Məhkəmə qərarları › İş №2(012)-2903/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2903/2020

10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2903/2020 10.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi ilə, İddiaçı “Yelo Bank” X1 Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Yelo Bank” X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə209,88 manat məbləğində əsas kredit borcu, 16,36 manat məbləğində faiz borcu, 21,48 manat məbləğində cərimə borcu, kredit müqaviləsi üzrə xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizə hesablanmış 2,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 249,92 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 25 faizlə 18 ay müddətinə1000 manat kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq öhdəliyini icra etməkdən boyun qaçırmışdır. xx xxxx 2020-ci il tarixədək Cavabdeh banka xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 209,88 manat əsas borc, 16,36 manat faiz borc, 21,48 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizə hesablanmış 2,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 249,92 manat borcu vardır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 4-Y-1-0-543- 18 saylı kredit müqaviləsindən görünür ki, həminmüqavilənin2.3 və 2.4-cü bəndlərinə əsasən kreditor borcalana 1000 manat olankrediti 25 faizlə18 ay müddətinə vermiş, borcalanisərazılaşdırılmıştarixlərdəkreditməbləğini, onahesablanmışfaizləbirlikdəkreditora qaytarmağıöhdəsinəgötürmüşdür. “Yelo Bank” X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə banka olan əsas borcu 209,88 manat əsas borc, faiz borcu 16,36 manat, cərimə borcu 21,48 manat, əldən çıxmış faydaya görə 2,2 manat olmaqla, cəmi 249,92 manat təşkil edir. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh banka olan borcunu ödəməsi barədə xəbərdar olunmuşdur. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsiüzrə 209,88 manat məbləğində əsas kredit borcu, 16,36 manat məbləğində faiz borcu və 21,48 manat məbləğində cərimə borcu, xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizə hesablanmış 2,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 249,92 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulub “Yelo Bank” X1 xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsiüzrə 209,88 (iki yüz doqquz manat, səksən səkkiz qəpik) manat məbləğində əsas kredit borcu, 16,36 (on altı manat, otuz altı qəpik) manat məbləğində faiz borcu və 21,48 (iyirmi bir manat, qırx səkkiz qəpik) manat məbləğində cərimə borcu, xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizə hesablanmış 2,2 (iki manat, iki qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 249,92 (iki yüz qırx doqquz manat, doxsan iki qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulub “Yelo Bank” X1 xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar