Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2946/2021 20.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.01.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********36571 olan X4 6 PRO markalı telefon üçün 118 manat ödənilməmiş hissə, 35 manat cərimə, 17.06.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********16540 olan Samsung Galaxy A7 markalı telefon, Mİ Power Bank üçün 327 manat ödənilməmiş hissə, 92 manat cərimə, 17.09.2019-cu il tarixli müqaviləyə əsasən Samsung soyuducu üçün 2186 manat ödənilməmiş hissə, 604 manat cərimə və 23.09.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led televizor üçün 1010 manat ödənilməmiş hissə, 303 manat cərimə olmaqla, ümumilikdə 4675 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh 22.01.2019-cu il, 17.06.2019-cu il, 17.09.2019-cu il və 23.09.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ Kodu **********36571 olan X4 6 PRO markalı telefon, İMEİ Kodu **********16540 olan Samsung Galaxy A7 markalı telefon, Mİ Power Bank, Samsung soyuducu və Samsung Led televizor almış və nəticədə 4675 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 22.01.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 708 olan İMEİ Kodu **********36571 olan X4 6 PRO markalı telefon üçün 118 manat ödənilməmiş hissə, 35 manat cərimə olmaqla cəmi 153 manat borcu yaranmışdır. 17.06.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 924 manat olan İMEİ Kodu **********16540 olan Samsung Galaxy A7 markalı telefon, Mİ Power Bank üçün 327 manat ödənilməmiş hissə, 92 manat cərimə olmaqla, cəmi 419 manat borcu yaranmışdır. 17.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2600 manat olan Samsung soyuducu üçün 2186 manat ödənilməmiş hissə, 604 manat cərimə olmaqla, cəmi 2790 manat borcu yaranmışdır. 23.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1405 manat olan Samsung Led televizor üçün 1010 manat ödənilməmiş hissə, 303 manat cərimə olmaqla, cəmi 1313 manat borcu yaranmışdır. Cavabdehin ümumi olaraq 4675 manat borcu yaranmışdır. Onun cəmi ödədiyi məbləğ 1996 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, iddiaçı "xxxx" MMC ilə onun arasında bağlanmış 22.01.2019-cu il, 17.06.2019-cu il, 17.09.2019-cu il və 23.09.2019-cu il tarixli müqavilələrə əsasən ona İMEİ Kodu **********36571 olan X4 6 PRO markalı telefon, İMEİ Kodu **********16540 olan Samsung Galaxy A7 markalı telefon, Mİ Power Bank, Samsung soyuducu və Samsung Led televizor nisyə satılmışdır. O, müqavilələr üzrə bir müddət lazımi qaydada ödəniş etsə də, sonradan maddi vəziyyəti pisləşdiyinə görə ödənişlər edə bilməmişdir. Buna görə də, iddia ərizəsi üzrə tələb edilən borcun ondan tutulmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 22.01.2019-cu il tarixli, № 00480943 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********36571 olan X4 6 PRO markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni şəkildə 17.06.2019-cu il tarixli, № 00727411 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********16540 olan Samsung Galaxy A7 markalı telefon, Mİ Power Bankı qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni şəkildə 17.09.2019-cu il tarixli, № 00919302 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Samsung markalı soyuducunu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni şəkildə 23.09.2019-cu il tarixli, № 00932968 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Samsung Led markalı televizoru qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 17 mart 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 22.01.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********36571 olan X4 6 PRO markalı telefon üçün 118 manat ödənilməmiş hissə, 35 manat cərimə olmaqla cəmi 153 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 17.06.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********16540 olan Samsung Galaxy A7 markalı telefon, Mİ Power Bank üçün 327 manat ödənilməmiş hissə, 92 manat cərimə olmaqla, ümumilikdə 419 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 17.09.2019-cu il tarixli müqaviləyə əsasən Samsung soyuducu üçün 2186 manat ödənilməmiş hissə, 604 manat cərimə olmaqla, cəmi 2790 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 23.09.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led televizor üçün 1010 manat ödənilməmiş hissə, 303 manat cərimə olmaqla, cəmi 1313 manat borcu vardır. Cavabdehin bütün mallar üçün cəmi 4675 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 22.01.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 35 manat cərimənin məbləği azaldılmalı və 05 manat müəyyən edilməlidir. 17.06.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 92 manat cərimənin məbləği azaldılmalı və 10 manat müəyyən edilməlidir. 17.09.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 604 manat cərimənin məbləği azaldılmalı və 30 manat müəyyən edilməlidir. 23.09.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 303 manat cərimənin məbləği azaldılmalı və 15 manat müəyyən edilməlidir. Hər 4 müqavilə üzrə cəmi 60 manat cərimə müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 22.01.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********36571 olan X4 6 PRO markalı telefon üçün 118 manat ödənilməmiş hissə, 05 manat cərimə, 17.06.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********16540 olan Samsung Galaxy A7 markalı telefon, Mİ Power Bank üçün 327 manat ödənilməmiş hissə, 10 manat cərimə, 17.09.2019-cu il tarixli müqaviləyə əsasən Samsung soyuducu üçün 2186 manat ödənilməmiş hissə, 30 manat cərimə və 23.09.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led televizor üçün 1010 manat ödənilməmiş hissə, 15 manat cərimə olmaqla, ümumilikdə 3701 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 22.01.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********36571 olan X4 6 PRO markalı telefon üçün 118 manat ödənilməmiş hissə, 05 manat cərimə, 17.06.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********16540 olan Samsung Galaxy A7 markalı telefon, Mİ Power Bank üçün 327 manat ödənilməmiş hissə, 10 manat cərimə, 17.09.2019-cu il tarixli müqaviləyə əsasən Samsung soyuducu üçün 2186 manat ödənilməmiş hissə, 30 manat cərimə və 23.09.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led televizor üçün 1010 manat ödənilməmiş hissə, 15 manat cərimə olmaqla, ümumilikdə 3701 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2946/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2946/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver