Məhkəmə qərarları › İş №2(012)-3013/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3013/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3013/2020 09.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 katibliyiilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində,məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada bankın xeyrinə 005R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 769,43 manat məbləğində kredit borcu, 310,71 manat məbləğində faiz borcu və 294,34 manat məbləğində cərimə olmaqla, cəmi 1374, 48 manat, 005R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 915,63 ABŞ dolları məbləğində kredit borcu, 1069,09 ABŞ dolları məbləğində faiz borcu və 359,18 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2343,90 ABŞ dolları ümumilikdə hər iki razılaşma üzrə cəmi 12854,43 ABŞ dolları məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı ilə xx.xx.2012-ci il tarixdə bağladığı 05L000002630 saylı kredit xətti müqaviləsi əsasında 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2017-ci il tarixli 05L000002630S saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edərək kredit xətti 179 ay müddətinə 30000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2750 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 005R**********S saylı, xx.xx.2016-cı il tarixli 005R**********SA saylı, xx.xx.2016-cı il tarixli 005R**********SB saylı, xx.xx.2017-ci il tarixli 005R**********SC saylı, xx.xx.2017-ci il tarixli 005R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit borcu və faiz borcundan ibarət vəsaiti xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1980,57 manat ödəniş etmiş və onun banka 769,43 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə hesablanmış 386 gün üçün hesablanmış faiz borcu 310,71 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə hesablanmış 386 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 294,34 manat təşkil edir. Bundan başqa, Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 1,875% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2750 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 005R**********S saylı, xx.xx.2016-cı il tarixli 005R**********SA saylı, xx.xx.2016-cı il tarixli 005R**********SB saylı, xx.xx.2017-ci il tarixli 005R**********SC saylı, xx.xx.2017-ci il tarixli 005R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit borcu və faiz borcundan ibarət vəsaiti xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1834,37 ABŞ dolları ödəniş etmiş və onun banka 915,63 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bankl tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə hesablanmış 507 gün üçün hesablanmış faiz borcu 1069,09 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə hesablanmış 507 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 359,18 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. xx.xx.2012-ci il tarixdə bağladığı 05L000002630 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bağlanmış xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndə Əhmədova Aysel Zöhrab qızı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iştirak edən cavabdehlər, iddianı qismən qəbul edib, faiz və cərimə borcunun silinməsini məhkəmədən xahiş etdilər. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan kredit və zaminlik müqavilələrindən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı ilə xx.xx.2012-ci il tarixdə bağladığı 05L000002630 saylı kredit xətti müqaviləsi əsasında 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2017-ci il tarixli 05L000002630S saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edərək kredit xətti 179 ay müddətinə 300000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2750 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 005R**********S saylı, xx.xx.2016-cı il tarixli 005R**********SA saylı, xx.xx.2016-cı il tarixli 005R**********SB saylı, xx.xx.2017-ci il tarixli 005R**********SC saylı, xx.xx.2017-ci il tarixli 005R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Bundan başqa Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 1,875% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2750 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 005R**********S saylı, xx.xx.2016-cı il tarixli 005R**********SA saylı, xx.xx.2016-cı il tarixli 005R**********SB saylı, xx.xx.2017-ci il tarixli 005R**********SC saylı, xx.xx.2017-ci il tarixli 005R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2012-ci il tarixdə bağladığı 05L000002630 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bağlanmış xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2020-ci il tarixinə Cavabdeh1 İddiaçı-yə xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 769,43 manat məbləğində kredit borcu, 310,71 manat məbləğində faiz borcu və 294,34 manat məbləğində cərimə olmaqla, cəmi 1374 manat təşkil edir. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2020-ci il tarixinə Cavabdeh1 İddiaçı-yə xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 915,63 ABŞ dolları məbləğində kredit borcu, 1069,09 ABŞ dolları məbləğində faiz borcu və 359,18 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2343,9 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixinə Cavabdeh1 İddiaçı-yə xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 769,43 manat məbləğində kredit borcu, 200,62 manat məbləğində faiz borcu və 277,02 manat məbləğində cərimə olmaqla, cəmi 1247,07 manat təşkil edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2018-ci il tarixinə Cavabdeh1 İddiaçı-yə xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 915,63 ABŞ dolları məbləğində kredit borcu, 846,47 ABŞ dolları məbləğində faiz borcu və 91,56 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1853,66 ABŞ dolları təşkil edir. İddia tələbinin dəbbə puluna dair hissəsində məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə tələb edilən 277,02 manat məbləğində cərimənin məbləği azaldılaraq 27 manat, digər müqavilə üzrə 91,56 ABŞ dolları məbləğində cərimənin məbləği azaldılaraq 10 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə iddia tələbini cavabdeh zaminə münasibətdə qanuni və əsaslı hesab etmir. Belə ki, iş materiallarından göründüyü kimi xx.xx.2012-ci il tarixli 05L000002630 saylı kredit xətti müqaviləsi üzrə cavabdeh-zamin Cavabdeh2 arasında zaminlik müqaviləsi xx.xx.2012ci il tarixdə bağlanmış zaminlik müqaviləsi və həmin müqavilə xx xxxxxx 2017-ci il tarixli əlavədə müddət 179 ay göstərilmiş, lakin kreditin faiz dərəcəsi göstərilməmiş və kredit müqavilələrinə əlavə edilən faiz dərəcəsi göstərilən ödəniş qrafiki ilə zamin tanış edilməmişdir. Bundan başqa, İddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə xx xxxx 2020-ci il tarixdə müraciət etmişdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli , Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd edilir ki, Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, zaminlik müqaviləsində müqavilənin mühüm şərti kimi faiz dərəcəsi göstərilmədiyindən və iddiaçı müddət ötürülməklə məhkəməyə müraciət etdiyindən iddia tələbi zaminə münasibətdə əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh1 alınaraq İddiaçı-nin xeyrinə tutulmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 769,43 manat məbləğində kredit borcu, həmin müqavilənin müddətinin bitmə tarixinə 200,62 manat məbləğində faiz borcu və 27 manat cərimə, cəmi 997 manat 05 qəpik, xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 915,63 ABŞ dolları məbləğində kredit borcu, həmin müqavilənin müddətinin bitmə tarixinə 846,47 ABŞ dolları məbləğində faiz borcu və 10 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1772,10 ABŞ dolları pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı-nə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 769,43 manat məbləğində kredit borcu, həmin müqavilənin müddətinin bitmə tarixinə 200,62 manat məbləğində faiz borcu və 27 manat cərimə, cəmi 997 manat 05 qəpik, xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 915,63 ABŞ dolları məbləğində kredit borcu, həmin müqavilənin müddətinin bitmə tarixinə 846,47 ABŞ dolları məbləğində faiz borcu və 10 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1772,10 ABŞ dolları pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar