Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2997/2020 11.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron RayonMəhkəməsininhakimiSəfiyevaCəmilə İbrahimqızı, İddiaçı «xxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasındaməhkəmə qətnaməsinin çıxarılması ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMCkiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********83845 Samsung Galaxy A6 Plus markalı telefon üçün 781 (yeddi yüz səksən bir) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat olmaqla, cəmi 859 (səkkiz yüz əlli doqquz) manat və xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Kombi HOFFMANN, Seksiya HOFFMANN üçün 984 (doqquz yüz səksən dörd) manat ödənilməmiş hissə, 98 (doxsan səkkiz) manat cərimə olmaqla, cəmi 1082 (min səksən iki) manat borc, ümumilikdə isə 1941 (min doqquz yüz qırx bir) manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxxx 2018-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********83845 olan Samsung Galaxy A6 Plus markalı telefon və Kombi HOFFMANN, Seksiya HOFFMANN almış və 1941 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilələrin şərtlərini pozmuş və xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1245 manat, İMEİ kodu **********83845 olan Samsung Galaxy A6 Plus markalı telefon üçün 781 manat ödənilməmiş hissə, 78 manat cərimə pulu olmaqla, cəmi 859 manat borcu və xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1703 manat, Kombi HOFFMANN, Seksiya HOFFMANN üçün 984 manat ödənilməmiş hissə, 98 manat cərimə pulu olmaqla, cəmi 1082 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1183 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, 00258693 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxxxxxxxxx» MMC-dən İMEİ kodu **********83845 olan Samsung Galaxy A6 Plus markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli, 00319288 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxxxxxxxxx» MMC-dən Kombi HOFFMANN, Seksiya HOFFMANN mallarını qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********83845 olan Samsung Galaxy A6 Plus markalı telefon üçün 781 manat ödənilməmiş hissə, 78 manat cərimə pulu olmaqla, ümumilikdə 859 manat və xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Kombi HOFFMANN, Seksiya HOFFMANN üçün 984 manat ödənilməmiş hissə, 98 manat cərimə pulu olmaqla, ümumilikdə 1082 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********83845 olan Samsung Galaxy A6 Plus markalı telefon üçün 781 manat ödənilməmiş hissə, 78 manat cərimə olmaqla, ümumilikdə 859 (səkkiz yüz əlli doqquz) manat borc, xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Kombi HOFFMANN, Seksiya HOFFMANN üçün 984 manat ödənilməmiş hissə, 98 manat cərimə pulu olmaqla, ümumilikdə 1082 (min səksən iki) manat borc olmaqla, cəmi 1941 (min doqquz yüz qırx bir) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2997/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2997/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver