacağından alimentin 235 manat miqdarında ödənilməsi qeyri-mümkündür. Başqa yerdən qazanc əldə etmə imkanı yoxdur. Buna görə də iddia rədd olunmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli 2(012)-487/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə X5 arasında 27 mart 2014-cü il tarixdə, Abşeron rayon qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, 21 aprel 2015-ci il təvəllüdlü X2 anası X3 himayəsində qalması və 21 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin alınaraq X4 verilməsi qət olunmuşdur. İşdə olan AZ-İİİ 528485 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 21 aprel 2015-ci il təvəllüdlü X6 adlı uşaq doğulmuşdur. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-1976/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, həmin məhkəmənin 07 mart 2018-ci il tarixli 2(012)-487/2018 nömrəli qətnaməsilə müəyyən edilmiş alimentin məbləği artırılmış və 21 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq X4 verilməsi qət olunmuşdur. İşdə olan AZ-İİ 390317 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X12 xx.xx.2020-ci il tarixdə nikaha girmişlər. İşdə olan “X7” MMC-nin xx.xx.2024-cü l tarixli, 056 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən indiyədək “X7” MMC-də işləyir. İşçi hal-hazırda Kimyəvi təhlil laborantı vəzifəsində çalışır və aylıq gross əmək haqqı 930 manat təşkil edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Ziya adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə Ziya adlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-1976/2019 saylı qətnaməsinə əsasən 21 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-1976/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 21 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2895/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2895/2024
03.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver