Məhkəmə qərarları › İş №2(012)-3015/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3015/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3015/2022 26.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək , MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nə ödədiyi 2300 manat miqdarında pulun və 44 (qırx dörd) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair (2300 manat xərc)mülki iş üzrə Abşeron rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(012)-5535/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1190 manat məbləğində pul vəsaiti və 10.3 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı verilməsi, iddia tələbi Cavabdeh "xxxx" MMC-nə ödənilən 2300 manat miqdarında pulun tutularaq İddiaçı Gülsevən oğluna ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Hazırkı iddia ərizəsinin məzmunundan da göründüyü kimi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nə ödədiyi 2300 manat miqdarında pulun və 44 (qırx dörd) manat dövlət rüsumunun tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir ki, bununla bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş qətnamə vardır. Odur ki, hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı pul və digər tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Abşeron rayon Məhkməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar