Məhkəmə qərarları › İş №2(012)-2969/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2969/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2969/2020 07.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ Kodu **********74872 Samsung Galaxy A7 2018 markalı telefon üçün 1208 manat ödənilməmiş hissə, 115 manat cərimə olmaqla cəmi 1323 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh «xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********74872 Samsung Galaxy A7 2018 markalı telefon almış və nəticədə 1323 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1369 manat, İMEİ Kodu **********74872 Samsung Galaxy A7 2018 markalı telefon üçün 1208 manat ödənilməmiş hissə, 115 manat cərimə olmaqla ümumilikdə 1323 manat borc hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 161 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, onun telefonu oğurlanmışdır. Bununla bağlı polisə müraciət etmişdir. Onun “xxxxxxxxxxx” ASC-dən qızıl zəmanəti var və həmin qızıl zəmanətdə telefonun itməsi halı da qeyd edilmişdir. O, “xxxxxxxxxxx” ASC-nə yaxınlaşmış və müdürlə görüşmüşdür. Lakin ona pulun güzəşt edilməsinin qeyri-mümkün olduğu deyilmişdir. O, həmçinin iddia ərizəsinə etiraz verərək bildirdi ki, ona qarşı olan iddia əsassızdır. Belə ki, ona satılmış İMEİ Kodu **********74872 Samsung Galaxy A7 2018 markalı telefon almışdır. Həmin telefon xx xxx 2019-cu il tarxdə oğurlanmışdır. Həmin telefonun oğurlanması barədə Abşeron RPİ-nə müraciət etmiş və bu barədə ona Abşeron RPİ tərəfindən arayış da verilmişdir. Onunla “xxxxxxxxxxx” MMC arasında bağlanmış Zəmanət müqaviləsinə əsasən, zəmanət oğurluq hadisələrinə və belə hadisələrlə bağlı meydana gələn nəticələrə şamil edilir. Lakin bütün bunlara baxmayaraq “ xxxxxxxxxxx” MMC ona qarşı iddia qaldırmış və iddia ərizəsində göstərilən bütün məbləği tələb edir. Qeyd olunanlara əsasən, o, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan 00388340 saylı, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********74872 Samsung Galaxy A7 2018 markalı telefon almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********74872 Samsung Galaxy A7 2018 markalı telefon üçün Cavabdehnın 1208 manat ödənilməmiş məbləğ və 115 manat cərimə olmaqla ümumilikdə isə 1323 manat borcu vardır. İş materiallarında olan “xxxxxxxxxxx” ASC tərəfindən verilmiş qızıl zəmanətdən görünür ki, xx.xx.2018-ci ildə satılan İMEİ Kodu **********74872 Samsung Galaxy A7 2018 markalı telefona 2 il müddətinə zəmanət verilmişdir. Bu zəmanət oğurluq hadisələrinə və belə hadisələrlə bağlı meydana gələn nəticələrə şamil edilir. Məhsul oğurlandığı halda alıcıya qızıl zəmanətə uyğun olaraq “Kontakt Home” mağazalarında istifadə edilməsi üçün məbləğ təqdim edilir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, tərəflər arasında 00388340 saylı, xx.xx.2018-ci il tarixli müqavilə bağlanmış, həmin müqavilə üzrə Cavabdeh İMEİ Kodu **********74872 Samsung Galaxy A7 2018 markalı telefon satılmış, “xxxxxxxxxxx” ASC tərəfindən verilən qızıl zəmanətə əsasən, xx.xx.2018-ci ildə satılan İMEİ Kodu **********74872 Samsung Galaxy A7 2018 markalı telefona 2 il müddətinə zəmanət verilmiş və bu zəmanət oğurluq hadisələrinə və belə hadisələrlə bağlı meydana gələn nəticələrə şamil edilmişdir.Qeyd olunan telefonun oğurlanması cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş,Abşeron rayon Polis İdarəsi tərəfindən verilmiş 23.05. 2019-cu il tarixli,128-33687A nömrəli arayışla tam təstiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, qızıl zəmanət kartına əsasən Cavabdeh xx.xx.2018ci il tarixli müqavilə üzrə “xxxxxxxxxxx” ASC qarşısında hər hansı bir öhdəlik daşımadəığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********74872 Samsung Galaxy A7 2018 markalı telefona görə pul tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar