Məhkəmə qərarları › İş №2(012)-295/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-295/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-295/2022 16.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2, İlkin iddia üzrə Cavabdeh2, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, "xxxx" ASC-nin Cavabdeh2 və "xxxx" MMC-yə qarşı «borcun tutulması» tələbinə dair ilkin iddiası, "xxxx" MMC-nin "xxxx" ASC-yə qarşı mənzilə dair hüquqların əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 15755,66 manat, faiz borcu üzrə 2323,66 manat olmaqla, cəmi 18079,32 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nn nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 15755,66 manat, faiz borcu üzrə 2673,78 manat olmaqla, cəmi 18429,44 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nn nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 15755,66 manat, faiz borcu üzrə 3137,70 manat olmaqla, cəmi 18893,36 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASCnin xeyrinə 15755,66 manat əsas borc, 3794,19 manat faiz borcu olmaqla, cəmi borcu 19549,85 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS-AAAF-RO nömrəli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə ödənilməmiş əsas borc 15755,66 manat məbləğində borcun müqabilində xx.xx.2015-ci il tarixli ABB YM-0153 nömrəli müqavilə üzrə təminat predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş bina 5, ümumi sahəsi 68 kv.m. ibarət 2 otaqlı 40 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-nə ötürülməklə əvəzləşdirilməsi, Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş bina 5, ümumi sahəsi 68 kv.m. ibarət 2 otaqlı 40 nömrəli mənzilə dair bütün hüquqların "Azərbaycan Beynəlxalq Bankı” ASC-nə ötürüldükdən sonra "Azərbaycan Beynəlxalq Bankı” ASC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6xx-xx-2015-YS-AAAF-RO nömrəli zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6-xx-xx-2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 180 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 29200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditor ilə "xxxx" MMC xx.xx.2015-ci il tarixli, 6-xx-xx-2015-YS-AAAF-RO nömrəli zaminlik müqaviləsi bağlamışdır. Göstərilən müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə Cavabdeh2 məhkəmədə izahatında bildirdi ki, "xxxx" MMC ona mənzili vaxtında təhvil verməmişdir. O, "xxxx" MMC-yə qarşı ödədiyi məbləğin ona qaytarılması barədə iddia tələbi qaldırmış və iddia təmin edilmişdir. "xxxx" ASC-yə isə qrafik üzrə hər ay 207 manat ödəməli idi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nın nümayəndəsi X5 məhkəmədə izahatında bildirdi ki, iddiaçı "xxxx" ASC-nin iddia tələbinin əsasını Cavabdeh2 xx.xx.2015-ci il tarixli 6xx-xx-2015-YS-AAAF-RO təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə illik 10 faiz dərəcəsi ilə 180 ay müddətinə verrilmiş 29200 manat kredit vəsaiti təşkil edir. Həmin kredit vəsaiti "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ABB YM-0153 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr.167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş bina 5, ümumi sahəsi 68 kv.m. ibarət 2 otaqlı 40 nömrəli mənzilin alınması üçün verilmişdir. xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS-AAAF-RO nömrəli təminatlı kredit (daxili krediti üçün) müqaviləsinin 4.1-ci bəndinə görə, bu Müqavilə ilə müəyyən edilən kredit klərin icrasının təminat üsulu müqavilənin 4.3-cü maddəsində göstərilən qaydada ipoteka predmeti və xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS-AAAF-RO nömrəli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS-AAAF-RO nömrəli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 4.3-cü bəndinə görə, kredit müqaviləsi üzrə təminat kimi edən "xxxx" MMC ilə Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr.167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş bina 5, ümumi sahəsi 68 kv.m. ibarət 2 otaqlı 40 nömrəli mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış aldıqdan sonra ipoteka kimi rəsmiləşdirməlidir. xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS-AAAF-RO nömrəli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 12.7-cı bəndinə görə, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadiqda borcalan xx.xx.2015-ci il tarixli ABB YM-0153 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr.167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş bina 5, ümumi sahəsi 68 kv.m. ibarət 2 otaqlı 40 nömrəli mənzili boşaltmalıdır. Həmin müqavilənin 13.8-ci bəndinə əsasən, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadiqda Borc verən Borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2015-ci il tarixli ABB YM-0153 nömrəli müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr.167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş bina 5, ümumi sahəsi 68 kv.m. ibarət 2 otaqlı 40 nömrəli mənziin boşaldılmasını tələb edir. Şərh olunan müddəalardan göründüyü kimi kredit öhdəliyi vaxtında və lazımi qaydada icra olunmadıqda kredit vəsaitinin təminatı olan daşınmaz əmlak əldə olunur. Hazırki daşınmaz əmlak tam olaraq borclu/Cavabdeh2 istifadəsində və sərəncamındadır. Cavabdeh2 kredit öhdəliklərini icra etməməsi tələbin daşınmaz əmlaka yönəltmək üçün əsas yaranır. Həmin müqavilənin 15.8-ci bəndinə görə, Borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Cavabdeh2 və "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli ABB YM-0153 nömrəli müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr.167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş bina 5, ümumi sahəsi 68 kv.m. ibarət 2 otaqlı 40 nömrəli mənzil üzərində olan hüquqlar Borc verənə keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə esən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bildirir ki, Cəmiyyət tərəfindən "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli HŞ/396 nömrəli bildirişlə mübahisələndirilən borc məbləğinin təminat predmeti ilə əvəzləşdirilməsi barədə məlumatlandırılmışdır. Beləliklə, "xxxx" ASC-nin əsas borc 33848,83 manat məbləğindən ibarət iddia tələbinin Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr.167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş bina 5, ümumi sahəsi 68 kv.m. ibarət 2 otaqlı 40 nömrəli mənzilə dair bütün hüquqları "xxxx" ASC-yə ötürülməsi ilə əvəzləşdirilməsi daha ədalətli olardı. Çünki xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS- AAAF-RO nömrəli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin təyinatı adından göründüyü kimi daxili ipoteka krediti olaraq mənzilin alınmasına yönəlmiş vəsaitdir. Ayrılmış kredit vəsaitinin geri qaytarılması mümkün olmadıqda həmin kredit vəsaitinə də sözügedən daşınmaz əmlak hesabına realizə olunması daha məqsədə müvafiqdir. Bu səbəbdən sözügedən 18 nömrəli mənzilə dair bütün hüquqların ilkin iddiaçı/cavabdeh "xxxx" ASC-yə ötürülməsi daha düzgündür. Odur ki, o, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 6-xx-xx-2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh2 180 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 29200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 6-xx-xx-2015-YS-AAAF-RO nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC bundan sonra zamin adlandırılacaq "xxxx" MMC bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, 6-xx-xx-2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, 9/2434 saylı ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli, 6-xx-xx-2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixinədək banka olan əsas borcu 15755,66 manat, faiz borcu 3137,70 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia təmin olunmalıdır. Belə ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-295/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, 9/2434 saylı ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli, 6-xx-xx-2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixinədək banka olan əsas borcu 15755,66 manat, faiz borcu 3137,70 manat təşkil edir. Göründüyü kimi 13 may 2022-ci il tarixli, 9/2434 saylı ekspert rəyində göstərilən məbləğlər xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş, lakin sözügedən ekspert rəyindən sonra iddiaçı təşkilatın iddia tələbinin həcminin artırılmasına dair ərizəsi məhkəməyə daxil olaraq xx.xx.2015-ci il tarixli, 6-xx-xx-2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixədək 15755,66 manat əsas borc, 3794,19 manat faiz borcu cavabdehlərdən tələb olunmuş və xx.xx.2022-ci il tarixədək tələb olunan məbləğlər məhkəmədə cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. xx.xx.2015-ci il tarixli, 6-xx-xx-2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək 15755,66 manat əsas borc, 3794,19 manat faiz borcu iş materiallarında olan maliyyə arayışı ilə təstiq olunduğundan, ona görə də məhkəmə hesab edir ki, cavabdehlərdən 15755,66 manat əsas borc, 3794,19 manat faiz borcu olmaqla, cəmi borcu 19549,85 manat borc tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 6-xxxx-2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 6-xx-xx-2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsindan irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün "xxxx" ASC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan "xxxx" MMC-dan öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan əlavə xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS-AAAF-RO nömrəli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə ödənilməmiş əsas borc 15755,66 manat məbləğində borcun müqabilində xx.xx.2015-ci il tarixli ABB YM-0153 nömrəli müqavilə üzrə təminat predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş bina 5, ümumi sahəsi 68 kv.m. ibarət 2 otaqlı 40 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-nə ötürülməklə əvəzləşdirilməsi, Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş bina 5, ümumi sahəsi 68 kv.m. ibarət 2 otaqlı 40 nömrəli mənzilə dair bütün hüquqların "Azərbaycan Beynəlxalq Bankı” ASC-nə ötürüldükdən sonra "Azərbaycan Beynəlxalq Bankı” ASC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS-AAAF-RO nömrəli zaminlik müqaviləsinin ləğv edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı cavabdehlərdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, 9/2434 saylı mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh2 və "xxxx" MMC-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada xx.xx.2015-ci il tarixli, 6-xx-xx- 2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsi üzrə 15755,66 manat əsas borc, 3794,19 manat faiz borcu olmaqla, cəmi borcu 19549,85 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, 9/2434 saylı mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh2 və "xxxx" MMC-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar