Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2907/2020 16.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X5katibliyi, İddiaçı, Cavabdehiştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” iddia ərizəsiilə məhkəməyə müraciət edərək, qeyri-rəsmi nikahlarından anadan olmuş xx xxxx 2010-cu il təvəllüdlü övladı X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Neftçala Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(053)-93/2011 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 20 (iyirmi) manat sabit pul məbləğində alimentin artırılaraq, hər 170 (yüz yetmiş) manat sabit pul məbləğindəalimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuş və onunla Cavabdeh faktiki nikahından xx xxxx 2010-cu il təvəllüdlü övladı X6 yetkinlik yaşına çatmayan övladı vardır. Lakin, sonradan faktiki münasibətləri pozulduğu üçün, Neftçala Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(053)-93/2011 saylı qətnaməsi ilə xx xxxx 2010-cu il təvəllüdlü övladı X1 üçün Cavabdeh onun xeyrinə hər ay 20 (iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(106)-958/2019 saylı qətnaməsi ilə Bakı şəhər X2 və X12 2 saylı Uşaq Evində təlim-tərbiyə alan xx xxxx 2010-cu il təvəllüdlü X8 atası Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Lakin, uşaq faktiki olaraq atası ilə getməkdən imtina etmiş və buna görə də onun yanında qalmışdır. Bunu xx xxxxxx 2019-cu il tarixdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin iştirakı ilə keçirilən icra tədbiri zamanı müəyyən edilmişdir.Bakı şəhər Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, xx/xx-1033xx/xx-31669 saylı məktubu ilə yuxarıda qeyd edilənlər təsdiq edilmişdir. 2019-cu ildən uşaq onun himayəsində olmaqla, onun vəsaiti hesabına yaşayır. Neftçala Rayon Məhkəməsinin qətnaməsi isə 2011-ci ildə qəbul edilmiş və həmin qətnamə qəbul edildiyi vaxtdan keçən müddət ərzində saxlanması üçün aliment tutulan uşaq böyümüş və onun saxlanılması üçün lazım olan minimum xərclər xeyli artmışdır. Eləcə də, həmin vaxtdan sonra qiymətlər və istehlak xərcləri də artmış və hətta, "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" Qanuna əsasən uşaqlara görə 2020-ci il üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Cavabdehdən hər ay uşaq üçün tutulan 20 (iyirmi) manat məbləğində aliment isə uşaqların ehtiyaclarının ödənilməsində çəkilən xərcin cüzi hissəsini təşkil edir. Ona görə də, xx xxxx 2010-cu il təvəllüdlü övladı X1 üçün Neftçala Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(053)-93/2011 saylı qətnaməsi ilə tutulan alimentin artırılaraq, xx xxxx 2010-cu il təvəllüdlü övladı X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehhər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğindəalimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prossesində iştirak edən zaman iddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, o, İddiaçı ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuş və onunla İddiaçı faktiki nikahından xx xxxx 2010-cu il təvəllüdlü övladı X6 yetkinlik yaşına çatmayan övladı vardır. Lakin, sonradan faktiki münasibətləri pozulduğu üçün, Neftçala Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(053)-93/2011 saylı qətnaməsi ilə xx xxxx 2010-cu il təvəllüdlü övladı X1 üçün ondan İddiaçı xeyrinə hər ay 20 (iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. O, Neftçala Rayon Məhkəməsinə İddiaçı qarşı uşaq tələbinə dair iddia ilə müraciət etmiş, Neftçala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(053)- 175/2018 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən o apelyasiya şikayəti vermiş və Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(106)- 958/2019 saylı qətnaməsi ilə onun apelyasiya şikayəti təmin edilərək, Neftçala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(053)-175/2018 saylı qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilərək, Bakı şəhər X3 və X12 2 saylı Uşaq Evində təlim-tərbiyə alan xx xxxx 2010-cu il təvəllüdlü X11 atası Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(106)-958/2019 saylı qətnaməsi üzrə icra sənədi verilmiş və icra olunması üçün müvafiq icra şöbəsinə göndərilsə də, lakin hələ də həmin qətnamə icra olunmadan qalmış və xx xxxx 2010-cu il təvəllüdlü övladı X11 anasının yanında qalmaqdadır. İddiaçı azyaşlı uşağın onun yanına getməməsini qeyd etsə də, lakin bütün bunların yalan məlumat olduğunu, əslində İddiaçı Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(106)-958/2019 saylı qətnaməsindən xəbəri ola-ola xx xxxx 2010cu il təvəllüdlü X10 qəsdən 2 saylı Uşaq Evindən öz himayəsinə götürmüşdür. Eləcə də, İddiaçı onun atalıq hisslərini alt-üst edərək, həm ona, həm də övladı Quliyev Elyara psixoloji təzyiqlər göstərərək, onun Elyarın atası olmadığını övladına bildirir. Övladı Quliyev Elyar da anasının sözlərinə inanaraq onu ata kimi qəbul etməkdən imtina edir. O, iddiaçının özünün nə istədiyini bilmədiyini qeyd edərək bildirdi ki, bir tərəfdən İddiaçı onun Quliyev Elyar atası olmadığını qeyd edir, bir tərəfdən də hal-hazırda ona qarşı alimentin artırılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin də, o, işlədiyi yerdə əmək haqqı məvacibinin aşağı olduğunu, himayəsində xəstə olmasını qeyd edərək tələb edilən aliment məbləğini ödəyə bilməyəcəyini bildirdi. Ona görə də, İddiaçı ona qarşı irəli sürmüş olduğunu iddia tələbinin əsassız olduğunu vurğulayaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 643294№-li Doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 2010-cu il təvəllüdlü övladı X7tası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan AZE-İ seriyalı, 164040 №-li Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin kserosurətindən müəyyən edilir ki, xx xxxx 2010-cu il təvəllüdlü övladı X8 atası Cavabdehdur. İş materiallarında olan Neftçala Rayon Məhkəməsininxx xxxxxx 2011-ci il tarixli, 2(053)-93/2011 saylı qətnaməsindən görünür ki, xx xxxx 2010-cu il təvəllüdlü X1 üçün Cavabdehİddiaçı xeyrinə hər ay 20 (iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(106)-958/2019 saylı qətnaməsindən görünür ki, Quliyev X9 Rayon Məhkəməsinə uşaq tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, lakin Neftçala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(053)-175/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmiş və o, Neftçala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(053)-175/2018 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş və onun apelyasiya şikayəti təmin edilərək, Neftçala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(053)-175/2018 saylı qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilərək, Bakı şəhər X3 və X12 2 saylı Uşaq Evində təlim-tərbiyə alan xx xxxx 2010-cu il təvəllüdlü X11 atası Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Tərəflərin izahatlarından müəyyən edilir ki, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(106)-958/2019 saylı qətnaməsi qanuni qüvvəsini alsa da icra edilməmiş qalmışdır. xx xxxx 2010-cu il təvəllüdlü X11 hal-hazırda anasının himayəsindədir. İşin məhkəmə baxışında dindirilərkən , xx xxxx 2010-cu il təvəllüdlü X11 anasının himayəsində qalıb yaşamaq istədiyini bildirdi. X4 "Uşaq hüquqları haqqında" xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən,valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlara görə 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Beləliklə qeyd edilənlərdən göründüyü kimi xx xxxx 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa görə 20 (iyirmi) manat sabit pul miqdarında aliment tutulmasına dair Neftçala Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(053)-93/2011 saylıqətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin Qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Lakin, məhkəmə Cavabdeh hər ayuşağa görə 170 manat sabit pul məbləğində aliment tutulması ilə razılaşa bilməz və hesab edir ki, həmin məbləğdə aliment tutulması cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Eləcə də, iddiaçı tərəf öz tələbində cavabdehdən hər ay uşağa görə 170 manat sabit pulməbləğində aliment tələb etdiyini bildirsə də, məhkəmə iclasında məhz həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanılmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanılması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2020-ci il üçün uşaqların saxlanılmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi vəAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dairxx xxxx 2016-cı il tarixli Qərarınəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay uşağa görə 120 (yüz iyirmi) manat sabit pul miqdarında aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün kifayətdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Cavabdeh tutulan aliment məbləğinin artırılmasınin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, xx xxxx 2010-cu il təvəllüdlü övladı X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabehdən hər ay uşağa görə 120 (yüz iyirmi) manat sabit pul miqdarında aliment tutulmasına dair Neftçala Rayon Məhkəməsininqətnaməsi halhazırda qüvvədədir. Lakin, hazırkı iş üzrə aliment məbləğinin artırılması barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra əvvəlki qətnamə öz qüvvəsini itirir və ona görə də, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. Eləcə də, Cavabdeh aliment Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(106)-958/2019 saylı qətnaməsi icra olunanadək tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli vəNeftçala Rayon Məhkəməsinin qətnaməsi ilə xx xxxx 2010-cu il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldığı gündən Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(106)-958/2019 saylı qətnaməsi icra olunanadək İddiaçı xeyrinə xx xxxx 2010-cu il təvəllüdlü oğlu X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşağa görə 120 (yüz iyirmi) manat sabit pul miqdarında aliment tutulmalıdır. Eləcə də, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən,iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T ETDİ: İddia qismən təmin edilsin. xx xxxx 2010-cu il təvəllüdlü Elyar Cəmil oğlunun saxlanması üçün Cəmil Hüseyn oğlundan Neftçala Rayon Məhkəməsinin qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx xxxx 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay uşağa görə 120 (yüz iyirmi) manat sabit pul miqdarında aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(106)-958/2019 saylı qətnaməsi icra olunan günədək tutulsun. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2907/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2907/2020
16.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver