Məhkəmə qərarları › İş №2(012)-3012/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3012/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3012/2020 05.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3un iştirakları ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 004A********** saylı kredit razılaşması üzrə 2100,66 manat məbləğində kredit borcu, 822,97 manat məbləğində faiz borcu və 926,39 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3850 manat məbləğində borcun, 004R********** saylı kredit razılaşması üzrə 5493,31 ABŞ dolları məbləğində kredit borcu, 7542,83 ABŞ dolları məbləğində faiz borcu və 2110,73 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 15146,87 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-ninnümayəndəsi Əhmədova Aysel Zöhrab qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki,Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2005-ci il tarixli 04L000000139 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 15000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır.Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 04L000000139S saylı sazişlə, kredit xəttinə əlavə və dəyişiklik edilərək, kredit xəttinin müddəti 235 ay müddətində, kredit xətinin məbləği 300000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli 004A********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 004A**********S saylı, xx.xx.2016-cı il tarixli, 004A**********SA saylı, xx.xx.2017-ci il tarixli, 004A**********SB saylı, xx.xx.2017-ci il tarixli, 004A**********SC saylı, xx.xx.2018-ci il tarixli, 004A**********SD saylı, xx.xx.2018-ci il tarixli, 004A**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır.Cavabdeh1 götürdüyü kredit borcundan 1899,34 manat ödəmiş, onun 2100,66 manat məbləğində kredit borcu qalmışdır.Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır.Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 441 gün üçün hesablanmış faiz borcu 822,97 manat təşkil edir.Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 441 gün üçün hesablanmış cərimə 926,39 manat təşkil edir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli 004R********** saylı kredit razılaşması əsasında 30 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2005-ci il tarixli, 004R**********S saylı, xx.xx.2016-cı il tarixli, 004R**********SA saylı, xx.xx.2017-ci il tarixli, 004R**********SB saylı, xx.xx.2017-ci il tarixli, 004R**********SC saylı, xx.xx.2018-ci il tarixli, 004R**********SD saylı, xx.xx.2018-ci il tarixli, 004R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4506,69 ABŞ dolları ödəmiş, onun 5423,31 ABŞ dolları məəbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasınn 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 472 gün üçün hesablanmış faiz borcu 7542,83 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kedit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 472 gün üçün hesblanmış cərimə 2110,73 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər.Qeyd olunanlara əsasən nümayəndə, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, borcu ödəməkdən imtina etmir. Əgər bank yeni ödəniş qrafiki hazırlasa, o, ödəniş edəcəkdir. Ona Prezidentin fərmanına düşdüyünü və pulun onun faiz bocundan silinəcəyini bildirmişlər. Ona 5493 ABŞ dolları borcu qaldığı deyilmiş, 3200 ABŞ dolları pul ödəyərsə onun borcunun silinəcəyi Bank tərəfindən ona bildirilmişdir. Onun o qədər pulu yoxdur. Axırıncı ödənişi 2018-ci ildə etmişdir. 2017-ci ilin dekabr ayında müqavilənin müddəti bitməli idi. O, əvvəllər ayaqqabı sexində işləmişdir. Borcu tam ödəmək üçün o, vaxt istəyir və 2021-ci ilin fevral ayınadək borcu bağlayacaqdır. Cavabdeh3 məhkəmə iclasında izahatında bildirdi ki, o, zamindir. Cavabdeh1 onun qardaşıdır. Bank tərəfindən yeni qrafik açılsa ödəniş edəcəklər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarından olan xx.xx.2005-ci il tarixli, 04L000000139 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 (kredit alan) arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank kredit alana 60 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarından olan xx.xx.2015-ci il tarixli, 04L000000139S saylı sazişdən görünür ki, 4.11.2005-ci il tarixli, 04L000000139 saylı kredit xətti müqaviləsinə əlavə və dəyişiklik edilərək, kredit xəttinin müddəti 235 ay müddətində, kredit xətinin məbləği 300000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarından olan xx.xx.2015-ci il tarixli, 004A********** saylı kredit razılşmasından görünür ki, Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. İş materiallarından olan xx.xx.2015-ci il tarixli 004R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 30 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2005-ci il tarixli, 04S000000102 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı bundan sonra zamin adlandırılacaq Cavabdeh3 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında xx.xx.2005-ci il tarixdə Bakı şəhərində bağlanmış 04L000000139 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, 004S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı bundan sonra zamin adlandırılacaq Cavabdeh2 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında xx.xx.2005-ci il tarixdə Bakı şəhərində bağlanmış 04L000000139 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli, 004S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı bundan sonra zamin adlandırılacaq Cavabdeh4 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında xx.xx.2005-ci il tarixdə Bakı şəhərində bağlanmış 04L000000139 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 004R********** saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə olan 5493,31 ABŞ dolları kredit borcu, 7542,83 ABŞ dolları faiz borcu, 2100,73 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 15146,87 ABŞ dolları borcu və xx.xx.2015-ci il tarixli, 004A********** saylı kredit razılaşması üzrə 2100,66 manat məbləğində kredit borcu, 822,97 manat məbləğində faiz borcu va 926,39 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3850 manat məbləğində təşkil edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2005-ci il tarixli, 04L000000139 saylı kredit xətti müqaviləsi, xx.xx.2015-ci il tarixli, 004A********** saylı kredit razılaşması və xx.xx.2015-ci il tarixli 004R********** saylı kredit razılaşmasıimzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh1 xx.xx.2005-ci il tarixli, 04L000000139 saylı kredit xətti müqaviləsi, xx.xx.2015-ci il tarixli, 004A********** saylı kredit razılaşması və xx.xx.2015-ci il tarixli 004R********** saylı kredit razılaşmasıüzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit razılaşması və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, 004A********** saylı kredit razılaşması üzrə hesablanmış 926,39 manat məbləğində cərimə pulu və 004R********** saylı kredit razılaşması üzrə hesablanmış 2100,73 ABŞ dolları cərimə borcu cavabdehin onsuzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 004A********** saylı kredit razılaşması üzrə 50 manat, 004R********** saylı kredit razılaşması üzrə isə 100 ABŞ dolları məbləğində olmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 xx.xx.2005-ci il tarixli, 04L000000139 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 öz öhdəliklərinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. CavabdehlərCavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 004A********** saylı kredit razılaşması üzrə 2100,66 manat məbləğində kreditborcu, 822,97 manat məbləğində faizborcuvə 50manatməbləğində cərimə borcuolmaqla, ümumilikdə cəmi2973,63 manat məbləğində borc, 004R********** saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə olan 5493,31 ABŞ dolları kredit borcu, 7542,83 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13136,14 ABŞ dolları borc və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq manatla borcvə ödənilmiş 30manatməbləğində dövlətrüsumunun əvəzitutularaqİddiaçı-ninxeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar