Məhkəmə qərarları › İş №2(012)-302/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-302/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-302/2022 13.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu 2161,11 ABŞ dolları, faiz borcu 2014,04 ABŞ dolları olmaqla, cəmi 4175,15 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 12-xx-xx-029910 saylı kredit muqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh şəxsi məqsədləri üçün illik 29 % olmaqla 48 ay müddətinədək 5650 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli, 12-xx-xx-029910 saylı kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 12-xx-xx-029910 saylı kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, xx.xx.2015-ci il tarixli, 12-xx-xx-029910 saylı kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. xx.xx.2015-ci il tarixli, 12-xx-xx-029910 saylı kredit müqaviləsinin 5.4.1-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 1 saylı əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. Həmin müqavilənin 5.4.5-ci bəndində əsasən cavabdeh bu müqavilənin 4.5, 4.6, 4.7-ci bəndlərində nəzərdə tutulan hallar baş verdikdə müvafiq olaraq hesablanmış cəriməni, penyanı və zərəri borc verənin nəfinə ödəməlidir. xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixinə İddiaçı ASC-yə əsas borcu 2161,11 dollar, faiz borcu 2014,04 dollar, cəmi 4175,15 dollar təşkil edir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, bankdan 2015-ci ildə 5600 ABŞ dolları məbləğində kredit götürmüşdür. Sonuncu dəfə isə 2018-ci ilin iyul ayında 1660 manat məbləğində ödəniş etmiş, borcu bağlamış və hətta banka artıq ödəniş etmişdir. Ümumilikdə isə banka 8000 ABŞ dolları ödəmişdir. Kredit müqaviləsinin müddəti 2019-cu ilin iyul ayında bitmişdir. Gecikmələrin isə ona aidiyyatı yoxdur. İddiaçı şirkət iş məhkəmənin icraatında olarkən faizləri hesablamağa davam etmişdir və hazırda qanunsuz olaraq ondan pul tələb edir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 12-xx-xx-029910 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən borclu Cavabdeh illik 29 % olmaqla 48 ay müddətinədək 5650 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli, 12-xx-xx-029910 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə olan əsas borcu 2161,11 ABŞ dolları, faiz borcu 2014,04 ABŞ dolları olmaqla, cəmi 4175,15 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2022-ci il tarixli, 9/2343 №-li ekspert rəyindən görünür ki, iş materiallarında olan arayış məlumatları, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 12-xx-xx-029910 saylı kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh ödənişləri nəzərə alınmaqla müqavilənin bitmə tarixinə, yəni xx.xx.2019-cu il tarixinə İddiaçı ASC-yə olan əsas borcu 2161,11 ABŞ dolları, faiz borcu 2014 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında xx.xx.2015-ci il tarixli, 12-xx-xx-029910 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-302/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2022-ci il tarixli, 9/2343 saylı ekspert rəyindən məlum olur ki, iş materiallarında olan arayış məlumatları, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 12-xx-xx-029910 saylı kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh ödənişləri nəzərə alınmaqla müqavilənin bitmə tarixinə, yəni xx.xx.2019-cu il tarixinə İddiaçı ASC-yə olan əsas borcu 2161,11 ABŞ dolları, faiz borcu 2014,04 ABŞ dolları müəyyən edilmiş, ekspert rəyini təkzib edəcək hər hansı bir mötəbər sübut məhkəmədə müəyyən edilmədiyindən məhkəmə həmin izahata tənqidi yanaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2015-ci il tarixli, 12-xx-xx-029910 saylı kredit müqaviləsinin üzrə cavabdeh (borcalan) Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini kredit müqaviləsinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2022-ci il tarixli, 9/2343 saylı ekspert rəyini də nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borcu 2161,11 ABŞ dolları, faiz borcu 2014,04 ABŞ dolları olmaqla, cəmi 4175,15 ABŞ dolları borc və ya Mərkəzi Bankın ödəniş gününə müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 26 aprel 2022-ci il tarixli, 9/2343 saylı mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab- AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh əsas borcu 2161,11 ABŞ dolları, faiz borcu 2014,04 ABŞ dolları olmaqla, cəmi 4175,15 ABŞ dolları borc və ya həmin məbləğin ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun manatla borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 26 aprel 2022-ci il tarixli, 9/2343 saylı mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab- AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar