Məhkəmə qərarları › İş №2(012)-2945/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2945/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2945/2021 09.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 09 iyun 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia və iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.01.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********84624 olan İphone 8 plus markalı telefon üçün 1120 manat ödənilməmiş hissə, 337 manat dəbbə pulu, 03.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********42353 olan X4 markalı telefon üçün 2177 manat ödənilməmiş hissə, 630 manat dəbbə pulu olmaqla, ümumi 4264 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh 12.01.2019-cu il tarixli və 03.04.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********84624 olan İphone 8 plus markalı telefon, İMEİ Kodu **********42353 olan X4 markalı telefon almış və nəticədə 4264 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 12.01.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2550 manat olan İMEİ Kodu **********84624 olan İphone 8 plus markalı telefon üçün 1120 manat ödənilməmiş hissə, 337 manat dəbbə olmaqla cəmi 1457 manat borcu yaranmışdır. 03.04.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 3828 manat olan İMEİ Kodu **********42353 olan X4 markalı telefon üçün 2177 manat ödənilməmiş hissə, 630 manat dəbbə pulu olmaqla, cəmi 2807 manat borcu yaranmışdır.Cavabdehin ümumi olaraq 4264 manat borcu yaranmışdır. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X2 da iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 12.01.2019-cu il tarixli, № 00467163 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********84624 olan İphone 8 plus markalı telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.04.2019-cu il tarixli, № 00596960 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********42353 olan X4 markalı telefonu qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 03.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********42353 olan X4 markalı telefon üçün 2177 manat ödənilməmiş hissə, 630 manat dəbbə pulu olmaqla, ümumilikdə 2807 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 12.01.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********84624 olan İphone 8 plus markalı telefon üçün 1120 manat ödənilməmiş hissə, 337 manat dəbbə pulu, ümumilikdə 1457 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdrıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 12.01.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 337 manat dəbbənin məbləği azaldılmalı və 33 manat müəyyən edilməlidir. 03.04.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 630 manat manat dəbbənin məbləği azaldılmalı və 63 manat müəyyən edilməlidir.2 müqavilə üzrə ümumilikdə 96 manat dəbbə pulu müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 12.01.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********84624 olan İphone 8 plus markalı telefon üçün 1120 manat ödənilməmiş hissə, 33 manat dəbbə pulu, 03.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********42353 olan X4 markalı telefon üçün 2177 manat ödənilməmiş hissə, 63 manat dəbbə pulu olmaqla, ümumilikdə 3393 manat pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manatı tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 270.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilm iş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsl ərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12.01.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********84624 olan İphone 8 plus markalı telefon üçün 1120 manat ödənilməmiş hissə, 33 manat dəbbə pulu, 03.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********42353 olan X4 markalı telefon üçün 2177 manat manat ödənilməmiş hissə, 63 manat dəbbə pulu olmaqla, ümumilikdə 3393 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş rüsumunun 20 manatı tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar