Məhkəmə qərarları › İş №2(012)-2996/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2996/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2996/2020 13.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron RayonMəhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********82360 Samsung Galaxy A6 markalı telefon üçün 704 manat ödənilməmiş hissə, 70 manat cərimə olmaqla, cəmi 774 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********23419 Xiaomi Mi 9 SE markalı telefon və Power Bank Mİ üçün 1026 manat ödənilməmiş hissə, 102 manat cərimə olmaqla, cəmi 1128 manat, ümumilikdə 1902 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********82360 Samsung Galaxy A6 markalı telefon markalı telefon və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********23419 Xiaomi Mi 9 SE markalı telefon və Power Bank Mİ almışdır. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 774 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1128 manat borcu yaranmışdır. Cavabdeh hər iki müqavilənin şərtlərini pozmuş, alqı-satqı qiyməti 1058 manat olan İMEİ Kodu **********82360 Samsung Galaxy A6 markalı telefon üçün 704 manat ödənilməmiş hissə, 70 manat cərimə olmaqla, cəmi 774 manat, alqı-satqı qiyməti 1081 manat olan İMEİ Kodu **********23419 Xiaomi Mi 9 SE markalı telefon və Power Bank Mİ üçün 1026 manat ödənilməmiş hissə, 102 manat cərimə olmaqla, cəmi 1128 manat, ümumilikdə 1902 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ isə 409 manat təşkil edir. Buna əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X2 da iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. AzərbaycanRespublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublik Mülki Məcəlləsinin 600.1-ci maddəsinəəsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyalırn nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinəəsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin faktiki hallarından və tərəflərin verdikləri mübahisə edilməyən izahatlarından müəyyən olunur ki,tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn mübahisə mövcud olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, № 00280136 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxxxxxxxxx» MMC-dən İMEİ Kodu İMEİ Kodu **********82360 Samsung Galaxy A6 markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, № 00699263 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxxxxxxxxx» MMC-dən İMEİ Kodu **********23419 Xiaomi Mi 9 SE markalı telefon və Power Bank Mİ qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********82360 Samsung Galaxy A6 markalı telefon üçün 704 manat ödənilməmiş hissə, 70 manat cərimə olmaqla, cəmi 774 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********23419 Xiaomi Mi 9 SE markalı telefon və Power Bank Mİ üçün 1026 manat ödənilməmiş hissə, 102 manat cərimə olmaqla, cəmi 1128 manat, ümumilikdə 1902 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdrıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə hesablanmış 70 manat cərimənin məbləği azaldılaraq 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 102 manat cərimənin məbləği azaldılaraq 20 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********82360 Samsung Galaxy A6 markalı telefon üçün 704 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, cəmi 714 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********23419 Xiaomi Mi 9 SE markalı telefon və Power Bank Mİ üçün 1026 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, ümumilikdə 2760 manat pul alınaraq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********82360 Samsung Galaxy A6 markalı telefon üçün 704 manat ödənilməmiş hissə,10 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********23419 Xiaomi Mi 9 SE markalı telefon və Power Bank Mİ üçün 1026 manat ödənilməmiş hissə,20 manat cərimə olmaqla, cəmi 2760 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar