Məhkəmə qərarları › İş №2(012)-2957/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2957/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2957/2025 02.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli “Borc müqaviləsi” əsasında ondan aldığı 4500 manat pulun, xx.xx.2023-cü il tarixində nağd olaraq şifahi borc müqaviləsi əsasında aldığı 2500 manat borcun və 90 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla Cavabdeh SOCAR şirkətində iş yoldaşı olmuşdurlar və yaxın münasibətdə olmuşdurlar. xx.xx.2023-cü il tarixli borc müqaviləsi əsasında Cavabdeh ondan 4500 manat borc pul götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən o, xx.xx.2024-cü il tarixinədək həmin borcu tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Həmçinin bildirir ki, həmin vaxt ona müqavilə əsasında verdiyi puldan başqa, əlavə olaraq xx.xx.2023-cü il tarixində 2500 manat da borcu nağd olaraq şifahi borc müqaviləsi əsasında cavabdehə borc olaraq vermişdir və həmin pulun verilməsi barədə “Whatsapp” yazışmaları mövcuddur. Cavabdeh cəmi olaraq 7000 manat borcun xx.xx.2024-cü il tarixinədək ona qaytarılması öhdəliyini öz üzərinə götürmüş, lakin bugünə kimi cəmi olaraq 7000 manat borcdan, bir manat da olsa, ona qaytarmamışdır. Hazırda cavabdehin ona borc müqaviləsi əsasında 4500 manat və nağd olaraq əlbəəl verdiyi 2500 manat, cəmi 7000 manat borcu vardır. Bildirir ki, cavabdeh həmin pulları ondan almaqda məqsədi onu işə düzəltmək olmuşdur. O, riskli olmaması üçün pulları ona verən zaman borc müqaviləsi bağlamışdır. Lakin sonrakı 2500 manat pulu verən zaman cavabdeh onu tələsdirdiyi üçün borc müqaviləsi bağlamamışdır. Lakin sonradan cavabdehin onu aldatdığını və heç bir işin olmadığını görmüşdür. Bu səbəbdən də o, verdiyi pulların cavabdehdən alınaraq ona verilməsini istəyir. Dəfələrlə cavabdehə borcunu ödəməsini tələb etsə də cavabdeh onu ələ salır, telefon zənglərinə cavab vermir. Yuxarıda göstərdiyi səbəblərdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, xx.xx.2025-ci il tarixində cavabdehə pretenziya məktubu göndərmiş, lakin cavabdeh hazırda həbsdə olduğu üçün pretenziya məktubuna cavab verməmişdir. Onun cavabdehə 2500 manat ödəməsini təsdiq edən səs yazısı və yazışmalar mövcuddur. Həmçinin cavabdeh ona göndərdiyi SMS-lərdə 7000 manat borcu olduğunu göstərmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil izahat verərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs olan Cavabdeh ilə İddiaçı əvvəldən bir-birlərini tanımışdırlar və tərəflərin ailəvi dostluqları olmuşdur. Cavabdeh özü də iddiaçıya 7000 manat məbləğində borcu olduğunu etiraf etmişdir, lakin imkanı olmadığı üçün borcunu indiyədək ödəyə bilməmişdir. Belə ki, Cavabdeh ona borca görə hər ay 1000 manat olmaqla ödəniş edəcəyini bildirsə də bu ay ödəniş edə bilməmişdir. Buna baxmayaraq cavabdehin iddiaçıya olan borcunu ödəmək niyyəti vardır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanmış 22 dekabr 2023-cü il tarixli, 3M-721 reyestr nömrəli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh notariusun bankda açılan depozit һеsabı vasitəsi ilə 4500 manat məbləğində pul borc vermiş, borc alan Cavabdeh isə borcu xx.xx.2024-cü il tarixinədək borc verən İddiaçı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının və cavabdehin vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 425.2-ci, 442-ci, 448.1-ci və 739.1-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh cəmi 7000 manat məbləğində pul verməsi iddiaçının və cavabdehin vəkili-nümayəndəsinin məhkəmədə verdikləri izahatı, həmçinin tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş borc müqaviləsi ilə yanaşı iş materiallarında olan digər sənədlər ilə də tam təsdiq olunur. İşin faktiki hallarından görünür ki, 22 dekabr 2023-cü il tarixli, 3M-721 reyestr nömrəli borc müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh notariusun bankda açılan depozit һеsabı vasitəsi ilə 4500 manat məbləğində pul borc vermiş, borc alan Cavabdeh isə borcu xx.xx.2024-cü il tarixinədək borc verən İddiaçı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra İddiaçı şifahi qaydada razılaşma əsasında Cavabdeh əlavə olaraq 2500 manat pul ödəmiş, bununla da iddiaçı tərəfindən cavabdehə, ümumilikdə, 7000 manat məbləğində pul verilmişdir. Cavabdeh almış olduğu pul vəsaitini iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, lakin uzun müddət keçməsinə baxmayaraq borcu indiyədək qaytarmamışdır. Qarşı tərəf iddia tələbində göstərilənləri təkzib edəcək sübutları məhkəməyə təqdim etməmiş, hətta cavabdehin vəkili-nümayəndəsi məhkəmə iclasında cavabdehin iddiaçıdan borc müqaviləsi üzrə 4500 manat, şifahi razılaşmaya əsasən 2500 manat olmaqla, cəmi 7000 manat pul götürdüyünü etiraf etdiyini bildirmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında faktiki olaraq borc münasibətləri yaranmış, Cavabdeh İddiaçı aldığı 7000 manat pulu qaytarmaq öhdəliyi daşımışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 7000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə İlə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 90 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 7000 manat pul və 90 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar