Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3859/2021 17.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 10, 24 saylı mənzilə dair Cavabdeh ilə aralarında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin ləğv edilməsi və onun həmin mənzildən çıxarılaraq boş vəziyyətdə İddiaçınə təhvil verilməsi, müqavilə öhdəliyini vaxtında və lazımınca yerinə yetirmədiyinə görə Cavabdeh 2.000 (iki min) manat dəbbə pulunun alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Satıcı” qismində İddiaçı, “Alıcı” qismində Cavabdeh arasında 21 fevral 2019-cu il tarixli müqavilə bağlanmış və sonuncuya ilkin ödənişli, daha sonra müəyyən müddət ərzində mənzilin tam dəyərinin ödənilməsi şərtilə mənzil satılmışdır. Sözügedən müqavilənin 2.2.1-ci maddəsinə əsasən satıcıya məxsus yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106,06 kv.m-dən ibarət olan 2 otaqlı, 24 saylı mənzilin hər kvadrat metri 550 (beş yüz əlli) manata, cəmi 58.333 (əlli səkkiz min üç yüz otuz üç) manat olmaqla satılması barədə razılıq olmuşdur. Müqavilənin 2.2.2-ci maddəsinə əsasən “Alıcı” ilkin ödənişi ödədikdən sonra ümumi məbləğin 100%-ni 12 ay ərzində ödəməyi öhdəsinə götürmüş, müqavilədə göstərilən qalan məbləğ tam ödənildikdən sonra isə mənzilin “Alıcı”nın xüsusi mülkiyyətinə keçməsi nəzərdə tutulmuşdur. Cavabdeh bu vaxta kimi müqavilənin həmin maddəsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, aldığı mənzilə görə 35.000 (otuz beş min) manat ödəniş etmiş, qalan 23.333 (iyirmi üç min üç yüz otuz üç) manatı isə ödəməkdən müxtəlif vasitələrlə yayınmışdır. Cavabdehlə mənzil alqısatqısına dair bağlanmış həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müəyyən olunmuş müddətdə - 12 ay ərzində “Alıcı” mənzilin tam dəyərini təşkil edən məbləği ödəmədikdə və ya mənzildən imtina etdiyi halda “Satıcı” müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir. Bu halda “Alıcı” “Satıcı”ya hər bir gecikdirilmiş gün üçün müqavilə qiymətinin 0,1% məbləğində cərimə ödəyir, mənzil “Satıcı” tərəfindən satışa çıxarılır. Mənzil satıldıqdan sonra “Alıcı”nın ödədiyi məbləğ nağd və ya poçt vasitəsi ilə ona geri qaytarılır. Cavabdehə dəfələrlə edilmiş şifahi müraciətlərə baxmayaraq o, ödəniş etməkdən yayınmış və bu hal iddiaçı tərəfindən müqavilə öhdəliyinin icrasından imtina hesab edilmişdir. Buna görə də 23 fevral 2021-ci il tarixdə cavabdehə rəsmi bildiriş göndərilərək onunla bağlanmış müqavilənin ləğv edilməsi barədə məlumat verilmişdir. Hansı ki, bu vaxta qədər cavabdeh həmin bildirişə heç bir reaksiya verməmiş və mənzili iddiaçıya təhvil verməmişdir. Hazırda cavabdehin qanunsuz istifadəsində olan mənzil adı çəkilən müqavilənin 3.1-ci maddəsinə əsasən satışa çıxarılmış, lakin boş olmadığı üçün satış problemi yaranmışdır. Hansı ki, mənzil satıldıqdan sonra cavabdehin ilkin olaraq ödədiyi vəsait özünə qaytarılacaqdır. Ona görə də, iddiaçı mülkiyyət hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə prosesi zamanı iddiaçının nümayəndəsi Vəkil2 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı hazırki iddia tələbi ilə bağlı Bakı şəhəri 6 saylı Vəkil Bürosuna müraciət etmiş və hüquqi yardıma görə 300 manat ödəmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 iddianı müdafiə edib, iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizədə yazılanlara uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, cavabdeh imkanı olduğu halda, ödənişləri etməmişdir. İmkanı olmasa idi, iddiaçıdan aldığı mənzili təmir etdirib hazırda orda yaşamazdı. Sadəcə ödənişləri ödəmək istəməmiş və ödəməmişdir. Müqavilə bağlanan tarixdən 1 il ərzində cavabdeh iddiaçı təşkilata heç bir ödəniş ödəməmişdir. Pulun ödənilməsi barədə dəfələrlə cavabdehə xəbərdarlıq olunmuş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdehin ödədiyi 5.000 manat məbləğində pul bank hesabında qalır. İddiaçı bundan bir müddət əvvəl də 10.000 manat ödəniş ödəmişdir. Həmin məbləği təmsil etdiyi təşkilat bank vasitəsi ilə geri qaytarmışdır. Əgər mənzilin təmirinə çəkilən xərc tələb olunsa, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən mənzil satışa çıxarılacaq, satıldıqdan sonra ödənəcək. Digər tərəfdən tərəflər arasında müqavilə olmuşdur. Cavabdeh tərəf özü müqaviləni imzalamışdır. Bu səbəbdən də müqavilə şərtləri cavabdeh tərəfindən icra edilməli idi. Müqavilə təmsil etdiyi təşkilat tərəfindən birtərəfli şəkildə ləğv edilmişdir. Bu barədə 20 fevral 2021-ci il tarixdə cavabdehə bildiriş verilmişdir. 1 ay sonra isə müqavilə ləğv edilmişdir. Digər tərəfdən cavabdehə mənzil təmsil etdiyi təşkilat ilə aralarındakı münasibətə görə güzəştli şərtlərlə satılmışdır. Razılaşma olsa təmsil etdiyi təşkilat cavabdeh ilə yeni müqavilə də bağlaya bilər. Belə ki, mənzil təmsil etdiyi təşkilat tərəfindən satışa çıxarılacaq və razılaşma əsasında mənzilin dəyəri ödəniləcəkdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki,cavabdeh tərəfindən ödənişlər ödənilsə də, iddiaçı təşkilat tərəfindən qəbul edilməmişdir. Belə ki, cavabdeh tərəfindən 17 iyun 2021-ci il tarixdə 5.000 (beş min) manat və 01 iyul 2021-ci il tarixdə 1.000 (min) ödənilmişdir. Artıq cavabdeh tərəfindən ümumilikdə mənzilə görə 41.000 manat pul vəsaiti iddiaçı təşkilata ödənilmişdir. Tərəflər arasında müqavilə var və müqavilə öhdəliyini cavabdeh yerinə yetirərək ödənişləri ödəyir. Qalan məbləği də tam olaraq ödəməyə hazırdır.Bu səbəbdən də müqavilənin ləğv edilməsinə razı deyildir. Bundan başqa, qeyd edir ki, cavabdehin oğlu Elvin Yusubov ilə iddiaçı təşkilat arasında iş birliyi olmuşdur. Elvin Yusubov iddiaçı təşkilata tikinti materialları vermişdir. X5 2020-ci il tarixdə iddiaçı təşkilatda satış üzrə menecer işləmişdir. Mübahisəli mənzil cavabdehə güzəştlə satılmışdır.Cavabdeh mənziliu təmir edib ailəsi ilə birlikdə orada yaşayır.Mənzilin təmiri ilə bağlı və sonradan məlum pandemeyi ilə əlaqədar cavabdehin maddi imkanı müqavilə üzrə razılaşdırılmış öhdəliyi vaxtında yerinə yetirməyə imkan verməmişdir. Hazırda göründüyü kimi mənzilin qaln borcundan artıq 6000 manat ödənilmişdir və qalan borcuda bu yaxınlarda tam olaraq ödəməyə hazırdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan “Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, “Satıcı” Xırdalan şəhəri, Quba-Bakı magistiralının qərbində inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının bina 2, 4-cü mərtəbədə 24 saylı mənzili “Alıcı”ya satmağı, “Alıcı” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci bəndinə görə “Alıcı” yuxarıda göstərilən yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 106.6 kv.m-dən ibarət olan, 2 otaqlı, 24 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 550 (beş yüz əlli) manat olmaqla, cəmi 58.333 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.2-ci bəndinə görə “Alıcı” ilkin ödənişi ödədikdən sonra, ümumi məbləğin 100%-ni bağlanmış müqaviləyə əsasən 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən qalan məbləğ tam ödənildikdən sonra mənzil “Alıcı”nın şəxsi mülkiyyətinə keçir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunmuş müddətdə “Alıcı” pulu ödəmədikdə və ya mənzildən imtina etdiyi halda “Satıcı” müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir. Bu halda “Alıcı” “Satıcı”ya hər bir gecikdirilmiş gün üçün müqavilə qiymətinin 0,1 % məbləğində cərimə ödəyir. Mənzil isə satışa çıxarılır satıldıqdan sonra qalan məbləğ nağd və ya poçt vasitəsi ilə “Alıcı”ya geri qaytarılır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş arayışın müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh 21.02.2019-cu il tarixində İddiaçı MMC-yə məxsus 2 saylı yaşayış binasının 4-cü mərtəbəsində 2 otaqlı 24 saylı mənzilin 106,06 kv.m yaşayış sahəsinin 58333 manat dəyərindən 30000 manatını ödəmişdir. İş materiallarında olan 17 iyun 2021-ci il tarixli qəbzin surətindən görünür ki, X3 tərəfindən 17 iyun 2021-ci il tarixdə Cavabdeh adına Xırdalan şəhəri, Quba-Bakı magistralının qərbində yerləşən bina 2, mənzil 24 (4-cü mərtəbə, 2 otaqlı, 106,06 kv.m) alışı üçün qalıq borcun ödənişi olaraq İddiaçı hesabına 5.000 manat ödəmişdir. İş materiallarında olan 01 iyul 2021-ci il tarixli qəbzin surətindən görünür ki, X3 tərəfindən 01 iyul 2021-ci il tarixdə Quba-Bakı magistralının qərbində inşa ediləcək yüksək mərtəbəli binanın 2-ci binası, 4-cü mərtəbə, 24 saylı mənzilin qalıq ödənişi olaraq İddiaçı hesabına 1.000 manat ödəmişdir. İş materiallarında olan 25.05.2021-ci il tarixli ödənişin surətindən görünür ki, İddiaçı tərəfindən 25.05.2021-ci il tarixdə 6 saylı Vəkil Bürosunun hesabına 25.05.2021-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında 842 saylı müqaviləyə əsasən 300 manat ödənilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 21 fevral 2015-ci il tarixli müqavilə bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mənzili cavabdehə satmağı öhdəsinə götürmüşdür. İşin materiallarından və proses iştirakçılarının izahatlarından müəyyən edilir ki, cavabdeh müqavilə ilə üzərinə mənzilin müəyyən edilmiş ümumi dəyəri olan 58.333 manatı ilkin ödəniş ödədikdən sonra 12 ay müddətinə ödəməklə mənzilin tam dəyərini ödəməyi öhdəsinə götürsə də, cəmi 36.000 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh mənzili təmir edərək ailəsi ilə birlikdə hazırda orada yaşayır.Hazırda qalan borcunu tam olaraq ödəməyə razıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə işin müəyyən edilən halılarına hüquqi qiymət verərək iddia tələbinin müqavilənin ləğv edilməsi və mənzilin boşaldılması hissəsini əsaslı və ədalətli hesab etmədiyindən bu hissədə iddianın rədd edilməsini lazım bilir. Məhkəmə iddia tələbinin “müqavilə öhdəliyini vaxtında və lazımınca yerinə yetirmədiyinə görə Cavabdeh 2.000 (iki min) manat dəbbə pulunun alınaraq İddiaçınə verilməsi” hissəsi ilə əlaqədar aşağıdakılar qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulunun tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 400 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə iddia tələbinin “vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən bu hissədə iddia qismən təmin edilməli, hüquqi yardım üçün 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30 manat dövlət rüsumunun 10 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəbbə puluna görə 400 manat, hüquqi yardım üçün 100 manat, 10 manat dövlət rüsumuna görə pul, cəmi 510 manat alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3859/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3859/2021
17.08.2021 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Mənzil mübahisələri - Digər - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver