Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2928/2020 15.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron RayonMəhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Panasonic LED markalı televizor üçün 1020 manat ödənilməmiş hissə, 126 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********30886 Samsung Galaxy A50 markalı telefon üçün 682 manat ödənilməmiş hissə, 130 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********69260 Samsung Galaxy A50 markalı telefon üçün 528 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu olmaqla, ümumilikdə 2587 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Panasonic LED markalı televizor, İMEİ Kodu **********30886 Samsung Galaxy A50 markalı telefon və İMEİ Kodu **********69260 Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 2587 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1080 olan Panasonic LED markalı televizor üçün 1020 manat ödənilməmiş hissə, 126 manat dəbbə olmaqla cəmi 1146 manat borcu yaranmışdır. xx.xx.2019-cu iltarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 744 manat olan İMEİ Kodu **********30886 Samsung Galaxy A50 markalı telefon üçün 682 manat ödənilməmiş hissə, 130 manat dəbbə pulu pulu olmaqla, cəmi 812 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 732 manat olan İMEİ Kodu **********69260 Samsung Galaxy A50 markalı telefon üçün 528 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu pulu olmaqla, cəmi 629 manat borcu yaranmışdır. Cavabdehin ümumi olaraq 2587 manat borcu yaranmışdır. Onun cəmi ödədiyi məbləğ isə hər 3 mal üçün cəmi 326 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X2 da iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, № 00895807 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxxxxxxxxx» MMC-dən Panasonic LED markalı televizoru qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, № 00895725 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxxxxxxxxx» MMC-dən İMEİ Kodu **********30886 Samsung Galaxy A50 markalı telefoni qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür Eyni şəkildə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxxxxxxxxx» MMCdən İMEİ Kodu **********69260 Samsung Galaxy A50 markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Panasonic LED markalı televizor üçün 1020 manat ödənilməmiş hissə, 126 manat dəbbə olmaqla, ümumilikdə 1146 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun «xxxxxxxxxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********30886 Samsung Galaxy A50 markalı telefoni üçün 682 manat ödənilməmiş hissə, 130 manat dəbbə pulu olmaqla, ümumilikdə 812 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun «xxxxxxxxxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********69260 Samsung Galaxy A50 markalı telefon üçün 528 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu olmaqla, ümumilikdə 629 manat borcu vardır. Cavabdehin hər üç mal üçün cəmi 2587 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdrıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 126 manat dəbbənin məbləği azaldılmalı və 30 manat müəyyən edilməlidir. xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 130 manat dəbbənin məbləği azaldılmalı və 30 manat müəyyən edilməlidir. Həmçinin, xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 101 manat dəbbənin məbləği azaldılmalı və 20 manat müəyyən edilməlidir. Hər 3 müqavilə üzrə ümumilikdə 80 manat dəbbə pulu müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Panasonic LED markalı televizor üçün 1020 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********30886 Samsung Galaxy A50 markalı telefoni üçün 682 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********69260 Samsung Galaxy A50 markalı telefon üçün 528 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 2310 manat pul tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Panasonic LED markalı televizor üçün 1020 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********30886 Samsung Galaxy A50 markalı telefoni üçün 682 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********69260 Samsung Galaxy A50 markalı telefon üçün 528 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 2310 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2928/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2928/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver