Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3001/2024 29.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixdən bugünə qədər 8400 manat pulun bir dəfəlik, qətnamə icra olunanadək hər ay 200 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixdən bugünə qədər 50000 manat pulun bir dəfəlik, qətnamə icra olunanadək hər ay 200 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ona qarşı iddia tələbi təmin edilmiş, yetkinlik yaşına çatmayanlar xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X3 ondan alınaraq Cavabdeh verilməsi, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən onun apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Ali Məhkəmənin MK-nın xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən cavabdehin kassasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Abşeron rayon Məhkəməsinin 2(012)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, X9 ilə Cavabdeh nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı uşaqların nənələri-onun himayəsində olması müəyyən edilmişdir. Oğlu X1 Günay Qəzənfər qızı 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 4 övladları - xx.xx.2010-cu il təvəllüdlü X11, 25 avqust 2011-ci il təvəllüdlü X10, 23 sentyabr 2012-ci il təvəllüdlü X8 və 09 avqust 2017-ci il təvəllüdlü X12 anadan olmuşdur. Oğlu 08 noyabr 2020-ci il tarixdə İİ Qarabağ Müharibəsində şəhid olmuşdur. Ona şəhidin ailə üzvünün vəsiqəsi verilmişdir. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında AR Qanunun 1-ci maddəsinə əsasən ər-arvad, valideyn, 18 yaşma çatmamış uşaqlar, 18 yaşma çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” nün təyin olunması və ödənilməsi qaydalaennm 6-cı maddəsinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilmişdir. Göründüyü kimi, X2nun 08 noyabr 2020-ci il tarixdə İİ Qarabağ müharibəsində şəhid olmasından sonra ona verilməli olan təqaüdü də cavabdeh almışdır. Həmin təqaüdün ona çatan hissəsi cavabdehdən alınaraq ona verilməlidir. Abşeron rayon Məhkəməsində Cavabdeh qarşı xx.xx.2020-ci il tarixdən bugünə qədər 50000 manat məbləğində pulun birdəfəlik olaraq ona ödənilməsi və qətnamə icra olunanadək hər ay 200 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmalıdır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddiaçının izahatına uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilmlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron rayon Məhkəməsinin 2(012)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, X9 ilə Cavabdeh nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı uşaqların İddiaçı himayəsində olması müəyyən edilmişdir. Həmin qətnamədən görünür ki, X9 ilə Cavabdeh birgə nikahlarından 4 övladları xx.xx.2010-cu il təvəllüdlü X11, 25 avqust 2011-ci il təvəllüdlü X10, 23 sentyabr 2012-ci il təvəllüdlü X8 və 09 avqust 2017-ci il təvəllüdlü X12 anadan olmuşdur. -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-824/2024, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. -Ali Məhkəmənin Mülki Kollegiyasının 2(105)-2506/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-824/2024, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, X9 ilə Cavabdeh birgə nikahlarından 4 övladları xx.xx.2010-cu il təvəllüdlü X11, 25 avqust 2011-ci il təvəllüdlü X10, 23 sentyabr 2012-ci il təvəllüdlü X8 və 09 avqust 2017-ci il təvəllüdlü X12 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin 2(012)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilmiş, X9 ilə Cavabdeh nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı uşaqların İddiaçı himayəsində olması müəyyən edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-824/2024, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(105)-2506/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-824/2024, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixdən bugünə qədər 50000 manat pulun bir dəfəlik, qətnamə icra olunanadək hər ay 200 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında AR Qanunun: 1-ci maddəsinə əsasən, ər-arvad, valideyn, 18 yaşma çatmamış uşaqlar, 18 yaşma çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilir. 6-cı maddəsinə əsasən, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, cavabdehin dörd uşağı var və həmin uşaqlar cavabdehin himayəsindədir. Lakin iddiaçı uşaqların ikisinin onun yanında qalmasını əsas gətirərək uşaqların payına düşən şəhid müavinatının ona verilməsini tələbində göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində Cavabdeh xx.xx.2020-ci il tarixdən bugünə qədər 50000 manat pulun bir dəfəlik, qətnamə icra olunanadək hər ay 200 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etsə dəməhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi həmin halı sübuta yetirə bilməmişdir. Beləliklə, iddiaçı Cavabdeh xx.xx.2020ci il tarixdən bugünə qədər 50000 manat pulun bir dəfəlik, qətnamə icra olunanadək hər ay 200 manat pulun alınaraq ona verilməli olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-824/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X3 İddiaçı himayəsinə verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 2(012)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbli əsaslı hesab edilə bilməz, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən məhkəməyə dövlət rüsumu ödənilmədiyindən, məhkəmə hesab edir ki, həmin hissəyə qiymət verilməsi zərurəti aradan qalxmışdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3001/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3001/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver