Məhkəmə qərarları › İş №2(012)-3674/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3674/2021

20.10.2021 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Mənzil mübahisələri - Digər - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3674/2021 20.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzil tikintisi haqqında müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi, ödənilmiş vəsaitin geri qaytarılması və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzil tikintisi haqqında müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi, ödənilmiş vəsaitin geri qaytarılması və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MTK ilə xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Saray qəsəbəsi, Masazır- Novxanı şossesi ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksinin 2-ci binasının, sonuncu mərtəbəsində yerləşən 1 otaqlı, mənzil-mansarda dair 28 yanvar 2019cu il tarixli «Mənzil tikintisi haqqında müqavilə»nin və bütün maliyyə arayışlarının ləğv edilməsi, Cavabdeh "xxxx" MTK-ya məxsus yaşayış kompleksinin 2-ci binasının, sonuncu mərtəbəsində yerləşən 1 otaqlı, mənzil-mansardan çıxarılması, Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksinin 2-ci binasının, sonuncu mərtəbəsində yerləşən 1 otaqlı, mənzil-mansard digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 5300 (beş min üç yüz) manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə Cavabdeh geri qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddiaçı "xxxx" MTK-ya dəymiş 30 000 (otuz min) manat məbləğində maddi və 30 000 (otuz min) manat mənəvi ziyanın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MTK arasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının 495 saylı 11.10.2014-cü il tarixli Sərəncamına əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında iddiaçı "xxxx" MTK-ya məxsus yaşayış kompleksinin 2-ci binasının, sonuncu mərtəbəsində yerləşən 1 otaqlı, mənzil-mansarda dair 28 yanvar 2019-cu il tarixli «Mənzil tikintisi haqqında müqavilə» bağlanmışdır. Müqavilənin 3.3, 3.4, 3.5 və 3.6-cı bəndlərinə əsasən mənzilin ümumi dəyəri 18500 (on səkkiz min beş yüz) manat, ilkin ödəniş 5000 (beş min) manat, aylıq ödəniş 338 (üç yüz otuz səkkiz) manat, kreditin müddəti 40 ay təşkil edir. Müqavilənin 3.5-ci bəndində göstərilən öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilmədiyi və lazımınca yerinə yetirilmədiyi üçün cavabdehin 01.04.2021-ci il tarixə 8474 (səkkiz min dörd yüz yetmiş dörd) manat məbləğində borcu yaranmışdır. Bununla yanaşı, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdehə 2527 (iki min beş yüz iyirmi yeddi) manat məbləğində dəbbə pulu hesablanmışdır. Borcun və dəbbə pulunun ödənilməsi məqsədi ilə cavabdehlə telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq qeyd edilən borc məbləği və dəbbə pulu ödənilməmişdir. 28 yanvar 2019-cu il tarixli «Mənzil tikintisi haqqında müqavilə» vaxtından əvvəl ləğv edilməlidir. Həmçinin, cavabdehdə qalan bütün maliyyə arayışları ləğv edilməklə yanaşı ödənilmiş 5300 (beş min üç yüz) manat məbləğində vəsait geri qaytarılmalıdır. Qeyd etməyi zəruri hesab edirik ki, "xxxx" MTK yaşayış kompleksində çoxmərtəbəli binaların inşasının davam etdirilməsi - Cavabdehin (Payçıların) ödənişindən birbaşa asılıdır. Cavabdehdən (Payçılardan) qrafik əsasında vəsait daxil olmadığı halda, lazımi mal-materialların alınması mümkün olmur, nəticədə isə binalarda tikinti işləri iflic vəziyyətə düşür və MTK maddi və mənəvi ziyana məruz qalır. Bundan başqa, müqavilə bağlandığı müddətdən bu günə qədər manatın iki dəfə devalvasiyası baş vermişdir. Göründüyü kimi, cavabdeh X1 öhdəliyini yerinə yetirmədiyindən MTK-nı maddi və mənəvi ziyana məruz qoymuşdur. Cavabdehin müqavilənin şərtini pozması əhəmiyyətli pozuntu sayılır, belə ki, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Buna görə də, sözügedən müqavilə və bütün maliyyə arayışları vaxtından əvvəl ləğv edilməlidir. Həmçinin, qeyd edilən müqavilənin 5.5-ci bəndinə görə “payçı” tərəfindən ardıcıl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş 10 gündən artıq müddətdə gecikdirildikdə və ya aylıq ödəniş 2 ay ərzində ödənilmədikdə Mənzil Tikinti Kooperativinin “payçı”ya rəsmi xəbərdarlıq təqdim etmək şərti ilə bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ vardır. Bu halda müqavilə ilə sənədləşdirilmiş mənzil digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 10 faizi saxlanılmaq şərti ilə “payçı”nın ödədiyi məbləğ ona qaytarılır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə baxışı iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, müqavilənin ləğv edilməsinə etiraz etmədiyini, iddia tələbinin pul hissəsini qəbul etmədiyini bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış AC seriyalı 000753 nömrəli 28 yanvar 2019-cu il tarixli mənzil tikintisi haqqında müqavilədən müəyyən edilir ki, MTK İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 2-ci blok, mansarda yerləşən izolə olunmuş 1 (bir) otaqlı mənzili Cavabdeh təhvil verməyi, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş mənzilin ümumi dəyəri olan 18500 manat məbləğində pul vəsaitini İddiaçınə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.4, 3.5 və 3.6-cı bəndlərinə görə payçı ilkin ödəniş kimi 5000 manat, hər ay 338 manat olmaqla 40 ay müddətinə mənzilin dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndinə görə payçı aylıq ödənişi 5 gündən artıq gecikdirdikdə, mənzilin aylıq ödəniləcək məbləğindən hər gecikdirilmiş gün üçün 1% məbləğində cərimə tətbiq olunur. Həmin müqavilənin 5.5-ci bəndinə görə bu müqavilənin 5.1, 5.2 və 5.3-cü bəndlərində qeyd olunan hallar baş verərsə “payçı” mənzilin yeni qiymətlə almaqdan və cərimə ödəməkdən imtina edərsə, üzvlükdən çıxmaq istəyərsə və ya onun tərəfindən ardıcıl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş 10 gündən artıq müddətdə gecikdirilərsə və ya aylıq ödəniş 2 ay ərzində ödənilməzsə “şirkətin” “payçıya” rəsmi bildiriş vermək şərtilə bu müqavilənin vaxtından əvvəl pozmaq hüququ vardır. Bu halda müqavilə ilə sənədləşdirilmiş mənzil, digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 10 faizi saxlanılmaq şərti ilə “payçı”nın ödədiyi məbləğ ona qaytarılır. İş materiallarında olan 28.01.2019-cu il tarixli maliyyə arayışından müəyyən edilir ki, Abşeron rayonu, Masazır-Novxanı şosesində yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx"/ MTK-ya məxsusdur. Bu binanın 2-ci giriş mansard, ümumi sahəsi 37.0 kv.m olan, 1 (bir) otaqlı mənzilin pay dəyərindən 5000 (beş min) manat Cavabdeh tərəfindən ödənilmişdir. Bu günə qalıq 13500 (on üç min beş yüz) manatdır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 06 mart 2019-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Masazır-Novxanı şosesində yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx"/ MTK-ya məxsusdur. Bu binanın 2-ci giriş mansard, ümumi sahəsi 37.0 kv.m olan, 1 (bir) otaqlı mənzilin pay dəyərindən 300 (üç yüz) manat, 28 yanvar 2021-ci il tarixli maliyyə arayışına görə 5000 manat, Cavabdeh tərəfindən ödənilmişdir. Bu günə qalıq 13200 (on üç min iki yüz) manatdır. İş materiallarında olan 01 aprel 2021-ci il tarixli, 38/1 nömrəli xəbərdarlıq məktubunun surətindən və ona əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 8474 (səkkiz min dörd yüz yetmiş dörd) manat məbləğində borcun və 2527 (iki min beş yüz iyirmi yeddi) manat məbləğində dəbbə pulunun 3 (üç) iş günü müddətinə ödənilməsi, əks təqdirdə aidiyyəti hüquqmühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 28 yanvar 2019-cu il tarixli 000753 nömrəli mənzil tikintisi haqqında müqavilə bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mənzili cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. İşin materiallarından və iddiaçı tərəfin nümayəndəsinin izahatından müəyyən edilir ki, cavabdeh müqavilə ilə üzərinə mənzilin müəyyən edilmiş ümumi dəyəri olan 18500 manatın 5000 manat hissəsini ilkin olaraq, qalan məbləği isə 40 ay müddətinə hər ay 338 manat olmaqla ödəməklə mənzilin tam dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi yerinə yetirmədiyinə görə 01.04.2021-ci il tarixinədək 8474 (səkkiz min dörd yüz yetmiş dörd) manat məbləğində borcu yaranmışdır. müqavilənin 5.2-ci bəndinə əsasən cavabdehə 2527 (iki min beş yüz iyirmi yeddi) manat məbləğində dəbbə pulu hesablanmışdır. Hazırda da iddiaçı müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğuna görə cavabdehlə aralarında bağlanmış müqavilənin və maliyyə arayışlarının ləğv edilməsini, cavabdehin mənzildən çıxarılmasını, mənzil digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş məbləğin 10 faizi saxlanılmaqla qalan məbləğin cavabdehə ödənilməsini, cavabdehdən dəymiş maddi və mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2019-cu il tarixli 00753 nömrəli mənzil tikintisi haqqında müqavilə öhdəliyi cavabdeh tərəfin öhdəliyi vaxtında icra etməməsi səbəbindən ləğv edilməli, bu əsasda ona verilmiş olan maliyyə arayışları da ləğv edilməli, Cavabdeh İddiaçınə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 2-ci blok, mansarda yerləşən ümumi sahəsi 37 kv.m ibarət, 1 (bir) otaqlı mənzilindən çıxarılmalı, həmin mənzil satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 5300 manat məbləğində vəsaitin 10% hissəsi çıxıldıqdan sonra qalan hissəsi Cavabdeh geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanan müqavilənin 5.5.-ci bəndinə əsasən mənzilin digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 5300 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə Cavabdeh geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, müqavilənin vaxtında icra edilməməsinə görə müqavilədə cərimə məbləği nəzərdə tutulduğu halda, əlavə olaraq da 10% ödənilən məbləğdən çıxılmaqla ödənilmiş məbləğin geri qaytarılması qanunvericiliyin ümumi mahiyyətinə uyğun olmadığından məhkəmə bu hissədə iddianı qanunsuz hesab edir və ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin, iddia tələbinin “dəymiş 30.000 manat maddi və 30.000 manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı həmin hissədə ona vurulmuş maddi ziyanın nədən ibarət olmasını təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mənəvi zərər isə hüquqi şəxslərə aid deyil, hüquqi şəxs işgüzar nüfuzuna vurulan ziyanı mübahisələndirə bilər. Ona görə də, məhkəmə hesab edir ki, bu hissələrdə iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30 manat məbləğindəki dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2019-cu il tarixli 000753 nömrəli mənzil tikintisi haqqında müqavilə və ona bu barədə verilən maliyyə arayışları ləğv edilməli, Cavabdeh İddiaçınə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 2-ci bina, sonuncu mərtəbədə yerləşən ümumi sahəsi 37.0 kv.m ibarət, 1 (bir) otaqlı mənzildən çıxarılmalı, İddiaçınə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 2-ci bina, sonuncu mərtəbədə yerləşən ümumi sahəsi 37.0 kv.m ibarət, 1 (bir) otaqlı mənzil digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 5300 manat məbləğində pul vəsaitinin 10 % hissəsi çıxıldıqdan sonra İddiaçındən Cavabdeh geri qaytarılmalı, iddia digər hissədə təmin edilməməli, ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2019-cu il tarixli 000753 nömrəli mənzil tikintisi haqqında müqavilə və bu barədə verilən maliyyə arayışları ləğv edilsin. Cavabdeh İddiaçınə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 2-ci bina, sonuncu mərtəbədə yerləşən ümumi sahəsi 37.0 kv.m ibarət, 1 (bir) otaqlı mənzildən çıxarılsın. İddiaçınə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 2-ci bina, sonuncu mərtəbəsində yerləşən ümumi sahəsi 37.0 kv.m ibarət, 1 (bir) otaqlı mənzil digər müştəriyə satıldıqdan sonra Cavabdeh tərəfindən ödənilmiş 5300 (beş min üç yüz) manat məbləğində pul vəsaitinin 10% hissəsi çııxıldıqdan sonra İddiaçı tərəfindən Cavabdeh geri qaytarılsın. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 20 manat rüsuma görə pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar