Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2977/2021 20.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X1 Səfiyeva İddiaçı İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbi barədə iddia ərizəsinə 20 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı İddiaçı Cavabdeh MTK-a qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4 kv.m pulun, yəni 2000 manat pulun iddiaçıdan tutulmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəni və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə görə geri qaytarılmalıdır. Həmin maddələrin məzmununa görə məhkəməyədək nizama salmaya (pretenziya)riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlər arasında iddiaçının pretenziya qaydasına əsasən tərəflər arasında bağlanan müqavilənin ləğv edilməsi, dəyişdirilməsi barədə cavabdehə müraciəti barədə hər hansı bir sübut olmadığından hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilən sənədərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya ilkin olaraq bu barədə Cavabdeh MTK-ya müraciət etməsi izah edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı İddiaçı Cavabdeh MTK-ya qarşı pul barədə iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya ilkin olaraq bu barədə Cavabdeh MTK-ya müraciət etməsi izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2977/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2977/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver