Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-293/2022 21.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş ziyana görə 480 manat və ödədiyi dövlət rüsumuna görə 20 manat olmaqla, ümumilikdə 500 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə iddiaçının əsl iddiaçı ilə əvəz edilərək, İddiaçı əvəzinə iddiaçı kimi X2 tanınmasını və dəymiş ziyana görə 480 manat və ödədiyi dövlət rüsumu kimi 20 manat, ümumilikdə 500 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X4 ərizə ilə məhkəməyə müraciət edərək özünün əsl iddiaçı olduğunu və iddiaçının əsl iddiaçı ilə dəyişdirilərək onu iddiaçı kimi tanınmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o və anası X4 uzun müddətdir ki, ünvan 1 ünvanında yaşayır. Onun mənzilindən yuxarı mərtəbədə yaşayan qonşusu Cavabdeh xx.xx.2021-ci il tarixdə onun evinə dəfələrlə su axıtmışdır.Tökülən suyun nəticəsində onun mənzilinin divar kağızlarına, mətbəx mebelinə, tavana, eyvanın divarlarına və tavanına ziyan dəymişdir. Bununla bağlı o, qonşusunun, yəni cavabdehin hərəkətlərindən Abşeron rayon Polis idarəsinə ərizə ilə müraciət etmiş, aidiyyəti qurum işi araşdırarkən bu işdə cinayət tərkibi olmadığından bildirmişdir ki, bu iş mülki xarakterli olduğundan onun məhkəməyə müraciət etmək hüququ vardır. Hətta o, Abşeron Rayon İcra Hakimiyyətində bu işlə bağlı iki dəfə qəbulda olmuş, onun evinə baxış üçün nümayəndələr göndərilmiş, mənzildə çəkiliş edilmiş və Cavabdeh xəbərdarlıq edilmişdir. Cavabdehə ona vurulmuş ziyanın ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin dəymiş ziyan ödənilməməklə yanaşı, əksinə, xx.xx.2021-ci il tarixdə yenidən onun mənzilinə su axıdılmışdır. Nəticədə, o, evinə usta gətirtmiş və ona evin təmirinə görə 450-500 manat pul tələb olunduğu bildirilmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli 10/710 saylı rəyi ilə o, razı deyildir. Belə ki, ekspert onun mənzilinə gəlmiş, mətbəxi hesablamamış və onun səlahiyyətində olmadığını bildirmiş, balkona dəymiş ziyanın isə yağış suyundan olma ehtimalının olduğunu qeyd etmişdir. Etdiyi şikayətdən sonra ekspert hesablama aparmış və rəydə qeyd olunmuş məbləğ barədə məlumatlı olmamışdır. Ekspert rəyində qeyd olunmuş 769 manat dəymiş ziyanın mətbəxə vurulmuş ziyan olduğunu hesab edir. Lakin göstərilən halda ekspert rəyindəki məbləğ ilə razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciətlə bağlı məsələnin mülki xarakterli olması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 9 ədəd fotoşəkildən görünür ki, mənzilə su sızma nəticəsində divarlara və tavana ziyan dəymişdir. -"xxxx" MMC ilə alıcı X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri Quba-Bakı magistralının qərbində inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının bina 1, 1-ci mərtəbədə 03 saylı mənzili alıcıya satmağı, alıcı isə mənzilin dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, X4 xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-yə 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 2 otaqlı 03 saylı mənzilin 98.95 kv.m yaşayış sahəsinin 64317 manat dəyərini tam şəkildə ödəmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşıdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Yevlax şəhəri H.Cavid küçəsi 26 saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli 10/710 saylı rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 23, blok 1, 9 saylı mənzilin qapısı olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin 3 saylı mənzilin divarlarındakı su sızma izlərini nəzərə alaraq, mübahisəli 3 saylı mənzilə 9 saylı mənzildən su sızmasının baş verdiyi müəyyən olunmuşdur. Tədqiq olunan 3 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 769 manat müəyyən olunmuşdur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı X2 mülkiyyətində olan və hazırda yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 23, blok 1, 3 saylı mənzilə həmin yaşayış binasında yerləşən, Cavabdeh yaşadığı 9 saylı mənzilindən su sızması nəticəsində mənzil yaşayış üçün yararsız hala düşmüşdür. Göstərilən halla bağlı iddiaçı aidiyyəti qurumlara müraciət etmiş və mülki xarakterli olduğundan mübahisə ilə bağlı məhkəməyə müraciət etməsi iddiaçıya izah olunmuşdur. Mənzilə dəymiş zərərin əvəzi cavabdeh tərəfindən ödənilmədiyindən iddiaçı mənzilinə dəymiş 480 manat pul vəsaitinin cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.4.-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. İddia ərizəsindən göründüyü kimi, iddiaçı X1 rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 23, blok 1, 3 saylı mənzildə, Cavabdeh isə sözügedən ünvanda yerləşən 9 saylı mənzildə yaşamaqla tərəflər arasında qonşuluq münasibətləri yaranmış və tərəflərin birgə yaşayış qaydalarına, onların hər birinin qonşuluq hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına riayət olunmasına dair öhdəlikləri yaranmışdır. Hazırda, iddiaçının cavabdeh tərəfindən həmin qaydalara riayət edilmədiyini iddia edərək həmin hərəkətlər nəticəsində ona vurulmuş maddi ziyanla bağlı tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin: 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə, mənzilə dəymiş zərərin məbləğinin müəyyən edilməsinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və həmin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli 10/710 saylı rəyi əsasında, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 23, blok 1, 3 saylı mənzilə 9 saylı mənzildən suyun sızması müəyyən olunmuş, su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 769 manat müəyyən edilmişdir. Bu səbəbdən də, məhkəmə Ədliyyə Nazirliyi tərəfindən verilmiş ekspert rəyini əsas sübut növü kimi qəbul edir və həmin rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib iddiaçının mənzilinə dəymiş zərərin 769 manat məbləğində olması qənaətinə gəlir. Lakin məhkəmə iddia ərizəsinə irəli sürülmüş tələblər həcmində mahiyyəti üzrə baxdığından və iddiaçı tələbindən iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim olunmadığından məhkəmə irəli sürülmüş tələblər həcmində işə baxaraq cavabdehdən iddiaçının xeyrinə dəymiş ziyana görə 480 manat pul vəsaitinin tutulması qənaətinə gəlir. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini ümumiləşdirib, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirərək qeyd edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən onun Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 23, blok 1, 9 saylı mənzilindən iddiaçı X3 məxsus 3 saylı mənzilə vurulmuş zərərin əvəzi olaraq 480 manat pul vəsaiti alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq cəmi 100 manat pul vəsaiti cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən onun Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 23, blok 1, 9 saylı mənzilindən iddiaçı X3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 23, blok 1, 3 saylı mənzilə vurulmuş zərərin əvəzi olaraq 480 (dörd yüz səksən) manat pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu olmaqla cəmi 500 (beş yüz) manat pul vəsaiti alınaraq iddiaçının xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE**********00********) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-293/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-293/2022
21.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver