Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3/2022 10.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı «X4 Azərbaycan» QSC-nin nümayəndəsi X1, Cavabdeh, Cavabdeh Zamin iştirakı ilə, İddiaçı «X4 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı «borcun tutulması» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «X4 Azərbaycan» QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və Zamin Qüdəssər oğlundan müştərək (birgə) qaydada 3663,25 manat kredit üzrə əsas məbləğ borcunun, 596,30 manat əsas məbləğə hesablanmış faiz borcunun, 210,64 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, 13,50 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair borclu və zaminə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcinin, həmçinin ərizə üçün dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumunun, cəmi 4503,69 manat məbləğində borcun «X4 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda iddiaçı «X4 Azərbaycan» QSC-nin nümayəndəsi məhkəməyə 13.12.2021-ci il tarixli ərizə ünvanlayaraq, bildirmişdir ki, icraatda olan mülki iş ilə əlaqədar iddiaçı «X4 Azərbaycan» QSC-nin Cavabdeh və Zamin qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Mülki iş məhkəmənin icraatına daxil olmuşdur. 10.01.2022tarixinə baxış iclası təyin edilmişdir. Mülki iş üzrə olan kredit müqaviləsi üzrə borc məbləği tam ödənmişdir. Bu səbəbdən də icraatda olan 2(012)-6262/2021 saylı iş üzrə iddia tələblərindən imtina edir və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. İddiaçı «X4 Azərbaycan» QSC-nin nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4403/2016 saylı, 26 may 2016-cı il tarixli əmri ilə Cavabdeh və Zamin Qüdəssər oğlundan 3663,25 manat kredit üzrə əsas məbləğ borcunun, 596,30 manat əsas məbləğə hesablanmış faiz borcunun, 210,64 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, 13,50 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair borclu və zaminə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcinin, həmçinin ərizə üçün dövlət büdcəsinə köçürülmüş 13,50 manat dövlət rüsumunun, cəmi 4483,69 manat məbləğində borcun «X4 Azərbaycan» QSC-nin xeyrinə tutulması əmr edilmişdir. Daha sonra isə Abşeron Rayon Məhkəməsinin 2(012)-4403/2016 saylı, 05 oktyabr 2021-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-4403/2016 saylı, 26 may 2016-cı il tarixli əmri ləğv edilmişdir. Cavabdehlə bağlanmış kredit müqaviləsi Prezidentin Fərmanına düşmüş və Cavabdeh borcunda silinmələr olmuşdur. Cavabdehin 521,17 manat borcu vardır, 1038 manat isə kompensasiya gəlmişdir. Odur ki, cavabdehin faiz və cərimə borcu silinmişdir.Bu səbəbdən o, hazırki mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, artıq 1 ildir ki, onun maaşının 50 %-i bank tərəfindən tutulur. O, 10 dekabr 2021-ci il tarixində banka 520 manat məbləğində pul ödəmişdir və banka borcu qalmamışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh Zamin məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh 10 dekabr 2021-ci il tarixində banka 520 manat məbləğində pul ödəniş etmişdir. Borc tamamilə ödənilmişdir və hazırda banka borcları yoxdur. Bu səbəbdən o, mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, «X4 Azərbaycan» QSC-nin nümayəndəsi məhkəməyə 13.12.2021-ci il tarixli ərizə ünvanlamış və həmin ərizədən görünür ki, Cavabdeh «X4 Azərbaycan» QSC-a olan borcunu tam ödəmişdir və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.4-ci maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.4; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı «X4 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı «borcun tutulması» tələbinə dair 2(012)-3/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver