Məhkəmə qərarları › İş №2(012)-293/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-293/2025

13.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-293/2025 13.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Cavabdeh2 MTK-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Bakı şəhər Binəqədi rayon İcra şöbəsinə qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Bakı şəhər Binəqədi rayon İcra şöbəsinə qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(001 )- 2075/2023 nömrəli qətnaməsi ilə ləğv edilmiş müqavilə üzrə tərəfindən ödənilmiş 93.000 ( doxsan üç min) manat məbləğdə pul vəsaitinin, faiz borcları və digər tutulmalar çıxılmaqla 73.000 (yetmiş üç min) manat məbləğdə pul vəsaitinin Cavabdeh2 MTK-dan və mənzil boşaldılarkən edilmiş qanunsuz hərəkətlər nəticəsində iddiaçıya məxsus əmlaklara (TV LC Smart 82 ekran televizor -1 ədəd, dəyəri 1000 manat, 2 ədəd xrustal şamdanlı çilçıraq dəyəri-250 azn ( ümumilikdə 500 manat), Almaniya istehsalı servis naboru dəyəri 500 azn, mətbəx mebeli ümumi dəyəri 1500 manat, klassik stildə qonaq otağı şkafı ( qorka) 1- ədəd qiyməti 700 manat, 3 ədəd dolab hər biri 350 manat olmaqla ümumilikdə 1050 manat, 12 ədəd xrustal stəkan 50 manat, yataq otağında asılqan dolab-1 ədəd 300 manat, 2 qapılı dolabın güzgüləri hər biri 150 manat olmaqla 300 manat, Karaca qaşıq bıçaq dəstləri -1 dəst olmaqla ümumi dəyəri 100 manat olmaqla, vurulan ziyan nəticəsində ona dəymiş 6.000 (altı min) manat məbləğdə maddi zərərin əvəzinin Binəqədi rayon İcra Şöbəsinin və Cavabdeh2 MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilməsi, dövlət rüsumu qismində ödənilmiş 327 manat məbləğdə pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin (cavabdeh Kristal Abşeron” MMC yə aid hissəsində) iddiaçıya ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamə ilə müəyyən edilmiş məbləği əhatə etmədikdə, yerdə qalan məbləğin təkrar Cavabdeh2 MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini, icra tədbirləri həyata keçirərkən kobud qanun pozuntularına və əmlakına qarşı yol verilmiş qeyri-qanuni əməllərə görə Binəqədi rayon İcra Şöbəsinin müvafiq icra məmurları barəsində “xüsusi qərardad” qəbul edilməsi, aidiyyatı üzrə İcra Baş İdarəsinə təqdimat ünvanlanmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(001)-2075/2023 nömrəli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) Cavabdeh2 ilə Əbilova Arzu İxtibar qızı arasında bağlanmış ********* saylı 25 oktyabr 2016-cı il tarixli Payçı müqaviləsinin ləğv edilmiş hesab edilməsi, cavabdeh Əbilova Arzu İxtibar qızının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2nə qaytarılması, iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Əbilova Arzu İxtibar qızından tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. Müvafiq qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri isə təmin edilməmiş, qətnamə qanuni qüvvə almış və icra edilməsi məqsədilə Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin icra məmurları və Cavabdeh2 MTK-nın əməkdaşları tərəfindən müvafiq qətnamə icra edilərkən və mənzil boşaldılarkən mənzildə ona məxsus olan ev əşyaları kobud şəkildə çölə atılmış, bir çoxu zədələnmiş, məhv olmuşdur. Belə ki, icra məmurları tərəfindən mənzil boşaldılarkən mənzildə ona məxsus olan qab-qacaq əşyaları tamamilə sındırılmış, “LG Smart TV” markalı televizor, çilçıraqlar, mebellər, bütün mətbəx əşyaları və digər əşyalar yararsız hala salınmış, bununla da mənə külli miqdarda zərər vurulmuşdur. Buna dair foto və video görüntülər məhkəmə zalında təqdim ediləcəkdir. Eyni zamanda qeyd edilməlidir ki, müvafiq müqavilə məhkəmə tərəfindən ləğv edilmiş olsa da, mənzilə münasibətdə müqavilə üzrə onun tərəfindən ödənişlər həyata keçirilmiş, ümumilikdə 73.000 (yetmiş üç min) manat manat məbləğdə pul vəsaiti ödənmişdir. Ona görə də hesab edir ki, müqavilə ləğv edildiyi təqdirdə həmin ödənişlər (faiz borcları çıxılmaqla) və mənzil boşaldılarkən edilmiş qanunsuz hərəkətlər nəticəsində ona dəymiş 6.000 ( altı min) manat məbləğdə maddi zərərin əvəzi, ümumilikdə 79.000 ( yetmiş doqquz min) manat məbləğdə pul vəsaiti Cavabdeh2 MTK tərəfindən ona qaytarılmalı, qətnaməni icra edərkən kobud qanun pozuntularına və əmlakına qarşı yol verilmiş qeyri-qanuni əməllərə görə Binəqədi rayon İcra Şöbəsinin müvafiq icra məmurları barəsində “xüsusi qərarardad” qəbul edilməlidir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur. İddiaçı nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 MTK-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qismən qəbul edərək, bildirdi ki, iddiaçının tələb etdiyi faiz məbləği banka ödənilmiş puldur ki, onu MTK-dan tələb edə bilməz. Bu müqavilədə də öz əksini tapmışdır. MTK iddiaçının əvəzinə həm krediti həm də qalıq məbləğini ödəmişdir. 20 min 700 manat gecikdirilmiş borc üzrə, ümumilikdə 118746 manat ödəniş edilmişdir. Hazırda mənzil başqa şəxsə satılmış və onun mülkiyyətindədir. Mənzilin girovdan çıxarılması üçün ödənişləri MTK etmişdir. MTK iddiaçıya müqavilə üzrə nəzərdə tutulmuş şəkildə yalnız 10000 (on min) manat ödəniş etməyə razıdır. Mənzilin boşaldılması üçün MTK və İcra şöbəsi tərəfindən dəfələrlə iddiaçıya müraciət edilsə də, iddiaçı mənzilşi boşaltmaqdan boyun qaçırdı. Ona görə də məcburi icra tədbirləri həyata keçirildi. Mənzil boşaldılarkən icra məmurunun iştirakı ilə kamera qeydiyyat aparılaraq əşyaları təhvil verilmişdir. Heç bir əşyaya zərər vurulmayıb. Əşyalar binanın zirzəmisinə yığılmışdı. Daha sonra iddiaçı həmin əşyalardan bəziləri götürdü. əşyalardan yalnız televizora ziyan dəymişdir. İddia tələbinin ödənilmiş pulun geri qaytarılması hissəsində qismən yəni 10000 manat ödənilməsinə razı olduğunu, iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhər Binəqədi rayon İcra şöbəsi, həmçinin 3-cü şəxslər "xxxx" ASC və AR Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Bakı şəhər Binəqədi rayon İcra şöbəsinin icra məmuru Nümayəndə2 İcra şöbəsinə qarşı iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçıya şəxsən bildiriş təqdim edilmişdir. Daha sonra İcra şöbəsinə gəlib razılıq əldə edilməsi üçün səy göstərilib amma barışıq və razılıq olmayıb. Ona görə də məcburi icra tədbirinin həyata keçirilməsinə başlanılıb və qapı xüsusi alətlə açılaraq mənzil MTK-ya təhvil verilib və əşyaların təhvil təslimi həyata keçirlib. Mənzil təhvil verilərkən əşyalara heç bir ziyan dəyməyib. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Cavabdeh2 ilə Əbilova Arzu İxtibar qızı (payçı) arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış ********* nömrəli payçı müqaviləyə görə “MTK” pay qismində çıxış edən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə olan 2 binasında, 1-ci blok, 10-cu mərtəbə, 73 nömrəli, 2 otaqlı mənzili tikib və “Payçı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür. “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə olan 2 binasında, 1-ci blok, 10-cu mərtəbə, 73 nömrəli, 2 otaqlı mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişlərin “MTK”-ya ödənilməsini və həmçinin ’’Kristal Abşeron” yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürür. Mənzilin hesablaşma sahəsi 69.4 kv.m təşkil edir. Mənzilin 1 kv.m. - 1525 AZN olmaqla, ümumi dəyəri 105835 AZN-dir. Müqavilənin ilkin ödənişi 0 faiz, yəni 0 AZN. “Payçı” Müqavilə qiymətinin qalan 105835 AZN-ə bərabər tutulan məbləğini, illik 10 faiz olmaqla, 240 aya “Payçı”, “MTK” və "xxxx" ASC arasında bağlanacaq olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK" "xxxx" ASC və "‘Payçı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn “Payçı”-nın öhdəliklərini yerinə yetirməlidir. Cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, “MTK” müqaviləni birtərəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. “Payçı” tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kreditüzrə ödənişlər, əsas və ya faiz borcu ayrı ayrılıqda 2 (iki) ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda “Payçı” qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır (müqavilənin 1.1, 1.2, 2.1, 2.2, 2.3, 2.4, 4.2.7, 8.1, 8.11 bəndləri). "xxxx" ASC (borcverən) ilə Əbilova Arzu İxtibar qızı (borc alan) arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016 MA-Bİ nömrəli təminatlı kredit müqaviləsinə görə borc verən borcalana Borcalan ilə Cavabdeh2 arasında imzalanmış 25 oktyabr 2016cı il tarixli 459 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 105.835.00 manat məbləğində kreditin verilməsini öhdəsinə götürür, borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə (240 ay) və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri (illik 10%) Borc verənə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə ilə müəyyən edilən öhdəliklərin icrasının təminat üsulu ipoteka və 491-xx-xx- 2016 MA-Bİ nömrəli, 25 oktyabr 2016-cı il tarixli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün 25 oktyabr 2016-cı il tarixli 459 nömrəli Cavabdeh2 və Əbilova Arzu İxtibar qızı arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə olan bina 2, blok 1, mərtəbə 10, ümumi sahəsi 69.4 kv.m. barət 2 otaqlı 73 nömrəli mənzil üzrə bütün hüquqlar Borc verənə keçir (müqavilənin 2.2, 2.3, 4.1,15.8 bəndləri). "xxxx" ASC (borcverən), Əbilova Arzu İxtibar qızı (borcalan) və Cavabdeh2 (zamin) arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016-MA-Bİ nömrəli zaminlik müqaviləsinə görə kreditorla Borclu arasında bağlanmış 25 oktyabr 2016-ci il tarixli 491xx-xx-2016-MABİ nömrəli Kredit Müqaviləsinə əsasən 105,835.00 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar va daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. Zaminliklə təmin edilmiş öhdəliyin ölçüsü 105.835.00 manat, hesablanacaq faiz, cərimə faizləri (dəbbə pulu), həmçinin məhkəmə xərclərindən ibarətdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(001)- 2075/2023 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh2 ilə Əbilova Arzu İxtibar qızı arasında bağlanmış ********* saylı 25 oktyabr 2016-cı il tarixli Payçı müqaviləsinin ləğv edilmiş hesab edilməsi, cavabdeh Əbilova Arzu İxtibar qızının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2nə qaytarılması, iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Əbilova Arzu İxtibar qızından tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4735/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2075/2023 nömrəli iş üzrə 24 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh2 tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il tarixdə "xxxx" MTK ilə Tekin (Əbilova) Arzu İxtibar qızı arasında ********* saylı "Payçı" müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə ünvanında inşa edilmiş 2-ci bina, 1- ci blok, 10-cu mərtəbə, 73 N-li, 2 otaqlı mənzil ona satılmışdır. Bundan sonra "xxxx" ASC-nin Binəqədi filialı ilə Tekin (Əbilova) Arzu İxtibar qızı arasında xx.xx.2016-cı il tarixli 491-xx-xx-2016-MA-Bİ N-li Təminatlı kredit müqaviləsinə əsasən 105835 manat məbləğində ona kredit verilmişdir. "Payçı" xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixə qədər "xxxx" ASC-nin ödəniş cədvəli üzrə 66865.90 manat ödəmişdir, bu məbləğin 7773.64 manat əsas məbləğ, 59092.26 manat isə kreditin faiz məbləği olaraq hesablanmışdır. Tekin (Əbilova ) Arzu İxtibar qızının qeyd olunan mənzilə görə ABB-yə qalıq kredit borcu 98061.36 manat təşkil edirdi. Qeyd edilən məbləğ xx.xx.2024-cü il tarixdə MTK tərəfindən ABB-yə ödənilib, ümumilikdə MTK tərəfindən həmin tarixdə ABB-yə 118746.53 manat ödənilmişdir. Bunlardan əlavə Əbilova Arzu İxtibar qızının MTK-ya 4250 manat borcu var, əlavə olaraq mənzilin yenidən təmirinə 7666 manat məbləğində xərc çəkilmişdir. Müştəriyə qaytarılacaq məbləğ 10000 manat hesablanmışdır. "xxxx" ASC tərəfindən Cavabdeh2 MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2016-ci il tarixdə "xxxx" MTK-nın zaminliyi ilə Əbilova Arzu İxtibar qızma (CİF - 5882334) xx.xx.2036-cı il tarixədək müddətə 105 835 (yüz beş min səkkiz yüz otuz beş) manat kredit verilmişdir. Əbilova Arzu İxtibar qızı kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixdə əsas borc 98061.36 manat, faiz borcu 20685.17 manat oimaqla ümumilikdə 118,746.53 manat vəsait zamin "xxxx" MTK-nın ******************** saylı hesabından silinib kredit bağlanmışdır. Cavabdeh2 ilə X1 (payçı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli Payçı müqaviləsinin surətindən görünür ki, "MTK" Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi 5025-ci məhəllə ünvanında yerləşən yaşayış kompleksində inşa olunan 2-ci bina, 1 blok, 10-cu mərtəbə, 73 №-li, 2 otaqlı mənzili tikib və "Payçı"nın mülkiyyətinə verməyi, "Payçı" isə bu müqaviləyə əsasən 1.1-ci bənddə göstərilən ünvanda 2-ci bina, 1 blok. 10-cu mərtəbə, 73 №-li, 2 otaqlı mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri müqavilənin ümumi dəyəri 145740 manat olmaqla ödənilməsini və həmçinin yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürür. Cavabdeh1 xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğu üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2075/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Baki Şəhəri Binəqədi Rayon Məhkəməsinin Cavabdeh1nə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, iddiaçı Cavabdeh2 MTK-nın cavabdeh X2 qarşı "tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-2075/2023 saylı, 24 may 2023-cü il tarixli qətnaməsi 22 dekabr 2023-cü il tarixində icraya yönəldilmişdir. Bundan sonra cavabdeh Əbilova Arzu İxtibar qızı Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(103)-4735/2023 nömrəli qərardadından kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1389/2024 saylı qərardadı ilə verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2075/2023 saylı, 24 may 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi xahiş olunur. Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 17/68№321503-4 saylı məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2075/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin məcburi icrası tərəfinizdən könülllü qaydada icra edilmədiyi üçün 13 iyun 2024-cü il tarixə, saat 10:30-a təyin edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin rəisindən və AR DİN Bakı şəhəri Binəqədi rayon Polis İcarəsinin 6-cı Polis Bölməsinin rəisindən xahiş olunur ki, icra vaxtı sahə inspektorlarının və polis nəfərlərinin iştirakını təmin etsinlər. İcra sənədinin icrası ilə əlaqədar AR FHN X4 Xidmətindən və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəhbərliyindən xahiş olunur ki, icra vaxtı baş verə biləcək xoşagəlməz hadisənin qarşısının alınması üçün öz nümayəndələrinin iştirakını təmin etsinlər. İcra sənədinin icrası ilə əlaqədar iş üzrə borclu X2 tapşırılır ki, icra vaxtı icra yerində olsun və həmin müddət ərzində 73 saylı mənzildən çıxmaqla həmin mənzilin boş vəziyyətdə tələbkara qaytarılmasını təmin edərək bu barədə Cavabdeh1nə rəsmi məlumat versinlər. Əks halda qərarın icrası tərəfimizdən məcburi qaydada həyata keçirilərək borclu Əbilova Arzu İxtibar qızı mənzildən çıxarılmaqla həmin mənzil tələbkara təhvil veriləcək və eyni zamanda icra hərəkətləri ilə bağlı çəkilən xərclər Sizdən alınacaqdır. İcra sənədinin icrası ilə əlaqədar tələbkar Cavabdeh2 QSC tapşırılır ki. icra vaxtı icra yerində olsun və ya qanuni nümayəndəsinin iştirakını təmin etsin. ünvan 5 ünvanında xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2075/2023 saylı. 24 05.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar əvvəlcədən iş üzrə borcluya rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq, icra yerinə gəlməmiş və gəlməməyinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Tərəflərindən qapı açılmış və mənzilə baxış keçirilmişdir. Mənzilə baxış zamanı heç bir qiymətli əşya, qızıl-zinyət əşyaları və ya pul vəsaitləri aşkar edilməmişdir. Baxış zamanı iki otaqlı mənzildə olan 34 adda məişət əşyaları – 2 ədəd televizor, 1 ədəd ikigüzgülü kamot, 1 ədəd stenka, 1 ədəd bir qapılı stenka, 1 ədəd televizor altı, 1 ədəd jurnalnı, 1 ədəd dairəvi xalça, 6 ədəd stul, 1 ədəd stol, 1 ədəd künc divan, 1 ədəd uşaq stolu, 2 ədəd matraslı taxt, 13 ədəd döşək, 3 ədəd yorğan, 8 ədəd yastıq, 1 ədəd dolab, 2 ədəd tumbuçka, 7 ədəd yastıq (karopka), 1 dəst mətbəx mebeli, 1 ədəd (evrolux) paltaryuyan, 1 ədəd (Heiner) soyuducu, 1 ədəd fırın (İltimat), 1 ədəd dörd gözlü qaz pilitəsi ( Öztürklər), 1 ədəd aspirator (Zuxell), 1 ədəd tozsoran (Eurolux), 1 ədəd tozsoran (Galaksi star), 1 ədəd şirəçəkən (Bergamo), 1 ədəd toster (Haeger), 1 ədəd kombi (Eca), 1 ədəd blender (Raf), 1 ədəd lüstur, 1 ədəd iki gözlü divan dolabı, 10 dəst pal-paltar dəsti siyahıya alınmaqla iş üzrə tələbkar Cavabdeh2 MTK-nın nümayəndəsikomendantı Faiq Abbasova təhvil verilmiş və ona ARCM-nin 303-cü maddəsinin məsuliyyəti elan edilmişdir. Faiq Abbasov 73 saylı mənzili boş vəziyyətdə təhvil almışdır. "xxxx" ASC-nin Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2024-cü il tarixli məktubdan, həmçinin kredit hesabından çıxarışdan görünür ki, borcalan Əbilova Arzu İxtibar qızı və borcverən "xxxx" ASC arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016 MA-Bİ nömrəli kredit müqaviləsi üzrə borcverən tərəfindən borcalana 105835 manat pul məbləği kredit verilmişdir. Kredit üzrə borc məbləği tam ödənilmişdir. Zamin Cavabdeh2 MTK tərəfindən 98061,36 manat əsas borc və 20685,17 manat faiz borcu ödənilmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək kredit müqaviləsi üzrə 7773.64 manat əsas borc üzrə, 59092.91 manat məbləğində faiz borcu üzrə ödənişlər edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətiniiin xx.xx.2024-cü il tarixli məktubundann görünür ki, İddiaçı (Əbilovanın) xx.xx.2020-ci ildə X3 aidiyyəti qurumunda 01.01 1972-ci il təvəllüdlü Mehmet Təkinlə bağlanmış nikahı haqqında məlumatlar xx.xx.2022-ci ildə xarici ölkədə qeydə alınmış akt kimi Ədliyyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, Əbilova (Tekin) Arzu İxtibar qızı ilə Cavabdeh2 MTK arasında 25 oktyabr 2016-cı il tarixdə payçı müqaviləsi imzalanmış və müqavilə əsasında öhdəliklər İddiaçı tərəfindən yerinə yetirilmədiyi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(001)-2075/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh2 ilə Əbilova Arzu İxtibar qızı arasında bağlanmış ********* saylı 25 oktyabr 2016-cı il tarixli Payçı müqaviləsinin ləğv edilmiş hesab edilməsi, cavabdeh Əbilova Arzu İxtibar qızının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2nə qaytarılması, iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Əbilova Arzu İxtibar qızından tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra həmin qətnamə İddiaçı tərəfindən mübahisələndirilsə də, qətnamə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Hazırda iddiaçı tərəfindən ödənilmiş 93.000 ( doxsan üç min) manat məbləğdə pul vəsaitinin, faiz borcları və digər tutulmalar çıxılmaqla 73.000 (yetmiş üç min) manat məbləğdə pul vəsaitinin Cavabdeh2 MTK-dan və mənzil boşaldılarkən edilmiş qanunsuz hərəkətlər nəticəsində iddiaçıya məxsus əmlaklara (TV LC Smart 82 ekran teelvizor -1 ədəd, dəyəri 1000 manat, 2 ədəd xrustal şamdanlı çilçıraq dəyəri-250 azn ( ümumilikdə 500 manat), Almaniya istehsalı servis naboru dəyəri 500 azn, mətbəx mebeli ümumi dəyəri 1500 manat, klassik stildə qonaq otağı şkafı ( qorka) 1- ədəd qiyməti 700 manat, 3 ədəd dolab hər biri 350 manat olmaqla ümumilikdə 1050 manat, 12 ədəd xrustal stəkan 50 manat, yataq otağında asılqan dolab-1 ədəd 300 manat, 2 qapılı dolabın güzgüləri hər biri 150 manat olmaqla 300 manat, Karaca qaşıq bıçaq dəstləri -1 dəst olmaqla ümumi dəyəri 100 manat olmaqla, vurulan ziyan nəticəsində ona dəymiş 6.000 (altı min) manat məbləğdə maddi zərərin əvəzinin Binəqədi rayon İcra Şöbəsinin və Cavabdeh2 MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilməsi, dövlət rüsumu qismində ödənilmiş 327 manat məbləğdə pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin (cavabdeh Kristal Abşeron” MMC yə aid hissəsində) iddiaçıya ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamə ilə müəyyən edilmiş məbləği əhatə etmədikdə, yerdə qalan məbləğin təkrar Cavabdeh2 MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Tərəflər arasında hazırki müabahisəli məsələ onlar arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli müqavilənin 8.1-ci bəndi ilə bağlıdır. Həmin bənddə qeyd edilmişdir ki, cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, “MTK” müqaviləni birtərəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. İş materiallarından görünür ki, müqavilə ləğv edildikdən sonra “MTK” tərəfindən banka olan borc ödənilmiş və mənzil artıq digər şəxsə satılmışdır. Həmçinin məhkəmə sorğusuna əsasən əldə edilmiş materiallardan görünür ki, Əbilova Arzu İxtibar qızı müqavilə ləğv edilənədək xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək kredit müqaviləsi üzrə 7773.64 manat əsas borc üzrə, 59092.91 manat məbləğində faiz borcu üzrə ödənişlər edilmişdir. Belə olan halda müqavilənin 8.1-ci bəndi əsas götürülərək MTK-dan iddiaçının xeyrinə ödənilmiş əsas məbləğin tutulması hissəsində iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Göstərilənləri və Cavabdeh2 MTK-nın nümayəndəsinin izahatını nəzərə alaraq məhkəmə hesab edir ki, 10000 manat (cavabdehin nümayəndəsinin izahatı nəzərə alınaraq) məbləğdə pul vəsaitinin Cavabdeh2 MTK-dan tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin mənzil boşaldılarkən edilmiş qanunsuz hərəkətlər nəticəsində iddiaçıya məxsus əmlaklara vurulan ziyan nəticəsində ona dəymiş 6.000 (altı min) manat məbləğdə maddi zərərin əvəzinin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə məhkəmə aşağıdakıları qeyd edir. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumunu göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. "İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. "İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. "İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 12.1 -ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Qeyd edilən normaları nəzərə alaraq məhkəmə qeyd edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2075/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Əksinə İddiaçı qanuni qüvvəsini almış qətnamənin könüllü icrası ilə əlaqədar məlumatlandırılmış, lakin o, məhkəmə qətnaməsini icra etməkdən yayınmışdır. İcra zamanı İddiaçı məxsus 34 adda əşyalar akt tərtib edilərək, MTK-nın nümayəndəsinə təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı icra zamanı hər hansı qanun pozuntutsunun aşkarlanmadığından, həmçinin iddiaçı bu tələbi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişidir. Məhkəmə tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin (cavabdeh Kristal Abşeron” MMC yə aid hissəsində) iddiaçıya ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamə ilə müəyyən edilmiş məbləği əhatə etmədikdə, yerdə qalan məbləğin təkrar Cavabdeh2 MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində qeyd edir ki, həmin mənzil artıq 3-cü şəxsə satıldığından, MTK-nın həmin mənzilə dair hüququları olmadığından tutmanın yönəldilməsi yolverilməzdir, ona görə də bu hissədə iddia təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 327 manat məbləğində pulun 120 manatı Cavabdeh2 MTK-dan tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 207 manatı iddiaçının özünə aid edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli payçı müqaviləsi ləğv olunduğundan, bu müqavilə əsasında iddiaçı tərəfindən ödənilmiş 10000 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 120 manat pul vəsaiti Cavabdeh2 MTK-dan tutularaq İddiaçı qaytarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli payçı müqaviləsinə əsasən ödənilmiş 10000 (on min) manat məbləğində pul və dövlət rüsumuna görə 120 manat pul vəsaiti Cavabdeh2 MTK-dan alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 207 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar