Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2954/2023 06.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı aliment miqdarının artırılması və maddi yardımın ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı aliment miqdarının artırılması və maddi yardımın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 220 manat müəyyən edilməsi və azyaşlının səhhəti ilə bağlı müalicəyə çəkiləcək əlavə xərclər üçün 100 manat olmaqla, ümumilikdə 320 manat pulun Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, X1 Səftər Ataxan oğlu ilə 2016-cı ildə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 anadan olmuşdur. Uşağın saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)- 1355/2021 saylı qətnaməsi ilə 170 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. O, hazırda işsizdir, belə ki, ağır qəza keçirdiyinə görə səhhətində olan ciddi problemlər ona işləməyə imkan vermir. Gözünün biri 10 faiz görür, epilepsiya xəstəliyindən əziyyət çəkir və sağ əlində üç barmağı işləmir. Həmçinin övladı X5 dəfələrlə ambulator müalicələr alır və beyin qabığında qıcolma həddi müəyyən olunduğundan ona davamlı olaraq müalicələr yazılır. Qızı Məryəmin nitqində də problemlər var, danışığını düzgün başa düşmək olmur, çünki o, sözləri düzgün tələffüz eləmir. Sentyabr ayında uşaq məktəbə gedəcək. Bu da xeyli maddiyyat tələb edir. Son dövrlər baş verən inflasiya nəticəsində qiymətlərin (əsasən də ərzaq və dərman məhsullarının) kəskin artımı müşahidə edilir. Bu səbəblərdən də cavabdehdən tutulan alimentin məbləği artırılmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı tərəf MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəməyə ərizə təqdim etmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5567/2022 saylı qətnaməsi ilə tutulmuş 193 manat məbləğində alimentin artırılması, hər ay 220 manat məbləğində alimentin tutulması, eyni zamanda zəruri xərclər üçün 100 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 079289 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)- 5567/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, həmin Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-1355/2021 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh X3 xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Məryəm adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə Məryəm adlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün halhazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5567/2022 saylı qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 193 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X4 verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, hər ay əlavə 100 manat maddi yardımın cavabdehdən tutulmalı olması barədə T.A.Ağayeva məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Təqdim edilmiş çoxsaylı tibbi sənədlər azyaşlı Məryəmin müayinə olunması ilə bağlıdır və heç birindən vəsait xərclənməsi görünmür. Mülki Prosessual Məcəllənin: 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5567/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı Ağayeva (İskəndərova) Tünzalə Akif qızının xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2954/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2954/2023
06.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver