Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3022/2021 13.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı Absheron-City-2014 MTK-nın nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Absheron-City-2014 MTK-nın Cavabdeh qarşı müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi, ödənilmiş pul vəsaitinin geri qaytarılması və cavabdehin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Absheron-City-2014 MTK Cavabdeh qarşı müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi, ödənilmiş pul vəsaitinin geri qaytarılması və cavabdehin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh arasında bağlanılmış Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında yerləşən Absheron-City- 2014 MTK-ya məxsus yaşayış kompleksinin 4-cü binasının, 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, 3A saylı mənzilə dair 01.05.2018-ci il tarixli Mənzil tikintisi haqqında müqavilənin və bütün maliyyə arayışlarının ləğv edilməsi, Cavabdeh Absheron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 4-cü binasının, 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, 3A saylı mənzilindən çıxarılması, Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında yerşən Absheron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 4-cü binasının, 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, 3A saylı mənzilin digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 43300 manat pul vəsaitinin 10 faizini saxlamaq şərtilə Cavabdeh geri qaytarılması, iddiaçı tərəfindən ödənişmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddiaçı Absheron-City-2014 MTK-ya dəymiş 30000 manat maddi və 30000 manat mənəvi ziyanın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Absheron-City-2014 MTK-nın nümayəndəsi X11 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə iddiaçı Absheron-City- 2014 MTK arasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının 495 saylı 11.10.2014-cü il tarixli sərəncamına əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında iddiaçı Absheron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 4-cü binasının, 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, 3A saylı mənzilə dair 01.05.2018-ci il tarixli Mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 3.3, 3.4, 3.5 və 3.6-cı bəndlərinə əsasən mənzilin ümumi dəyəri 50400 manat, ilkin ödəniniş 22599 manat, aylıq ödəniş 695 manat, kreditin müddəti 40 ay təşkil edir. Müqavilənin 3.5-ci bəndində göstərilən öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilmədiyi və lazımınca yerinə yetirilmədiyi üçün cavabdehin 01.04.2021-ci il tarixə 3625 manat borcu yaranmışdır. Bununla yanaşı, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdehə 1043 manat dəbbə pulu hesablanmışdır. Borcun və dəbbə pulunun ödənilməsi məqsədi ilə cavabdehlə telefon vasitəsilə dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq qeyd edilən borc məbləği və dəbbə pulu ödənilməmişdir. 01.05.2018-ci il tarixli Mənzil tikintisi haqqında müqavilə vaxtından əvvəl ləğv edilməlidir. Həmçinin cavabdehdə qalan bütün maliyyə arayışları ləğv edilməklə yanaşı ödənilmiş 43300 manat vəsait geri qaytarılmalıdır. Absheron-City-2014 MTK yaşayış kompleksində çoxmərtəbəli binaların inşasının davam etdirilməsi – cavabdehin (payçıların) ödənişindən birbaşa asılıdır. Cavabdehdən (payçılardan) qrafik əsasında vəsait daxil olmadığı halda lazımi mal-materiallarından alınması mümkün olmur, nəticədə isə binalarda tikinti işləri iflic vəziyyətə düşür və MTK maddi və mənəvi ziyana məruz qalır. Bundan başqa müqavilə bağlandığı müddətdən bugünə qədər manatın iki dəfə devalivasiyası baş vermişdir. Cavabdeh öhdəliyini yerinə yetirmədiyindən MTK-nı maddi və mənəvi ziyana məruz qoymuşdur. Cavabdehin müqavilənin şərtini pozması əhəmiyyəti pozuntu sayılır, belə ki, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Buna görə də sözügedən müqavilə və bütün maliyyə arayışları vaxtından əvvəl ləğv edilməlidir. Belə ki, qeyd edilən müqavilənin 5.5-ci bəndinə görə Payçı tərəfindən ardıcıl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş 10 gündən artıq müddətdə gecikdirildikdə və ya aylıq ödəniş 2 ay ərzində ödənilmədikdə MTK-nın Payçıya rəsmi xəbərdarlıq təqdim etmək şərti ilə bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ vardır. Bu halda müqavilə ilə sənədləşdirilmiş mənzil digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 10 faizi saxlanılmaq şərti ilə Payçının ödədiyi məbləğ ona qaytarılır. Hazırda cavabdehin MTK-ya 7000 manata yaxın borcu vardır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının (bundan sonra Konstitutsiyası adlanacaq): 60-cı maddənin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddənin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Mülki Prosessual Məcəllənin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərirıin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; -Absheron-City-2014 MTK ilə Cavabdeh arasında bağlanılmış 01.05.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, İcraçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının 495 saylı 11.10.2014-cü il tarixli sərəncamına əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi 4-cü blok, 1-ci mərtəbə yerləşən 3 otaqlı, 3A saylı mənzili bir pay kimi Payçıya verməyi, Payçı isə ümumi sahəsi 80 kv.m olan mənzilin 1 kv.m üçün 630 manat olmaqla, ümumi 50400 manat pulu ilkin 22599 manat, aylıq 695 manat olmaqla 40 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 11.10.2014-cü il tarixli, 495 saylı sərəncamının surətindən görünür ki, Absheron-City-2014 MTK-ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* saylı çıxarış ilə mülkiyyətində olan Saray qəsəbəsi ərazisində yerləşən 3,88 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən, xidmət, ticarət və istirahət obyektlərindən ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. -Abşeron-City-2014 MTK-nın maliyyə arayışlarından görünür ki, payçı Cavabdeh mənzilin pay dəyərindən 10.03.2018-ci il tarixdə 550 manat, 01.05.2018-ci il tarixdə 22599 manat, 14.06.2018-ci il tarixdə 695 manat, 14.10.2018-ci il tarixdə 1000 manat, 11.11.2018-ci il tarixdə 350 manat, 26.11.2018-ci il tarixdə 460 manat, 29.11.2018-ci il tarixdə 800 manat, 09.12.2018-ci il tarixdə 700 manat, 003201 saylı maliyyə arayışına əsasən 700 manat, 05.01.2019-cu il tarixdə 700 manat, 07.03.2019-cu il tarixdə 600 manat, 12.05.2019-cu il tarixdə 500 manat, 13.06.2019-cu il tarixdə 700 manat, 12.07.2019-cu il tarixdə 626 manat, 17.08.2019-cu il tarixdə 750 manat, 10.09.2019-cu il tarixdə 709 manat, 03.11.2019-cu il tarixdə 800 manat, 11.11.2019-cu il tarixdə 1000 manat, 18.12.2019-cu il tarixdə 711 manat, 05.01.2020-ci il tarixdə 650 manat, 26.02.2020-ci il tarixdə 700 manat, 15.03.2020-ci il tarixdə 600 manat, 13.04.2020-ci il tarixdə 600 manat, 17.05.2020-ci il tarixdə 700 manat, 11.06.2020-ci il tarixdə 1300 manat, 13.08.2020-ci il tarixdə 700 manat, 20.10.2020-ci il tarixdə 1300 manat, 17.11.2020-ci il tarixdə 700 manat, 16.12.2020-ci il tarixdə 700 manat, 22.02.2021-ci il tarixdə 400 manat ödəniş etmişdir. -01.04.2021-ci il tarixli, 38/1 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh MTK-ya borcu olması, onun ödənilməsi əks halda müqavilənin ləğvi üçün məhkəməyə müraicət ediləcəyi barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Xəbərnamənin surətindən görünür ki, Cavabdeh adına Absheron-City-2014 MTK-nın verdiyi xəbərdarlıq məktubu 26.04.2021-ci il tarixdə Cavabdeh tərəfindən imza edilərək qəbul edilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X2 haqqında şəhadətnamənin surətindən görünür ki, Abşeron-City-2014 MTK ********** VÖEN ilə 30.09.2014-cü ildə qeydiyyata alınmış, hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən "xxxx" prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Abşeron-City-2014 MTK-nın üzvlərinin yığıncağının 02.10.2014-cü il tarixli qərarından görünür ki, Abşeron-City-2014 MTK-nın yeni baş direktoru X8, üzvləri X6, X8, X7, X9, X5 təyin edilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron-City-2014 MTK ********** VÖEN nömrəsi ilə təşkilati hüquqi forması Kooperativ olmaqla 30.09.2014-cü il tarixdə qeydiyyata alınmış, **********195000 nömrəsi ilə 08.10.2014-cü il tarixdə çıxarış verilmiş, hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən "xxxx" prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Asan3 tərəfindən verilmiş 10.07.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh Füzuli şəhəri, Xanlar küçəsi 114 saylı evin 31 saylı mənzilində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Absheron-City-2014 MTK ilə Cavabdeh arasında 01.05.2018-ci il tarixdə Absheron-City-2014 MTK Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında inşa etdiyi yaşayış kompleksinin 7-ci blok, 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, 3A saylı mənzilini Cavabdeh verməyi öhdəsinə götürmüş və müqavilə üzrə öhdəliyini yerinə yetirmişdir. Cavabdeh sözügedən müqavilə ilə öhdəliklərini ilkin ödəniş 22599 manat, aylıq ödəniş 695 manat olmaqla öncədən yerinə yetirmiş, lakin sonradan ödənişləri dayandırmışdır. Bununla əlaqədar iddiaçı Absheron-City-2014 MTK tərəfindən Cavabdeh 01.04.2021-ci il tarixli, 38/1 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) : 324.1 maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2 maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 389.1 maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2 maddəsinə görə müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3 maddəsinə görə bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Aztelekom” İstehsalat Birliyinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 04.02.2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.07.2004-cü il tarixli Qərarına göstərilir ki, “... Mülki hüquq və vəzifələrin yaranması üçün əsaslardan biri əqdlərdir. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin növlərindən biri kimi çıxış edən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır...”. Mülki işin materiallarından göründüyü kimi tərəflər arasında münasibətlər müqavilə əsasında formalaşmış, cavabdeh könüllü olaraq bağlamış olduğu müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Mülki Məcəllənin 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. “X1 üçün UNİDROİT Prinsiplərinin” 7.1.7-ci maddəsinə əsasən müqavilənin icra edilməməsi o halda üzrlü hesab olunur ki, icraçı icra edilməmənin səbəbinin nəzarət edə bilmədiyi maneə ilə əlaqədar olmasını və müqavilə bağlanarkən maneənin ağlabatan formada nəzərə alınmasının, qarşısının alınmasının və nəticələrinin aradan qaldırılmasının mümkün olmadığını sübut etsin. Maneə müvəqqətidirsə, yalnız bu halda müqavilənin icrasına maneə olan təsir məqbul hesab olunan müddət üçün əsaslı hesab olunacaq. Əlavə olaraq məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun 24.12.2014-cü il tarixli qərarında göstərilir ki, “... Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun...”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi müəyyənlik prinsipinə dair formalaşdırdığı hüquqi mövqedən görünür ki, bu prinrip hüququn ali prinsiplərindəndir. Yuxarıda istinad edilən Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarı kredit müqaviləsi ilə bağlı olmasından asılı olamayaraq, məhkəmə hesab edir ki, bu müqavilə azadlığı sahəsində hüquqi müəyyənlik prinsipi, yəni müqavilənin mümkün qədər aydın olması və sadə şəkildə tərtibi bütün növ müqavilələr üzrə keçərilidir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki işin materiallarında olan tərəflər arasında bağlanılmış 01.05.2018-ci il tarixli müqavilənin 5.3-cü bəndinə görə “Payçı” qeyd olunan son ödəniş müddəti bitdikdən sonra mənzilin dəyərini tam ödəməzsə, mənzilin qiymətinə yenidən baxılır və yerdə qalan borc məbləği “Payçı” tərəfindən qeyri-şərtsiz həmin günə olan kvadrat metri bazar qiymətinə uyğun ödənilir. Tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinin məzmunundan görünür ki, tərəflər müqavilə bağlayarkən müqavilədə nəzərdə tutulmuş son müddətin bitməsindən sonra belə “Payçı”nın, yəni hazırki iddia üzrə cavabdehin mənzilin dəyərini tam ödəməməsi riski ilə bağlı hissədə müvafiq şərt müəyyən etmişlər. Bu şərt mənzilin qiymətinə yenidən baxılması ilə əlaqədar olan hissədir. Bu bənd eyni zamanda tərəflərin öncədən öhdəlik üzrə müvafiq gecikmənin mövcud olma ehtimalını tərəflərin öncədən nəzərə alması anlamına gəlir. Eyni zamandan sözegedən müqavilənin 5.5-ci bəndinə görə bu müqavilənin 5.1, 5.2 və 5.3-cü bəndlərində qeyd olunan hallar baş verərsə “Payçı” mənzilin yeni qiymətlə almaqdan və cərimə ödəməkdən imtina edərsə, üzvlükdən çıxmaq istəyərsə və ya onun tərəfindən ardıcıl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş 10 gündən artıq müddətdə gecikdirilərsə və ya aylıq ödəniş 2 ay ərzində ödənilməzsə “Şirkətin” “Payçıya” rəsmi bildiriş vemrək şərtilə bu müqaviləni vaxtından əvvəl pozmaq hüququ vardır. Bu halda müqavilə ilə sənədləşdirilmiş mənzil, digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 10 faizi saxlanılmaq şərtilə “Payçının” ödədiyi məbləğ ona qaytarılır. Müqavilənin 5.5-ci bəndindən göründüyü kimi tərəflər ödəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi halına dair iki müxtəlif razılaşma əldə etmişlər ki, bunlardan biri mənzilin yeni qiymətlə “Payçı” tərəfindən alınması və cərimənin ödənilməsi, digəri isə arıdıcl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödənişin 10 gündən artıq müddəyə gecikdirilməsi və ya aylıq ödənişin 2 ay ərzində ödənilməməsi halında “Şirkətin” rəsmi bildiriş vermək şərtilə müqaviləni vaxtından əvvəl pozmaq hüququnun olmasıdır. Göründüyü kimi tərəflər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halında bir-biri ilə uzlaşmayan iki müxtəlif razılaşmaya gəlmişlər. Məhkəmə hesab edir ki, bu hal müqavilə tərəflərində nəzərə tutulan yuxarıdakı halın baş verməsi halında müxtəlif yanaşmanın yaranmasına səbəb olmuşdur. Müqavilə şərtlərinin qeyri-dəqiq ifadə edilməsi, yəni iki müxtəlif variantın mövcudluğu hazırki halda müqalənin ləğv edilməsi hissəsində iddia tələbinin rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli 4 saylı qərarının Qərarın 1-ci bəndinə göstərilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. İddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvercilik maddi ziyan ( MM 21-ci maddə), mənəzi ziyan (MM 23-cü maddə) və dəbbə (cərimə, penya) anlayışlarını bir-birindən fərqləndirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenimunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli qərarında göstərilir ki, “... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür...”. Mülki Məcəllənin: 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki işin materiallarında olan 01.05.2018-ci il tarixli müqavilənin 5.2-ci bəndinə görə “Payçı” aylıq ödənişi 5 gündən artıq gecikdirdikdə, mənzilin aylıq ödəniləcək məbləğindən hər gecikdirilmiş gün üçün 1% məbləğində cərimə tətbiq olunur. İddia tələbindən göründüyü kimi iddiaçı məhkəmədən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə cavabdehdən müqavilədə nəzərdə tutulmuş dəbbə (cərimə) pulunun deyil, məhz maddi zərərin alınaraq, ona verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəf ona dəymiş maddi ziyanın mövcudluğunu sübutetməli və bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməli idi. Sözügedən maddənin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı tərəf ona maddi zərərin – real zərərin dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14.05.1999-cu il tarixli 7 nömrəli Plenium Qərarında göstərilir ki, “... 3. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir... Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır...”. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 03.11.2008-ci il tarixli, 7 nömrəli Qərarının 1-ci bəndinə göstərilir ki, “... “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər... 3. ...Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər...”. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 23.6-cı maddəsinə görə bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Məhkəmə qeyd edir ki, hüquqi şəxslərə münasibətdə mənəvi ziyanın tələbi üçün zəruri halların mövcudluğu Mülki Məcəllənin 23.6-cı maddədə aşkar göstərilmişdir. Hazırki mülki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlıdır. Belə olan halda iddiaçının Mülki Məcəllənin 23.6-cı bəndində göstərilən halların olmaması vəziyyətində mənəvi ziyanın tələb edilməsi əsassız və qanunsuzdur. Ədаlət mühаkiməsinin həyаtа keçirilməsi zаmаnı “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа” Аvrоpа Kоnvensiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi presedentlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 30 mаrt 2006-cı il tаrixli qərаrındа göstərilir ki, Аzərbаycаn Respublikаsı “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа” Аvrоpа Kоnvensiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа etmiş dövlət kimi 2002-ci il аprel аyının 15dən Kоnvensiyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələləri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Respublikаsı Kоnvensiyаnı rаtifikаsiyа etdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvensiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin etməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvensiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvensiyаnı rаtifikаsiyа etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 18.03.2019-cu il tarixli Qərarında deyilir ki, “... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir”. İş materiallarında olan 02.12.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Absheron-City-2014 MTK-nın Cavabdeh qarşı müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi, ödənilmiş pul vəsaitinin geri qaytarılması və cavabdehin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3022/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3022/2021
13.07.2021 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Mənzil mübahisələri - Digər - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver