Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-301/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maddi zərərin, əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun avtomobilinə dəymiş real maddi zərərə görə 9734 manat məbləğində pulun, 1800 manat məbləğində əldən çıxmış faydanın əvəzi, ona dəymiş 5000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı oğlunun mülkiyyətində olan **-SP-*** dövlət qeydiyyat nömrəli, 2007-ci il buraxılışlı “Hyundai Sonata minik” avtomobilini Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh 18.01.2020-ci il tarixində avtomobili idarə edərkən qəza törədərək avtomobili əzmişdir. Cavabdeh özünün yazdığı izahatında bildirir ki, həmin tarixdə saat 06:00 radələrində Bakı şəhəri, Lermontov küçəsində iddiaçıya məxsus avtomobili idarə edərkən qəfil yuxuya getdiyi üçün idarəetməni itirib, ağaca çırpılmışdır. Avtomobilə dəyən zərərin xərclərini öz üzərinə götürür. Həmçinin, Cavabdeh razılaşma yazaraq ona etibar edilən avtomobili istismar edərkən yaranmış maddi zərərin ödənilməsi üçün 300 manat pulu depozit saxlaması, maddi zərərin 300 manatdan artıq olarsa maddi zərərin tam qalan hissəsini ödəməyə razı olduğunu bildirmişdir. Belə ki, cavabdeh hadisə yerindən qaçmış və iddiaçıya heç 1 manat da olsun verməmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, iş materiallarında olan razılaşmanı o yazmamışdır. O, təzyiq altında idi və razılaşmanı oxumadan imzalamışdır. Hadisə maşını idarə edərkən olmuşdur. O, maşını təmir etmək istəmiş, onun fikrini almamamışlar. Maşın 2007-ci il buraxılışlıdır. Maşını vurduqdan sonra xəsarət almış, iddiaçı onun sağlamlığıyla maraqlanmamışdır. İddiaçı onun evini iddiaçının adına keçirməsini istəmişdir. O, bir dəfəyə pulu ödəyə bilməz, hissəhissə ödəyə bilər. Lakin, sonradan cavabdeh məhkəməyə etiraz ərizəsini göndərmiş və etiraz ərizəsində göstərmişdir ki, iddiaçının tələbi tamamilə qanunsuz və əsasızdır. Belə ki, onların aralarında avtomobilə dəymiş zərərin ödənilməsi üçün heç bir razılaşma olmamışdır. Tərəfindən belə bir öhdəlik üzərinə götürülməmişdir. Lakin iddiaçı tərəf əsassız olaraq belə bir tələblə məhkəməyə müraciət edilmişdir. Onun tərəfindən gündəlik ödəniş edilərək avtomobil idarə edilib və avtomobilin bütün xərcləri mülkiyyətçinin öz öhdəliyində olub. Bu səbəbdən də aralarında heç bir müqavilə bağlanılmamışdır. Hazırkı iş üzrə iddiaçının iddiasının təmin edilməsinin heç bir əsası yoxdur. Odur ki, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 18.01.2020-ci il tarixli yazıdan görünür ki, Cavabdeh Bakı şəhəri, Lermontov küçəsində səhər saat 06:00 radələrində «Hyundai Sonata minik» markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qəfil yuxuya getdiyi üçün idarəetməni itirib, ağaca çırpılmışdır. Maşına dəyən xərcləri öz üzərinə götürür və heç bir ittihamı, narazılığı yoxdur. İş materiallarında olan 28 dekabr 2019-cu il tarixli razılaşmadan görünür ki, Cavabdeh ona etibar edilən avtomobili istismar edərkən yaranmış maddi zərərin ödənilməsi üçün 300 manat pulu depozit saxlaması, maddi zərərin 300 manatdan artıq olarsa maddi zərərin tam qalan hissəsini ödəməyə razıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 fevral 2021-ci il tarixli, 9/5527 №-li ekspert rəyindən görünür ki, iş materiallarında olan 05.10.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı «Hyundai Sonata minik» markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrimnə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9508,0 manat müəyyən edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ekspert rəyini, işin digər materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-2848/2020 saylı, 20.10.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 fevral 2021-ci il tarixli, 9/5527 saylı ekspert rəyindən məlum olur ki, iş materiallarında olan 05.10.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı «Hyundai Sonata minik» markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrimnə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9508,0 manat müəyyən edilir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı oğlunun mülkiyyətində olan **-SP-*** dövlət qeydiyyat nömrəli, 2007-ci il buraxılışlı “Hyundai Sonata minik” avtomobilini Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh 18.01.2020-ci il tarixində avtomobili idarə edərkən qəza törədərək avtomobili əzmişdir. Cavabdeh özünün yazdığı izahatında həmin tarixdə saat 06:00 radələrində Bakı şəhəri, Lermontov küçəsində iddiaçıya məxsus avtomobili idarə edərkən qəfil yuxuya getdiyi üçün idarəetməni itirib, ağaca çırpıldığını, avtomobilə dəyən zərərin xərclərini öz üzərinə götürdüyünü bildirmişdir. Həmçinin, Cavabdeh razılaşma yazaraq ona etibar edilən avtomobili istismar edərkən yaranmış maddi zərərin ödənilməsi üçün 300 manat pulu depozit saxlaması, maddi zərərin 300 manatdan artıq olarsa maddi zərərin tam qalan hissəsini ödəməyə razı olduğunu bildirmiş və imzalamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 fevral 2021-ci il tarixli, 9/5527 saylı ekspert rəyi ilə «Hyundai Sonata minik» markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrimnə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9508,0 manat müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, «Hyundai Sonata minik» markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilə 9508,0 manat dəymiş real maddi zərərin miqdarı sübutlarla təstiqini tapdığından iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.2.maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlılarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsinə buraxır. Lakin,iddia tələbinin1800 manat məbləğində əldən çıxmış faydanın əvəzinin və iddiaçıya dəymiş 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı mötəbər və yetərincə sübutlar müəyyən edilmədiyindən məhkəmə iddia təlkəbinin həmin hissələrdə rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 16 fevral 2021-ci il tarixli, 9/5527 saylı əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 57,5 manat Cavabdeh və 42,5 manat isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 17 manat cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh **-SP-*** dövlət qeydiyyat nömrəli, 2007-ci il buraxılışlı “Hyundai Sonata minik” avtomobilinə dəymiş maddi zərərə görə 9508 manat və ödənilmiş dövlət rüsumundan 17 manat tutularaq İddiaçı verilsin. İddia tələbinin1800 manat məbləğində əldən çıxmış faydanın əvəzinin və iddiaçıya dəymiş 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 16 fevral 2021-ci il tarixli, 9/5527 saylı əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 57,5 manat Cavabdeh və 42,5 manat isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-301/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-301/2021
06.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver