Məhkəmə qərarları › İş №2(012)-3012/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3012/2022

06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3012/2022 06.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı iştırakı ilə, İddiaçı cavabdeh Heydərov Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 06 iyun 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Heydərov Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Heydərov Cavabdeh Abşeron rayon məhkəməsinin 01 oktyabr Abşeron rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)- 4445/2018 saylı qətnaməsi dəyişdirilərək cavabdehlə birgə nikahdan anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü Heydərova Zemfıra Cavabdeh qızı və xx.xx.2009-cu il təvəllüdlü Heydərova Aylin Cavabdeh qızının saxlanılması üçün təyin olunmuş aliment miqdarının artırılaraq hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat məbləğində alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və cavabdeh Heydərov Cavabdeh arasında nikah Abşeron rayon məhkəməsinin 2(012)-5648/2017 saylı qətnaməs ilə pozulmuş və birgə nikahdan anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü Heydərova Zemfira Cavabdeh qızı və xx.xx.2009-cu il təvəllüdlü X2 iddiaçının himayəsində saxlanılmış, hər uşaq üçün 136.6 manat olmaqla cəmi 273.20 (iki yüz yetmiş üç manat iyirmi qəpik) manat məbləğində aiment tutulması qət edilmişdir. Daha sonra Abşeron rayon məhkəməsinin 2(012)-4445/2018 saylı qətnaməsi ilə alimeııt məbləği artırılaraq hər uşaq üçün 154 manat olmaqla ümumilikdə 308 manal məbləğində təyin edilmişdir. Həmin vaxtdan başlayaraq cavabdeh uşaqların saxlanılması üçün 308 manat miqdarında alimeııt ödəyir. Lakin hər iki uşaq universitetə hazırlaşır, əlavə repitilor yanına təhsil alır. Bundan başqa uşaqlar böyüyüb, bu da onların xərclərində, geyimində, istirahətində xərclərin artmasına səbəb olur. İddiaçı təkbaşına bu xərcləri qarşılaya bilmir. Dəfələrlə şikafahi qaydada cavabdehə əlavə aliment ödəməsi, qızların xərclərinin əhəmiyyətli dərəcədə artmasını bildirsə də, o qətnamədə göstərilən məbləğdən artıq aliment ödəmir. Cavabdeh övladları ilə, demək olar ki, maraqlanmır. Bəzən telefon vasitəsilə əlaqə saxlasa da atalıq vəzifələrini yerinə yetirmir, onların istirahəti, təhsili ilə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət yə qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Bundan əlavə bildirdi ki, uşaq güləş idman növü ilə məşğul olur, yarışlara gedir və cavabdehin aylıq əmək haqqı da artmışdır. Cavabdeh Heydərov Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-4445/2018 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Heydərova Zemfira Cavabdeh qızının və xx.xx.2009-cu il təvəllüdlü Heydərova Aylin Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-5648/2017 saylı. xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılmış, Heydərov Cavabdeh hər ay hər uşaq üçün 154 (yüz əlli dörd) manat olmaqla, ümumilikdə 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi, alimentin bu məbləğdə tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü Heydərova Zemfira Cavabdeh qızı və xx.xx.2009-cu il təvəllüdlü Heydərova Aylin Cavabdeh qızı doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 4 ilə yaxın müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(012)-4445/2018 saylı qətnaməsi İlə cavabdeh Heydərov Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü Heydərova Zemfira Cavabdeh qızının və xx.xx.2009-cu il təvəllüdlü Heydərova Aylin Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 154 manat, cəmi 308 manat sabit pul məbləğində sabit pul məbləğində aliment artırılaraq, hər ay, hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment müəyyən edilməli və cavabdeh Heydərov Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 66,32 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-4445/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2006-cı il təvəllüdlü Heydərova Zemfira Cavabdeh qızının və xx.xx.2009-cu il təvəllüdlü Heydərova Aylin Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər bir uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment cavabdeh Heydərov Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh Heydərov Cavabdeh 66,32 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar