Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2942/2020 30.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 3890,06 ABŞ dolları əsas borc, 3969,65 ABŞ dolları faiz borcu və 267,7 ABŞ dolları cərimə olmaqla, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək gedikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 46,2 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 8174,15 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 24 faizlə 24 ay müddətinə 10000 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2020-ci il tarixinədək təyin edilir. Borcun təminatı olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə xx xxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu Cavabdeh1 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020-ci ilədək Cavabdeh1 banka xx xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3890,06 ABŞ dolları əsas borc, 3969,65 ABŞ dolları faiz borcu və 267,7 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək gedikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 46,2 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 8174,15 ABŞ dolları borc vardır. Xəbərdalıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndə məhkəməyə gəlməmişdir, cavabdeh işə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib, təmin edilməməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixli 27-M-1-0-258-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 “xxxxxx” İKB ASC-dən illik 24 faizlə 24 ay müddətinə 10000 ABŞ dolları kredit götürmüşdür. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 borc alanın kreditor qarşısında öhdəliklərini öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixli Əlavə Sazişdən müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli 27-M-1-0-258-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsi üzrə kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli Çıxarışından müəyyən edilir ki, “xxxxxx” İKB ASC hazırda ”İddiaçı” ASC kimi qeydiyyatdan keçmişdir. Mülki işin materiallarında olan maliyyə arayışdan müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli 27-M-1-0-258-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən, cavabdehin xx.xx.2020-ci il tarixinə ”İddiaçı” ASC-yə 3890,06 ABŞ dolları əsas borc, 3969,65 ABŞ dolları faiz borcu və 267,7 ABŞ dolları cərimə olmaqla, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək gedikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 46,2 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 8174,15 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə iddiaçınınnümayəndəsinin ərizəsini nəzərdən keçirib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.4-cü maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxx 2015-ci il tarixli müqavilə üzrə hesablanmış 267,7 ABŞ dolları cərimənin məbləği azaldılmalı və 5 ABŞ dolları müəyyən edilməlidir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq иддиачы “xxxxxxxxxx” QSC-nə ödənilsin. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3890,06 ABŞ dolları əsas borc, 3969,65 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək gedikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 46,2 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 7963,91 ABŞ dolları ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun və 30 manat ödənilmiş dövlət rüsumunun 290 manatı tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx xxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3890,06 ABŞ dolları əsas borc, 3969,65 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək gedikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 46,2 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 7968,91 ABŞ dolları ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2942/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2942/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver