Məhkəmə qərarları › İş №2(012)-300/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-300/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-300/2021 08.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı və onun vəkili X1, Cavabdeh və onun vəkili-nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «əsas borcun, öhdəliyin icra edilməməsi nəticəsində pozulmuş hüququn bərpası üçün sərf edilmiş xərcin və əldən çıxmış faydanın cavabdehdən tutulması» tələbinə dair mülki işə 08 may 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 39500 manat əsas borcun, öhdəliyin icra edilməməsi nəticəsində pozulmuş hüququn bərpası üçün sərf edilmiş 1000 manat xərcin, 2500 manat əldən çıxmış faydanın, ümumilikdə 43000 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, o, Sürəyya adlı rəfiqəsinin vasitəsi ilə tanış olduğu Cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş 20 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 4500 (dörd min beş yüz) manat məbləğində borc pul vermişdir. Kredit müqaviləsinin şərtlərinə görə borc alan 20 sentyabr 2019-cu il tarixinədək kredit müqaviləsi üzrə əldə etdiyi məbləği borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdehin aldığı borc məbləğini bu günədək qaytarılmadığı üçün kredit müqaviləsinin 8-ci bəndinə əsasən borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması barədə bildiriş verilmişdir. Qeyd edilən kredit müqaviləsinin bağlanmasından xeyli müddət əvvəl cavabdeh özünü kommersiya fəaliyyəti ilə məşğul olan iş adamı kimi təqdim edərək biznesini genişləndirmək və əldə olunan mənfəətdən qoyacağı pul vəsaiti müqabilində onun da müəyyən gəlir əldə edəcəyini vəd edərək onu inandırmış və bu məqsədlə ondan 35000 (otuz beş min) manat borc pul almış və bu barədə 10.11.2018-ci il tarixli yazılı iltizam verərək həmin məbləği 3 ay müddətinə qaytaracağına zəmanət verdiyini imzasıyla təsdiq etmişdir. Qarşılıqlı münasibətlər zəmnində onun cavabdehə olan inamından suiistifadə edərək Cavabdeh bu günədək nə aldığı barədə yazılı iltizam verdiyi 35000 (otuz beş min) manatı, nədə ki, 20 iyul 2019-cu il tarixli kredit müqaviləsi əsasında aldığı 4500 (dörd min beş yüz) manatı qaytarmamışdır. Beləliklə, cavabdehin ondan ümumilikdə (35000+4500=39500) 39500 (otuz doqquz min beş yüz) manat məbləğində borc pul aldığı iş materiallarında olan yazılı sübutlarla təsdiqini tapdığına görə, həmin əsas borc məbləğinin və öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin hesablanaraq ödənilməsi təmin edilməlidir. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, ona 50 000 manat pul lazım olduğu üçün tanışı Əlibəy adlı şəxsə müraciət etmişdir. Əlli bəy Surayə adlı xanımın faizə pul verdiyini lakin, pulun müqabilində girov olaraq əmlak qoymaq lazım olduğunu bildirmişdr. Cavabdeh adına heç bir əmlka omadığını lakin atası X2 adına olan daşınmaz əmlakı girov qoya biləcəyini bildirmişdir. Nəticədə cavabdeh atasının adına olan Abşeron rayonu, Novxanı kəndi, M.S.ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 147,6 kv metr olan fərdi yaşayış evini 10.11.2018-ci il tarixli ipoteka müqaviləsi ilə Abşeron rayonu 1 saylı Notarial Kontorda atası Nağıyev Rahid, Əzimova Pərvanə, Surayə, Əli bəy və Pərviz adlı şəxslərin də iştirakı ilə ipotekaya qoymuşdur. Həmin müqaviləyə əsasən iddiaçı Əzimova Elmira ona 35 000 manat borc pul vermişdir. Eyni zamanda, Əzimova Elmira onun atası Nağıyev Rahidin yaşının çox olduğunu və cavabdehin öz adından 35 000 manat pulu ödəməyi öz öhdəsinə götürməsinə dair qəbz də almışdır. Cavabdeh 35 000 manat pulu tam ödəyərək evi ipotekadan çıxarmış və əsas borca görə 12-13 000 manat faiz borcunu ödəmişdir. Lakin, pandemiya zamanı maddi imkanı yaxşı olmadığı üçün əsas borca hesablanan 4500 manat məbləğində faiz borcunu ödəyə bilməmişdir. Bu səbəbdən də ipotekanın müqaviləsinin ləğv edildiyi gün, yəni 20.07.2019-cu il tarixdə Abşeron rayonu 1 saylı notariusda iddiaçı Əzimova Elmira ilə onun arasında 4500 manat dəyərində kredit müqaviləsi bağlanmışdır. O, 4500 manat borcunun olduğunu qəbul edir ki, lakin 35 000 manat borcu tam ödəmişdir. Qeyd olunanlara əsasən o, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi X8 məhkəmədə cavabdehin izahatına uyğun izahat verdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X5 ifadəsində bildirdi ki, borc pulun verilməsi notariusda baş vermişdir. İddiaçı, cavabdeh, Sürəyya adlı şəxs və o notariusda olmuşlar və cavabdeh atasının evini pul müqabilində ipotekaya qoymuşdur. Cavabdeh pulu iddiaçıya qaytarmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və öz imzası ilə təsdiq edilmiş əlyazmasından görünür ki, o, İddiaçı Rahid qızından 10.11.2018-ci ildə 35000 manat borc pul almış və 3 ay ərzində həmin pulun tam qaytarılmasına zəmanət vermişdir. İş materiallarında olan 10 noyabr 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan-borc alan X6 mülkiyyət hüququ ilə ona məxsus əmlakını Abşeron rayon saylı notariat kontorunda 10.11.2018-ci il tarixdə 3M-1903 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin məbləği 35000 manat təşkil edir. İş materiallarında olan 20 iyul 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı 4500 manat məbləğində pulu borc alan Cavabdeh verməyi, Cavabdeh isə həmin pulu 20.09.2019-cu il tarixədək faizsiz olaraq İddiaçı qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 11 iyun 2020-ci il tarixli icra qeydindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh vaxtında ödənilməmiş 4500 manat pul tutulmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh atası X4 mülkiyyət hüququ ilə məxsus əmlak Abşeron rayon saylı notariat kontorunda 10.11.2018-ci il tarixdə 3M-1903 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin məbləği 35000 manat təşkil etmiş, həmçinin həmin tarixdə Cavabdeh tərəfindən də ipoteka predmetinin məbləği olan 35000 manatla bağlı sadə yazılı formada qəbz yazılaraq İddiaçı təqim edilmiş, 10.11.2018-ci il tarixli ipoteka müqaviləsi ilə bağlı 35000 manat İddiaçı ödənildiyindən ipoteka müqaviləsi 20.07.2019-cu uil tarixdə ləğv eduilmiş, elə həmin tarixdə iddiaçı ilə cavabdehin razılaşması əsasında ödənilmiş 35000 manatın faizləri ilə bağlı 4500 manat məbləğində kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi ilə bağlı Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 11 iyun 2020-ci il tarixli icra qeydi verilmiş və hal-hazırda da icra qeydi ilə bağlı icra hərəkətləri davam etdirilir. İddiaçı məhkəmə iclasında 10.11.2018-ci il tarixli ipoteka müqaviləsində göstərilən 35000 manat pulla, Cavabdeh tərəfindən 10.11.2018-ci il tarixdə yazılmış qəbzdə göstərilən 35000 manat pulun ayrı-ayrı pullar olduğunu bildirmiş,lakin həmin izahat inandırıcı olmadığı üçün məhkəmə tənqidi yanaşmışdır.Belə ki, həmin izahatın inandırıcı olması cavabdehin izahatından əlavə, şahid ifadəsi və iş materialalrında olan sənədlərin tarixləri ilə tam təkzib olunur.Belə ki, 10.11.2018-ci il tarixdə 35000 manatın təminatı ilə bağlı İddiaçı cavabdehin atası ilə ipoteka müqaviləsi bağlaması müqabilində,həmin tarixdə heç bir təminat olmadan sadə yazılı qəbz əsasında yenidən 35000 manat iddiaçıya verməsi qətiyyən inandırıcı görsənmir, nəzərə alsaq ki, 4500 manat məbləğlə bağlı tərəflər arasında hətta 20 iyul 2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına istinad edərək hesab edir ki, iddia tələbinin ümumilikdə 43000 manat pul vəsaitindən 4500 manatı ilə bağlı hal-hazırda notariusun icra qeydi olduğundan həmin hissədə iddia tələbinə xitam verilməli, bununla bağlı ayrıca qərardad qəbul edilməli,iddia tələbinin 38500 manat hissəsi isə məhkəmənin gəldiyi hüquqi nəticəyə əsasən rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində deyilir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh qarşı 39500 manat əsas borcun, öhdəliyin icra edilməməsi nəticəsində pozulmuş hüququn bərpası üçün sərf edilmiş 1000 manat xərcin, 2500 manat əldən çıxmış faydanın, ümumilikdə 43000 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbinin 38500 manat hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar