Məhkəmə qərarları › İş №2(012)-3021/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3021/2021

20.04.2021 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Mənzil mübahisələri - Digər - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3021/2021 20.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X1 Səfiyeva İddiaçı İddiaçı MTK-nın Cavabdeh qarşı arayışın ləğvi, pul tələbi və mənzildən çıxarılma tələbi barədə iddia ərizəsinə 20 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı İddiaçı MTK Cavabdeh qarşı arayışın ləğvi, pul tələbi və mənzildən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəni və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə görə məhkəməyədək nizama salmaya riayət edilməd yindən iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlər arasında iddiaçının pretenziya qaydasına riayət etməsini göstərən hər hansı bir sübut yoxdur. Qeyd edilənlərə əsasən, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya ilkin olaraq Cavabdeh tərəflər arasında bağlanan müqavilənin ləğvi barədə müraciət etməsi izah edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı İddiaçı MTK-nın Cavabdeh qarşı arayışın ləğvi, pul və mənzildən çıxarılma barədə iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya ilkin olaraq Cavabdeh tərəflər arasında bağlanan müqavilənin ləğvi barədə müraciət etməsi izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar